
Qərəzli Amerika: Vaşinqtonun sülh istəyi səmimidir?
12:20 12.01.2024
Siyasət
498
“Biz Azərbaycan və Ermənistan arasında sülhü və münasibətlərin normallaşmasını dəstəkləyirik”.
Bunu ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms Obrayen xarici jurnalistlər üçün onlayn brifinqdə deyib.
“Biz tərəflər arasında sülh sazişini, dayanıqlı və ləyaqətli sülhün əldə olunmasını dəstəkləyirik. Biz iki ölkənin sülhlə bağlı sağlam gündəliyinin olmasından həvəslənirik”, – ABŞ diplomatı deyib.
O bildirib ki, ABŞ-nin Azərbaycan və Ermənistanla siyasi, iqtisadi və təhlükəsizlik sahələrində yaxşı əlaqələri var.
“Biz hesab edirik ki, tərəflər arasında sülhün əldə olunması regional iqtisadi inkişaf üçün imkanlar yaradacaq”.
ABŞ diplomatı vurğulayıb ki, sülh region xalqları üçün səmərə verəcək.
ABŞ-li diplomatın açıqlamalarını “Sherg.az” üçün şərh edən politoloq Elçin Xalidbəyli bildirib ki, bir neçə ay öncə məhz Ceyms Obrayenin Azərbaycan əlehinə qərəzli açıqlamaları və təhdid kateqoriyasına aid oluna biləcək hədələri ucbatından Bakı və Vaşinqton arasında münasibətlər gərginləşmişdi:
“Amerikanın Azərbaycan rəsmiləri üçün sanksiya tətbiq etmək xəbərdarlıqları, 907- ci düzəlişin yenidən qüvvəyə mindirilməsi, rəsmi Bakı ilə münasibətlərdə müəyyən məhdudlaşdırılmaların tətbiq olunmasına yönəlik addımlar ABŞ- nin Azərbaycana münasibətinin qərəzli olduğunu göstərir. Yəni, belə bir ölkənin məmurunun sülh sazişi prosesində səmimi davranmasını gözləmək sadəlöhvlük olar. Əgər ABŞ, Avropa Birliyi, Rusiya və yaxud Cənubi Qafqazda sülh prosesinə dəstək vermək istəyən hansısa bir xarici güc mərkəzi səmimidirsə, sadəcə proseslərə müdaxilə etmək cəhdlərindən imtina etsin. Onlar bu addımları ilə artıq böyük bir dəstək rolunu oynamış olacaqlar”.

Politoloq hazırda vasitəçilik etmək istəyən hər bir ölkənin əsas məqsədini öz maraqlarını təmin etmək olduğunu söyləyib:
“Normalda səmimi vasitəçi iki tərəf arasında görüşün təşkili ilə kifayətlənməlidir. Amma ABŞ, Avropa Birliyi eləcə də Rusiya vasitəçilik missiyasından özlərinin geosiyasi maraqlarını Cənubi Qafqazda təmin etmək üçün istifadə edirlər. Ölkələrinin mənfəətlərini sülh danışıqlarından ön plana keçirirlər. Sözügedən tərəflərin sülhə dəstəklə bağlı açıqlamalarına inanmaq lazım deyil. Sülhə dəstək vermək istəyən məsələyə qarışmamalıdır. Prosesləri Ermənistan və Azərbaycan öz aralarında danışaraq həll etməlidirlər”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
NATO nümayəndə heyəti ilə ANAMA-da görüş keçirildi
16:46 01.09.2026
Gündəm
Baş Qərargah: Rusiya son üç ayda 124 mindən çox hərbçi itirib
16:42 01.09.2026
Dünya
Monqolustan, Çin və Rusiya birgə hərbi təlim keçirəcək
16:17 01.09.2026
Dünya
Qırğızıstan və Türkiyə hərbi əməkdaşlığı genişləndirir
15:43 01.09.2026
Gündəm
Kaya Kallas: Hörmüz boğazında keçid sərbəst olmalıdır
15:31 01.09.2026
Gündəm
Türkiyə Prezidenti Məkkə Müdafiə İttifaqı barədə açıqlama verdi
14:35 01.09.2026
Gündəm
KİV: Trampa dəstək Baydenin ən aşağı reytinqindən də aşağı düşüb
14:08 01.09.2026
Gündəm
Şahbaz Şərif BMT-də islahatların aparılmasına çağırıb
13:51 01.09.2026
Dünya
Balıq ovu mövsümü açıq elan edildi
12:56 01.09.2026
Sosial
Sabahın hava proqnozu açıqlanıb
12:45 01.09.2026
Ekologiya