Qazaxın 7 kəndi də işğala məruz qalıb
Qazaxın 7 kəndi də işğala məruz qalıb
Yusif Nəzərli
10:43 29.10.2023
Siyasət
626
Ermənistan hökuməti anklav kəndlər məsələsində manipulyasiya edir
Ermənistan Azərbaycanın işğalda qalan 8 kəndini (Qazaxın 7, Naxçıvanın 1) azad etməmək üçün müxtəlif bəhanələr uydurmağa davam edir. İrəvan bir müddət əvvəl “anklavların dəyişdirilə biləcəyi” ehtimalını irəli sürmüşdü, indi isə rəsmi Bakının bununla bağlı “hüquqi sənədləri Ermənistana təqdim etmədiyi” iddiası başlayıb. Ermənistanın xüsusi tapşırıqlar üzrə səfiri Edmon Marukyan deyib ki, Azərbaycan Ermənistan ərazisində anklavların olması ilə bağlı heç bir hüquqi sənəd, heç bir əsas təqdim etməyib: "Nə qədər ki, Azərbaycan hüquqi sənədlər təqdim etməyib, “anklavların dəyişdirilməsi” məsələsini müzakirə etmək mənasızdır". Daha bir maraqlı məqam isə Marukyanın anklavları gündəmdə saxladığına görə medianı qınamasıdır. Guya bu mövzu aktual deyil, sadəcə, erməni mediası gündəmə daşıyır: “Azərbaycan bu barədə danışıbmı? Əgər varsa, qanuni prosedura uyğun olaraq təqdim etsinlər. Əgər hər hansı ilin xəritəsində qeyd olunan ərazilər varsa, bu o demək deyil ki, onlar Azərbaycana məxsusdur. Bu mövzu delimitasiya və demarkasiya komitəsinin iclasında müzakirə olunacaq”. Marukyanın bu iddialarına elə erməni mediası özü cavab verib. Bildirilib ki, bu mövzu həmişə gündəmdə olub və Baş nazir Nikol Paşinyan da 2021-ci ildən mövzu ilə bağlı açıqlamalar verib. Baş nazir bildirib ki, Sofulu, Barxudarlı, Bağanis Ayrım, Qızıl Hacılı, Yuxarı Əskipara, Aşağı Əskipara kəndlərini Azərbaycan tələb edir. Bu ilin may ayında da Paşinyan parlamentdə bildirib ki, anklavlar mövzusu həmişə siyasi müstəvidə olub. Qeyd edək ki, Azərbaycan bu mövzunu ən yüksək səviyyədə daim diqqətdə saxlayır və eksklavlarını tələb edir. Anklavların dəyişdirilməsi isə qətiyyən gündəmdə deyil. Belə ki, Qazaxın 7 kəndi Ermənistanın şimal marşrutu üzərində strateji mövqedədir, Kərki isə cənub yolunda əhəmiyyətli mövqe tutur. Ermənistanın iddia etdiyi, 1920-ci ildə Ermənistana verilən Başkənd isə sərhəddən 8 km içəridə, 1500 metr hündürlükdədir. Ermənistandan ora dağlıq ərazidən gələn yol keçilməzdir və yaşayış üçün də əlverişsizdir. Üstəlik, tam olaraq Azərbaycan kəndləri ilə əhatə olunub.
Azad Vətən Partiyasının sədri Akif Nağı "Sherg.az"a bildirib ki, Ermənistan hökuməti anklav kəndlər məsələsində manipulyasiya edir. Paşinyan Qazaxın kəndlərinin sovet dövründə guya hansısa qanunlara əsasən Ermənistanda qaldığını iddia edir və "anklavların dəyişdirilməsi" məsələsini gündəmə gətirir:
"Əlbəttə, bunlar uydurmadır. Qazaxın 7 kəndi, xüsusən onların içində üç kənd - Sofulu, Barxudarlı, Yuxarı Əskipara tam şəkildə anklav vəziyyətinə salınıb. Həmin kəndlərin ətrafındakı Azərbaycan əraziləri Ermənistan tərəfindən tədricən işğala məruz qalıb. Ona görə də üç anklav kənd işğal edilmiş kəndlərimizlə birgə Azərbaycana qaytarılmalıdır. Bunun başqa variantı yoxdur və ermənilər oyun oynamağa son qoymalıdır. Naxçıvanın Kərki kəndinin vaxtı ilə Sədərəklə quru əlaqəsi var idi. Sonradan Kərkinin ətrafındakı əraziləri sovet hökuməti qeyri-qanuni yolla ermənilərə verdi. Nəticədə Kərki anklav vəziyyətinə düşdü. Kərki və ətrafı da Azərbaycana geri verilməlidir. Məsələnin mahiyyəti bundan ibarətdir və hüquqi sənədlər də var. Sovet Rusiyası heç bir hüquqa əsaslanmadan Azərbaycan torpaqları ilə bağlı qərarlar verib. Ermənistan Başkəndə iddia irəli sürür. Ancaq Başkəndin Ermənistana heç bir dəxli yoxdur. Sovet dövründə ermənilərin təsərrüfat və heyvandarlıqla məşğul olmaları üçün kənddə onlara şərait yaradılmışdı. Başkənd Azərbaycana məxsus torpaqdır. Ermənilər bu kəndə iddia edə bilməzlər".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Gəncədə evdən 35 yaşlı kişi meyiti tapılıb
14:53 01.11.2026
Hadisə
Bakıdan Tbilisiyə əlavə reys 100 faiz doluluqla yola düşüb
14:05 01.11.2026
İnfrastruktur
Zelenski: Putinlə Türkiyədə görüşməyə hazıram
13:32 01.11.2026
Dünya
İranda hələ də vurulmalı bir-iki obyekt qalıb - Tramp
13:18 01.11.2026
Aktual
Sabaha olan hava proqnozu açıqlandı
12:46 01.11.2026
Ekologiya
İlham Əliyev Əlcəzair Prezidentini təbrik edib
12:15 01.11.2026
Rəsmi
Azərbaycan XİN Milli Günü münasibətilə Əlcəzairi təbrik etdi
11:11 01.11.2026
Gündəm
Tramp və Netanyahu arasında telefon danışığı olub
10:52 01.11.2026
Dünya
Uşaqlarda qulaq ağrısını kiçik saymayın: İltihabının əlamətləri
10:15 01.11.2026
Sağlamlıq
Tramp Avropadakı iğtişaşlarla bağlı diqqətçəkən paylaşım edib
09:56 01.11.2026
Dünya
Səfir: Danimarka ABŞ üçün internet trafikini ələ keçirir
09:21 01.11.2026
Dünya
Avropanı bürüyən "YANĞIN" Trampı narahat etdi
09:09 01.11.2026
Gündəm
"Substansiya" filminin ulduzu üç illik evliliyini bitirir
08:53 01.11.2026
Şou
Yaşlanmağı qəbul eləmək 7 il ömrü uzadır
08:34 01.11.2026
Sağlamlıq
Kimin evində varsa, bəxti gətirdi
08:07 01.11.2026
Ölkə