Qafqazda tarixi sülh: Kim uddu, kim uduzdu? - GÜNDƏM
12:12 11.08.2025
Siyasət
295
Azərbaycan və Ermənistan liderlərinin 8 avqustda Vaşinqtonda ABŞ Prezidenti Donald Trampın ev sahibliyində imzaladıqları sülh sazişi bəyanatı bölgə ölkələrində rezonans doğurmağa davam edir.
Sherg.az xəbər verir ki, "ntv. com. tr"-nin jurnalist Serkan Demirtaş, sülhün qalib və məğlub tərəflərini təhlil edib. Onun yazısını təqdim edirik.
Ekspertlər və beynəlxalq münasibətlər üzrə alimlərin qiymətləndirmələrinə görə, Azərbaycan-Ermənistan-ABŞ arasında imzalanan razılaşmalardan ən çox qazanan tərəf Azərbaycan olub. ABŞ, Türkiyə və Ermənistan da qazananlar sırasında göstərilir. Rusiya və İran isə uduzan tərəflər kimi dəyərləndirilir.
Ən böyük qalib - İlham Əliyev
Vaşinqton sazişinin ən çox qazananı Azərbaycan və Prezident İlham Əliyev oldu.
ABŞ Prezidenti Trampın Əliyevə göstərdiyi isti münasibət, onu “böyük lider” adlandırması və görüşlərdə fərqli şəkildə müraciət etməsi diqqət çəkib. Bu şəxsi münasibətin Bakı-Vaşinqton əməkdaşlığına yeni təkan verəcəyi gözlənilir.
Azərbaycan üçün üç mühüm qazanılan xətt önə çıxır:
Azərbaycan-Naxçıvan fiziki bağlantısı - Bu əlaqə ABŞ tərəfindən qurulacaq və idarə olunacaq. Bu, Azərbaycanın Türkiyə və Orta Asiya arasında əsas tranzit ölkəyə çevrilməsi deməkdir.
ABŞ-la yeni mərhələ - İkili münasibətlərin “strateji tərəfdaşlıq” səviyyəsinə qaldırılması üçün işlər başlayıb və 3 - 4 ay ərzində yeni sənədin imzalanması planlaşdırılır.
Müdafiə əməkdaşlığı məhdudiyyətlərinin ləğvi - ABŞ-ın 1992-ci ildən tətbiq etdiyi hərbi əməkdaşlıq qadağası Trampın imzası ilə aradan qaldırılıb. Əliyev bunu “tarixi uğur” adlandırıb.
Türkiyə də qazananlar sırasında
Vaşinqtonda imzalanan sülh və iqtisadi əməkdaşlıq sazişləri Türkiyənin maraqlarına da uyğun hesab edilir.
Qafqazda 30 ildən artıq davam edən gərginliyin aradan qaldırılması, Türkiyənin bölgədə sülh və inkişaf layihələrini reallaşdırmaq imkanı yaradır.
Ən önəmlisi, Azərbaycan-Naxçıvan bağlantısı Türkiyəyə birbaşa Orta Asiyaya çıxış verəcək.
ABŞ Qafqazda söz sahibi olur
Tramp, əldə olunan razılaşma çərçivəsində Zəngəzur dəhlizinin ABŞ sərmayəsi ilə tikilib 99 illiyinə ABŞ tərəfindən idarə ediləcəyini açıqlayıb. Bu yol “Beynəlxalq Tramp Sülh və Rifah Marşrutu” adlandırılıb.
Ermənistan sülhü təmin etdi
Paşinyan hökuməti üçün əsas qazanc - sülhün Tramp zəmanəti ilə təmin olunmasıdır. Bu, həm ölkədə siyasi mövqeyini gücləndirir, həm də ABŞ-dan investisiyaların qarşısını açır.
Rusiya və İran - uduzan tərəflər
Hər iki ölkə ABŞ-ın Zəngəzur dəhlizi vasitəsilə Cənubi Qafqaza daxil olmasından narazılığını bildirib.
Rusiyanın narahatlığı gömrük məkanına və sərhəd təhlükəsizliyinə təsirlə bağlıdır. İran isə dəhlizin 99 illiyinə icarəyə verilməsini sərt tənqid edib, bunu bölgədə öz tranzit roluna zərbə kimi qiymətləndirir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Türkiyə MN İncirlik bazasına raket hücumu iddialarına cavab verib
17:37 20.03.2026
Dünya
İran Hörmüz boğazından keçid üçün “yoxlama sistemi” hazırlayır
16:28 20.03.2026
Region
Sabahın havası meteohəssas insanlar üçün əlverişlidir
16:03 20.03.2026
Cəmiyyət
İranın "Bəsic" qüvvələrinin kəşfiyyat rəhbəri öldürülüb
15:06 20.03.2026
Gündəm
İran İsrailə ballistik raketlərlə hücum etdi - YENİLƏNİB
13:59 20.03.2026
Dünya
Trampla? Yox, yox, yox... - Quterreş
13:35 20.03.2026
Dünya
ABŞ-ın özünü bu cür aparmasına imkan verməyin!
12:52 20.03.2026
Dünya
İsrail səfiri Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb
12:24 20.03.2026
Dünya
Sabaha gözlənilən hava şəraiti açıqlanıb
12:15 20.03.2026
Ekologiya
SEPAH generalı Əli Məhəmməd Naini öldürülüb
12:07 20.03.2026
Gündəm
İsrail Suriyanın cənubundakı hərbi obyektlərə hücum edib
11:24 20.03.2026
Dünya