Qazaxıstanın Baş naziri Xankəndiyə gəlir

Qazaxıstanın Baş naziri Oljas Bektenov Azərbaycana səfər edəcək.
Teleqraf-ın əldə etdiyi xəbərə görə, o, səfər çərçivəsində İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) Xankəndi şəhərində təşkil olunacaq 17-ci Zirvə görüşündə iştirak edəcək.
Sammitə bir sıra ölkələrin dövlət və hökumət başçıları qatılacaq.