Qərbdən Ukraynaya ürəksiz vədlər...! - Türk professordan real İZAH
Yusif Nəzərli
07:12 26.02.2022
Siyasət
716
“İllərdir, Ukraynaya güvən verərək, sizi NATO-ya, Aİ-yə aparacağıq dedilər”
“Ukrayna hökuməti də öz vəziyyətlərini rasional qiymətləndirə bilmədi və bu ürəksiz vədlərə inandılar”
“Qərb yenə qalib gəldi. Rusiya qalib gəldi. Ukrayna xalqı məğlub oldu”
Rusiya və Ukrayna arasında müharibə başlandığı gündən əksər Qərb ölkəsi Ukraynaya öz dəstəyini ifadə edir. Bu gün Ukrayna Prezidendi Volodimir Zelenski ilə Böyük Britaniyanın Baş naziri Boris Conson arasında da telefon danışığı olub. V. Zelenski B.Consonu Rusiya ordusunun Ukrayna ərazisinə və paytaxt Kiyevə hücumları barədə məlumatlandırıb.
“Bu gün Ukrayna həmişəkindən daha çox tərəfdaşlarının dəstəyinə ehtiyac duyur. Biz Rusiya Federasiyasına qarşı effektiv tədbirlərin görülməsini tələb edirik. Sanksiyalar daha da gücləndirilməlidir”, - deyə V.Zelenski ilə Böyük Britaniyanın Baş nazirin diqqətinə çatdırıb.
Qərb ölkələrinin hazırkı durumla bağlı mövqeyini “Sherg.az”a dəyərləndirən türkiyəli politoloq, professor Yaşar Onay bildirib ki, bu ölkələr öz keçmiş siyasətlərinə davam edirlər:
“Əgər siz Qərb dedikdə imperialist və müstəmləkəçilik ənənələrinə malik ölkələri nəzərdə tutursunuzsa, ortaya çıxan mənzərə bizim üçün çox da təəccüblü deyil. Keçmişdə etdiklərini edirlər. Bu klassik imperiya siyasətidir. Parçalayın, bölün və idarə edin. Bu səbəbdən də hədəf coğrafiyalardakı dövlətləri darmadağın edib, istismara davam etdirirlər.
İllərdir, Ukraynaya güvən verərək, sizi NATO-ya, Aİ-yə aparacağıq dedilər. Ukrayna hökuməti də öz vəziyyətlərini rasional qiymətləndirə bilmədi və bu ürəksiz vədlərə inandılar. Lakin Ukraynanın maraqları Rusiya ilə yaxşı münasibətlər qurmaqdan asılı idi.
Onlar bunu görə bilmədilər. İndi deyirlər ki, niyə Qərb bizi dəstəkləmir. Bu hadisələr Rusiyanın da maraqlarına uyğun idi, ona görə də Qara dəniz qapısını və mədən baxımından çox zəngin olan Donbass bölgəsini də götürdü”.
Professorun fikrincə, bu hadisələr geniş vüsət almayacaq:
“Silahlı qarşıdurmalar dünya müharibəsinə səbəb olmayacaq. Rusiya iqtisadiyyatı uzun müddət davam edən isti müharibəyə tab gətirə bilməz. Qərb yenə qalib gəldi. Rusiya qalib gəldi. Ukrayna xalqı məğlub oldu. Belə nəticəyə gəlmək lazımdır ki, əgər hansısa dövlət öz milli maraqlarını deyil, başqa dövlətlərin milli maraqlarını müdafiə etsə, sonu Ukrayna kimi olacaq”.
Çimnaz Şahlar
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
"Yeni Partiya CHP-ni xilas etməyəcək" - Türk politoloqla MÜSAHİBƏ
18:37 27.07.2026
Gündəm
Rumıniya rusiyalı diplomatı ölkədən çıxarır
18:16 27.07.2026
Dünya
Dələduzlar artıq "WhatsApp" üzərindən ov edir - EKSPERT RƏYİ
18:11 27.07.2026
Aktual
Rumıniya Moskvadakı səfirini geri çağırıb
17:48 27.07.2026
Dünya
Bakıda güclü külək nəticəsində 4 nəfər xəsarət alıb
17:30 27.07.2026
Hadisə
İran Ukraynaya raket atsa, özünü məhvə sürükləyəcək - TƏHLİL
17:20 27.07.2026
Aktual
Saatlıda “Tik-tok”da qadınları təhqir edən gənc oğlan cərimələndi
17:03 27.07.2026
Hadisə
Əlilliyi olan 2 mindən çox şəxs işlə təmin edilib
16:52 27.07.2026
Cəmiyyət
Hövsanda dənizdə batma 13 yaşlı qızın meyiti sudan çıxarılıb
16:25 27.07.2026
Hadisə
Putin: Rusiya Ukraynaya dair qarşısına qoyduğu məqsədlərə çatacaq
16:08 27.07.2026
Dünya
Netanyahu Trampla görüş üçün Vaşinqtona yola düşüb
16:01 27.07.2026
Dünya
Hindistan Ukrayna səfirini çağırdı
15:20 27.07.2026
Dünya
İran husilərə dəstəyi dayandırır
14:58 27.07.2026
Gündəm