Prezidentlərin dostluğu Rusiya-Azərbaycan münasibətlərinin inkişafına təkan verir - RƏY
Fidan Həmişəyeva
11:40 18.11.2019
Siyasət
807
Prezident İlham Əliyev Qafqazda təhlükəsizliyin daha da möhkəmlənməsi və əməkdaşlığın inkişafı üçün Rusiya-Azərbaycan münasibətlərinin həlledici rol oynadığını bildirib. Ölkə başçısı qeyd edib ki, Rusiya-Azərbaycan münasibətləri Qafqazda sülhün, təhlükəsizliyin və əməkdaşlığın möhkəmlənməsi üçün çox böyük əhəmiyyət kəsb edir:
“Əlbəttə ki, bizim görüşlər və sıx qarşılıqlı əlaqələr çox uğurla inkişaf edən və artıq çoxdan bəri strateji tərəfdaşlıq səviyyəsinə çatmış Rusiya-Azərbaycan münasibətlərinin mühüm amilidir.
Rusiya Prezidenti Vladimir Vladimiroviç Putinlə mənim çoxsaylı görüşlərim bizim dostluq, mehriban qonşuluq əlaqələrimizin daha da möhkəmlənməsində çox mühüm rol oynayır. Bu yaxınlarda - ötən ay mən Rusiya Prezidentinin dəvəti ilə Soçidə “Valday” Diskussiya Klubunun işində iştirak etdim və həmin səfər çərçivəsində Rusiya Prezidenti ilə də görüşümüz oldu. Biz münasibətlərimizin çox geniş gündəliyinə bir daha nəzər saldıq və əlaqələrimizin bütün istiqamətlər üzrə durmadan inkişaf etdiyini bir daha gördük.
Prezidentin çıxışını Sherg.az-a dəyərləndirən “Atlas” Araşdırmalar Mərkəzinin eksperti Kənan Paşayev bildirib ki, bu gün Azərbaycan Cənubi Qafqazda Rusiyanın əməkdaşlıqdan ən çox xeyir əldə etdiyi dövlətdir:
“Hansı ki Azərbaycanla olan əməkdaşlıq digər dövlətlərdən fərqli olaraq Rusiya üçün heç bir təhlükə kəsb etmir. Azərbaycan prezidenti İlham Əliyev Rusiya prezidenti Vladimir Putinin beynəlxalq arenadakı ən yaxın dostudur. Prezidentlər arası bu yaxın münasibət, ölkələrimiz arasındakı münasibətlərin inkişafına əsaslı təkan verir. Bu gün Cənubi Qafqaz regionunda var olan bir sıra münaqişə ocaqlarının əksinə, Azərbaycanla Rusiya arasındakı sıx dostluq münasibətləri regionun təhlükəsizliyi və inkişafı üçün çox önəmlidir. Azərbaycan Rusiya bazarlarının ən vacib alıcılarından sayıldığı kimi, hazırda Rusiya da Azərbaycan bazarlarının əsas alıcı qüvvəsidir. Bu səbəbdən iki ölkə arasındakı münasibət iqtisadi cəhətdən də önəmli rola malikdir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
ABŞ dövlət katibi Özbəkistana səfər etdi
21:55 18.10.2026
Gündəm
Ağdaşda işıqforun işləməməsi qəzaya səbəb oldu - Yaralananlar var
21:25 18.10.2026
Hadisə
Tramp Netanyahuya seçkilərdə dəstəyini açıqladı
21:09 18.10.2026
Dünya
Parisdə iğtişaşlar yenidən alovlanıb
20:21 18.10.2026
Dünya
Ukrayna bu ölkədən üzr istədi
20:19 18.10.2026
Dünya
Lavrov: Trampın Qəzza ilə bağlı planı kağız üzərində qalıb
19:41 18.10.2026
Dünya
PSJ “Barselona” ilə oyuna itki ilə çıxacaq
19:20 18.10.2026
Futbol
Trampın reytinqi rekord həddə düşüb
19:10 18.10.2026
Gündəm
Naxçıvanda avtomobil piyadanı vurub
18:53 18.10.2026
Hadisə
Antalyaya uçan təyyarə Peterburqa enə bilmədi
18:30 18.10.2026
Hadisə
"İmişli" "Turan Tovuz"u məğlub etdi
18:13 18.10.2026
Futbol
Sahibə Qafarova Qırğızıstana səfərə gedib
18:03 18.10.2026
Rəsmi
1698-ci gün: Rusiya Ukraynanın itkilərini yenilədi
17:44 18.10.2026
Dünya
Sumoçumuz Bakıda keçirilən dünya çempionatında qızıl medal qazanıb
17:28 18.10.2026
İdman
Zelenski: ABŞ kəşfiyyat məlumatlarının ötürülməsini bərpa edib
17:13 18.10.2026
Dünya
Bu ölkədə etirazlar: Baş nazir Rusiya və İranı ittiham etdi
16:40 18.10.2026
Dünya