Qazaxıstan Prezidenti Azərbaycan liderini təbrik edib
Qazaxıstan Prezidenti Azərbaycan liderini təbrik edib
11:45 10.08.2025
Siyasət
280
Avqustun 10-da Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.
Sherg.az xəbər verir ki, Qazaxıstan Prezidenti Azərbaycanla Ermənistan arasında normallaşma gündəliyi ilə əlaqədar Amerika Birləşmiş Ştatlarında əldə olunmuş razılaşmalar münasibətilə dövlət başçısını və Azərbaycan xalqını təbrik edib. Kasım-Jomart Tokayev bu nəticələrin tarixi əhəmiyyət daşıdığını qeyd edərək, onların regionda hərtərəfli əməkdaşlıq üçün imkan yaradacağına ümidvarlığını bildirib.
Dövlət başçısı təbriklərə görə təşəkkür edərək, Amerika Birləşmiş Ştatlarında Azərbaycan ilə Ermənistan arasında ABŞ Prezidenti Donald Trampın şahidliyi ilə imzalanmış bəyannamənin və digər sənədlərin regionda davamlı sülhün və sabitliyin təmin olunması baxımından əhəmiyyətini vurğulayıb. Bu xüsusda göstərdiyi dəstəyə görə Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Trampın rolunu qeyd edib. Prezident İlham Əliyev Azərbaycanın əsas hissəsi ilə onun Naxçıvan regionu arasında maneəsiz nəqliyyat bağlantısı üzrə əldə olunmuş razılaşmanın Orta Dəhlizin yükaşırma qabiliyyətinə gələcəkdə müsbət təsir göstərəcəyini də deyib.
Dövlət başçısı Qazaxıstanın ötən ilin mayında sülh danışıqları çərçivəsində Azərbaycanın və Ermənistanın xarici işlər nazirləri arasında aparılan danışıqlara ev sahibliyi etməsinə və bu prosesə töhfəsinə görə minnətdarlığını bildirib.
Telefon danışığı zamanı Azərbaycan ilə Qazaxıstan arasında əlaqələrin perspektivlərinə dair fikir mübadiləsi aparılıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Kərim Vəliyev türkiyəli generalın rəhbərlik etdiyi heyətlə görüşüb
17:50 01.07.2026
Gündəm
İyunda dövlət sərhədini pоzduqlarına görə 21 nəfər saxlanılıb
17:17 01.07.2026
Hadisə
Gürcüstanda azərbaycanlı qız öldürüldü - FOTO
17:01 01.07.2026
Hadisə
Avropa Komissiyasının Prezidenti Azərbaycana səfərə gəlib
16:58 01.07.2026
Gündəm
Azərbaycanda 53 yaşlı həkim göldə batdı
16:20 01.07.2026
Hadisə
27 ölkədən biri "yox" desə, Türkiyənin yolu bağlanır - ŞƏRH
15:45 01.07.2026
Dünya
Hakan Fidan: Rusiya-Ukrayna danışıqları birbaşa aparılmalıdır
15:27 01.07.2026
Gündəm
“Xəyali statistika ilə pensiya yaşını artırıblar” - Tural Abbaslı
14:31 01.07.2026
Sosial
At ətini dana əti adı ilə satırlar - İstehlakçılara XƏBƏRDARLIQ
14:20 01.07.2026
Cəmiyyət
AZAL Bakı-Brüssel-Bakı reyslərinə bilet satışına başladı
13:49 01.07.2026
Gündəm
YAP Qadınlar Şurasının keçmiş sədri vəfat edib
13:47 01.07.2026
Cəmiyyət
Çap mediasına dövlət dəstəyi: Müsabiqənin qalibləri məlum oldu
13:45 01.07.2026
Media