Qarabağda ermənilər də səs verəcək -Maraqlı FAKT
Qarabağda ermənilər də səs verəcək -Maraqlı FAKT
10:06 18.01.2024
Siyasət
712
Onlar mütləq Azərbaycan Respublikası vətəndaşlığını təsdiq edən sənədi təqdim etməlidir
Azərbaycanda növbədənkənar prezident seçkiləri ərazi bütövlüyü tam bərpa edilmiş suveren dövlət ərazisində ilk dəfə keçiriləcək. Bu baxımdan seçkilərin tarixi əhəmiyyəti danılmazdır. 30 il müddətində erməni separatçılarının işğal altında saxladığı Qarabağ bölgəsində də uzun fasilədən sonra ilk müstəqil, azad seçki keçiriləcək. Seçkiyə hazırlıq davam edir, Qarabağ bölgəsində də seçki məntəqələri təşkil edilir, səsvermə hüququ olan vətəndaşların siyahıları hazırlanır. Maraqlıdır ki, hazırda Qarabağın bir sıra yaşayış məntəqələrində sərbəst şəraitdə həyatına davam edən ermənilər də səsvermədə iştirak edəcəkmi?
Bununla bağlı “Sherg.az”a danışan peşəkar jurnalist, yazıçı, əslən qarabağlı olan Kərim Kərimli qeyd etdi ki, Qarabağda sonuncu seçki 1989-cu ildə keçirilib:
- Şuşa, Xankəndi, Laçın və Ağalıda (Zəngilan, “ağıllı kənd”) olan dost-tanış, qohum-əqrəbadan kiminlə danışsam, deyirlər ki, seçkiyə hazırlaşırıq, baş qarışıqdır. Deyirlər ki, çox ciddi hazırlıq gedir, məntəqələr yaradılıb, mühafizə-filan, ümumiyyətlə, rejim gücləndirilib. Bilirsiniz, məncə səbəb odur ki, 1989-cu ildən bəri o bölgədə (aşağı rayonlar yox) Azərbaycan Respublikası ilk dəfədir ki, seçki keçirir. Axırıncı seçki keçmiş DQMV-ni əhatə edən ərazidə 1989-cu ilin mart ayında keçirilmişdi, SSRİ Ali Sovetinə SSRİ Xalq deputatları seçilmişdilər. O vaxtdan sonra Qarabağın bütün ərazisini və əhalisini əhatə edən başqa seçki olmayıb. Məlumdur ki, hazırda cəmi Qarabağda tikinti-quruculuq, abadlıq işləri gedir, orada işləyənlər, çalışanlar var. Seçki günü də həmin vaxt orada olan insanlar - seçkiyə yaşı düşənlər orada səs verəcək. Ona görə orada olanlar deyirəm ki, bəzi sahələrdə növbəli iş sistemi var. Məsələn, 10-15 gün işləyib qayıdır, sonra yenə də gedirlər.
K.Kərimli bildirdi ki, hazırda Qarabağda milliyyətcə erməni olan şəxslər var, az da olsa qalıb yaşayırlar:
- Ancaq onların neçə nəfərinə artıq vətəndaşlıq verildiyini, ümumiyyətlə, verilib-verilmədiyi barədə məlumatsızam. Çünki bu barədə rəsmi məlumatlar yayılmayıb, yaxud yayılıbsa da, mənim nəzərimdən qaçıb. Seçkiyə, məntəqəyə gələn şəxs mütləq Azərbaycan Respublikası vətəndaşlığını təsdiq edən sənədi təqdim etməlidir. Əks halda ona səsvermə bülleteni verilə bilməz. Ehtimalım budur ki, az sayda olsa da vətəndaşlıq verilmiş erməni milliyyətinə mənsub şəxslər var. Və belə şəxslərin seçkidə iştirakı təmin ediləcək. Təmin edilməlidir də. Çünki bu, ölkəmizin imicinə müsbət çalar əlavə edərdi. Bu həm də, ermənilərin Qarabağdan zorla çıxarılmadığının, əksinə, özlərinin yığışıb məşvərət edib, könüllü şəkildə çıxıb getmək barədə qərar qəbul etdiklərinin və rahatca da oranı tərk etdiklərinin - incidilmədən, təhqir olunmadan, ləyaqətlərinə toxunulmadan tərk etdiklərinin daha bir sübutu olacaq.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
"Qızıl top" səsverməsində rəsmi nəticələr açıqlandı
01:32 31.10.2026
Futbol
Erməni ombudsmandan "türk" sözü ilə bağlı - BƏYANAT
01:11 31.10.2026
Cənubi Qafqaz
ABŞ Yaxın Şərqə əlavə hərbi texnika göndərir
00:49 31.10.2026
Gündəm
ABŞ Ukraynaya 500 ədəd "Patriot" raketi satacaq
23:50 30.10.2026
Aktual
Qızılın qiyməti xeyli ucuzlaşdı
23:31 30.10.2026
İqtisadiyyat
Abbasdan Ankaranı aşağılayan addım - Türkiyə “səssiz” qaldı
23:10 30.10.2026
Dünya
Lyayen: Aİ və Kanada unikal tərəfdaşlıq yaradırlar
21:50 30.10.2026
Aktual
Aİ Ukraynaya 2027-ci il üçün 45 milyard avro yardım ayırıb
20:40 30.10.2026
Aktual
Premyer Liqa: "Sabah" səfərdə "Turan Tovuz"a məğlub olub
20:31 30.10.2026
Futbol
Mingəçevirdə qətl törədilib
20:00 30.10.2026
Hadisə
“Beşiktaş” İsrail komandası ilə oyununu Gürcüstanda keçirəcək
19:30 30.10.2026
Futbol
U-15 dünya çempionatı: İspaniya çempion olub
19:21 30.10.2026
İdman
Paşinyanı devirmək, müharibəni alovlandırmaq istəyirlər - ŞƏRH
19:13 30.10.2026
Gündəm
Zelenski sabah Türkiyəyə gedir
18:51 30.10.2026
Dünya