Qarakənd sirri: Ermənilərə helikopteri "VUR" əmrini hansı qüvvə vermişdi?
Fidan Həmişəyeva
14:15 20.11.2019
Siyasət
1759
Xocavənd rayonunun Qarakənd kəndi üzərində Azərbaycana məxsus "Mi-8" helikopterinin ermənilər tərəfindən vurulmasından 28 il ötür. Ermənistan silahlı bölmələri tərəfindən 1991-ci il noyabrın 20-də helikopterin vurulması nəticəsində Azərbaycanın bir çox dövlət xadimləri və jurnalistlər həlak olublar.
Həlak olanlar arasında dövlət katibi Tofiq İsmayılov, baş prokuror İsmət Qayıbov, dövlət müşaviri, sabiq daxili işlər naziri Məhəmməd Əsədov, millət vəkilləri Vaqif Cəfərov, Vəli Məmmədov, baş nazirin müavini Zülfü Hacıyev, Prezident Aparatının şöbə müdiri, jurnalist Osman Mirzəyev, Qazaxıstan daxili işlər nazirinin müavini Sanlal Serikov, Azərbaycan Dövlət Televiziyasının jurnalisti Alı Mustafayev də olub.
Qarakənd faciəsindən 28 il ötməsinə baxmayaraq hadisə ilə bağlı gizlinlərin tam açılmadığı aydındır. Hadisənin təfərrüatı ilə bağlı istintaq aparılıb. Amma baş verən faciənin hüquqi baxımdan qiymətləndirmədiyini düşünənlər çoxdur.
Məsələyə aydınlıq gətirən sabiq MTN zabiti İlham İsmayıl Sherg.az-a açıqlamasında bildirib ki, Qarakənd faciəsi ilə bağlı əsas detallar açıqlanıb.
Onun sözlərinə görə, ən vacib məqam Mİ-8 helikopterinin ermənilər tərəfindən vurulmasıdır:
"Ermənilərə bu əmri kimin verdiyi sirr olaraq qala bilər və yaxud əksinə nə vaxtsa üstü açıla bilər. Çünki o dövrdə Ayaz Mütəllibov hakimiyyətinin zəifləməsi üçün dövlət xadimlərinin aradan qaldırılması kimlərəsə xeyir edirdi. Bu isə daha çox ermənilərlə əlaqəsi olan Rusiya idi. Yalnız bu məqam sual altına qala bilərdi. Məlumdur ki, əvvəl Ağdamdan 2 helikopter qalxmalı idi və helikopterin biri qalxmır, xarab olduğunu bəhanə gətirirlər. İki vertolyotda getməli idilər, lakin biri ilə gedirlər. Bütövlükdə Qarakənd hadisəsi millətimiz və dövlətimiz üçün faciədir. Həyatını itirənlərin əksəriyyətini də şəxsən tanıyırdım. Məhəmməd Əsədov və İsmət Qayıbovla bir yerdə çalışmışdıq”.
İ.İsmayıl Qarakənd faciəsi ilə bağlı əlavə detalların olmadığını vurğulayıb:
“Qarakənd faciəsi ilə bağlı detallar kifayət qədər araşdırılıb. O zamanlar elə bir dövr idi ki, bizim hüquq-mühafizə orqanlarımız kifayət qədər istintaq işi apara bilirdilər. İnternetdə də məsələnin bütün detalları əks olunub. Hesab edirəm ki, bu, ermənilərin terror xarakterli işidir və yaxud qabaqcadan sifariş edilib. Çünki heç kəs fikirləşməsin ki, faciənin sifarişi Azərbaycandan idi. Perspektivdə Azərbaycanı çalxalamaq, zəiflətmək, ölkəmizi sıradan çıxarmaq həmişə Şimal qonşumuzun maraqlarında olub. Amma fakt budur ki, Mİ-8 helikopterini vuran ermənilər idi.
Ortada gizli bir məqam yoxdur. Sadəcə olaraq hadisəni sperkulyasiya edənlər var idi. Onlar öz siyasi rəqiblərini vurmaq istəyirdilər. Təəssüf ki, biz tək Qarakənd faciəsində yox, həmçinin Xocalı və 20 Yanvar faciəsində də günahı bəzən özümüzə atmaqla ermənilərə bəraət qazandırırıq. İnsanlar siyasi opponentlərini sıradan çıxarmaq üçün millətə nə dərəcədə zərər vurduqlarının fərqində deyillər. Həqiqətin aşkarlanmasını istəyirlərsə, bilməlidirlər ki, cinayətkarlar erməni terroçularıdır. 20 Yanvar hadisələrində sovet odusu, Xocalıda və Qarakənd faciəsində isə ermənilər günahkardır. Hədəf hər zaman biz azərbaycanlılar olub. Bunu heç kəs öz siyasi rəqiblərinə bundan ifşaedici material kimi istifadə etməsin. Çünki belə halların zərbəsi birbaşa Azərbaycan dövlətinə və dövlətçiliyinə dəyir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
ABŞ dövlət katibi Özbəkistana səfər etdi
21:55 18.10.2026
Gündəm
Ağdaşda işıqforun işləməməsi qəzaya səbəb oldu - Yaralananlar var
21:25 18.10.2026
Hadisə
Tramp Netanyahuya seçkilərdə dəstəyini açıqladı
21:09 18.10.2026
Dünya
Parisdə iğtişaşlar yenidən alovlanıb
20:21 18.10.2026
Dünya
Ukrayna bu ölkədən üzr istədi
20:19 18.10.2026
Dünya
Lavrov: Trampın Qəzza ilə bağlı planı kağız üzərində qalıb
19:41 18.10.2026
Dünya
PSJ “Barselona” ilə oyuna itki ilə çıxacaq
19:20 18.10.2026
Futbol
Trampın reytinqi rekord həddə düşüb
19:10 18.10.2026
Gündəm
Naxçıvanda avtomobil piyadanı vurub
18:53 18.10.2026
Hadisə
Antalyaya uçan təyyarə Peterburqa enə bilmədi
18:30 18.10.2026
Hadisə
"İmişli" "Turan Tovuz"u məğlub etdi
18:13 18.10.2026
Futbol
Sahibə Qafarova Qırğızıstana səfərə gedib
18:03 18.10.2026
Rəsmi
1698-ci gün: Rusiya Ukraynanın itkilərini yenilədi
17:44 18.10.2026
Dünya
Sumoçumuz Bakıda keçirilən dünya çempionatında qızıl medal qazanıb
17:28 18.10.2026
İdman
Zelenski: ABŞ kəşfiyyat məlumatlarının ötürülməsini bərpa edib
17:13 18.10.2026
Dünya
Bu ölkədə etirazlar: Baş nazir Rusiya və İranı ittiham etdi
16:40 18.10.2026
Dünya