Putinin xəbəri olmadan Ermənistana “İskəndər-M” raketi verilə bilərdimi? - Politoloq
10:21 27.06.2023
Siyasət
410
"Ermənistanın baş naziri Nikol Paşinyan 44 günlük müharibənin araşdırılması üzrə komissiyasının iclasında deyib ki, müharibə vaxtı bəzi silahların istifadə hüququ Ermənistana aid olmayıb. Bəs kimə aid olub? Paşinyan bu barədə heç nə deməsə də, söhbətin Rusiyadan getdiyi aydındır" .
Sherg.az xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu deyib. Ekspertin sözlərinə görə, Paşinyan iclasın qapalı hissəsində Ermənistan silahlı qüvvələrinin arsenalında olan həmin silahlar barədə ətraflı məlumat verəcəyini söyləyib:
"Baş nazir bu silahların Rusiya istehsalı olan “İskəndər-M” əməliyyat- taktiki raket kompleksi olub-olmaması ilə bağlı suala aydınlıq gətirməyib.
Azərbaycan prezidenti İlham Əliyev müharibədən sonra “İskəndər-M” raketi ilə bağlı Kreml qarşısında bir neçə dəfə məsələ qaldırıb. İlham Əliyev Rusiya istehsalı olan və bu ölkənin daxili istifadəsi üçün nəzərdə tutulmuş “İsgəndər-M” raketi qalıqlarının Şuşada tapılmasından sonra bu məsələni rusiyalı həmkarı Vladimir Putinlə müzakirə edib. “Bu çox həssas məsələdir, Azərbaycan xalqından gizlədə bilmərəm” – deyən İlham Əliyev Rusiya prezidenti ilə telefon danışığı zamanı bu sualı ona verdiyini və cavabı bilmək istədiyini vurğulayıb. Putinin cavabı olmayıb. Rusiya prezidenti nə cavab verə bilərdi? Kreml sahibi bəlkə də özünün əmriylə “İskəndər-M” raketi ilə Azərbaycan ərazisinə zərbə endirdiyini etiraf etməyəcəkdi ki. Rusiya genellarından biri Putinin xəbəri olmadan Ermənistana “İskəndər-M” raketi verə və ya həmin raketi Azərbaycana tuşlaya bilərdimi? Paşinyan son çıxışında buna işarə edib".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Neftin qiyməti 96 dolları ötüb
08:52 23.07.2026
İqtisadiyyat
ABŞ İranın raket istehsalı sahələrini izləyə bilmir - Şikarçi
08:48 23.07.2026
Region
İranla bağlı gərginlik artır: Böyük Britaniyadan təcili qərar
07:51 23.07.2026
Dünya
Bülent Ersoyun həyatı film olur
07:17 23.07.2026
Şou
Tramp: İran yaxın vaxtlarda ABŞ ilə razılaşmaya hazır olacaq
06:42 23.07.2026
Dünya
Belarusda "yarıtmaz işçilər" hərbi təlim düşərgəsinə göndəriləcək
05:25 23.07.2026
Dünya
Məşhur türk müğənni dənizdə yaşamağa başladı
04:40 23.07.2026
Şou
Səkkizinci uşağı dünyaya gəldi!
04:04 23.07.2026
Şou
Niyə arıqlamaq bu qədər çətindir? - Səbəbi beynimiz ola bilər
03:33 23.07.2026
Sağlamlıq
Ərbilə intensiv zərbə endirilir
01:55 23.07.2026
Gündəm
Çexiya prezidenti təhdid məktubları alır
01:11 23.07.2026
Dünya
Salyanda çoban 85 baş qoyunla birlikdə itkin düşdü
00:49 23.07.2026
Hadisə
İran İordaniyanın şərqində ABŞ hərbi mövqelərini hədəfə alıb
00:28 23.07.2026
Dünya
BƏƏ Hörmüzə alternativ iki terminal tikəcək
22:59 22.07.2026
Dünya
UEFA Konfrans Liqası: “Neftçi” Bakıda “Dinamo Minsk”ə məğlub olub
22:46 22.07.2026
Futbol