Revanşizm sonu görünməyən bataqlıqdır - Zahid Oruc
Yusif Nəzərli
11:16 27.11.2021
Siyasət
821
Azərbaycanın Ali Baş Komandanı XXI əsrin ilk Ağıllı müharibəsini V nəsil silahlarla əldə etdi, bu, təkcə silahların ağlı da deyildi, dövlət ağlının müasir dövrün regional və qlobal reallıqlarını nəzərə almaqla reallıq içərisində bütün dünyanın hesablaşacağı yeni münasibətlər sistemi və coğrafiyasının da inşası oldu.
Təkcə, bu faktı demək lazımdır ki, 90-cı illərin qaranlıq siyasi panoramasında zəif səslə “Azərbaycanla razılaşmaq lazımdır, bir gün güclənərək, ərazilərini azad edəcək” deyən sabiq prezident Ter – Petrosyan nə qədər haqlı və üzaqgörən idi ki, gələcəyi oxumaqla qalmamışdı, Azərbaycanın siyasi elitasını milli kimliyi və siyasi dühası ilə quran, təməllərini qoyan ata və oğul Əliyevlərin potensialını, Qafqazın spesifikasını və dünyadakı yerini daha dəqiq şəkildə qiymətləndirərək, enerji diplomatiyası ilə, Şərqi Qərbə birləşdirməklə, neft adasının sabitlik formuluna uyğun formatını qurmaqla Azərbaycanın hökumət böhranı yaşadığı ötən əsrin 90-cı illərinin ilk dövründə torpaqlarını işğal etmiş Ermənistanı tarixin həqiqəti ilə üzbəüz qoymadı, eyni zamanda bütün dünya erməniliyinin gücünü, zəhərli ideologiyasını və arxasındakı lobbilərin birgə qüdrətini də məğlub edə bildi.
Bu gün Zəfər gününün bir ilini qeyd edən qalib Azərbaycan xalqının, bir ildə Qarabağa qayıdış yolunda böyük və mühüm məsafə qət edən soydaşlarımızın Ali Baş Komandanı diplomatik zəfərlərini Bakının Prezident sarayından, MoskvadanŞ Brüsseldən, Soçidən və bütün qlobal platformalardan elan edir.
Bəli, qərarlar Bakıda verilir, İrəvanda icra edilir. Bu gün İrəvan icra edir - qədim və böyük Azərbaycanın Zəngəzur torpaqlarında ata-babalarımızın ayaq izləri ilə yollar açılır, kommunikasiyalar qurulur və Soçi bəyannaməsinin hələ mürəkkəbi qurumamış Azərbaycan hər gün, hər an, hər saat Gorus- Qafan yolundakı gömrük, polis, SOCAR yanacaqdoldurma məntəqəsi vasitəsilə Ermənistan ictimaiyyətini manatla mübadiləyə hazırlayır, çünki erməni dramının “dramı” çəni boş erməni vətəndaşının güzəranını qane etmir, edə bilməz və onun haqqqı var ki, növbəti gün Gorus – Qafan yolunun Eyvazlı stansiyasında açılacaq dram-manat mübadilə məntəqəsinə baş çəksin.
Ona görə “Ərik Partiyası”nın rəhbəri Zahuri Postançıyanın “türklər pis qoxu verir, çünki onlar düşmən qoxuyurlar” deməsi qədər təzadlı heç nə yoxdur: Çünki Gorusun, Qafanın erməni sakinləri bir müddət sonra Azərbaycana tapınacaqlar, Xankənini erməniləri bazarlıq üçün Ağdama gələcəklər, İcevandan Qazaxa, Basarkeçərdən Kəlbəcərə, Krasnoselodan Gədəbəyə gələn erməni sakinlərinin qabağını heç özləri də ala bilməyəcək. Bütün həyatı və yaşayışı ərik dənələrindən asılı vəziyyətdə qalan erməni kəndlisi günlərə yol basaraq, öz yükünü satmaq üçün Azərbaycan yanacağını alaraq, Azərbaycan bazarında, Azərbaycan alıcısına meyvə bəyəndirməyə çalışacaq və təbii olaraq, alıcı ilə satıcının coğrafiyası, kimin ev sahibi olması da aşkar görünən həqiqətdir.
Bəs bu sadə insanlara məğlub erməni siyasətçilərinin sərsəmləmələrimi lazımdır, yoxsa cibinin pulla dolmağı, qarının doyması?
Axı revanşizm pis və dəhşətli dərəcədə qorxulu xəstəlikdir ki, onun da 44 günlük “müalicəsi” 10 minə yaxın erməni gəncinin Erebuni qəbiristanlığında yatmasına gətirib çıxardı...
Bleflər sadə erməni xalqının durumunu onsuz da gərgin vəziyyətə salır, yaxı olardı ki, sözügedən ölkənin siyasətçiləri bir az da tarix oxuya, ibrət alalar.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Tramp Keti Zakariyanın Ağ Evin yeni mətbuat katibi təyin etdi
01:04 10.10.2026
Gündəm
Kreml Putinin Trampla söhbətindən sonra bəyanat yayıb
00:45 10.10.2026
Gündəm
Tramp və Putin arasında telefon danışığı olub
23:57 09.10.2026
Son dəqiqə
Hakan Fidan HƏMAS nümayəndə heyəti ilə görüşdü
23:35 09.10.2026
Gündəm
"Neftçi" - "Sabah" matçında qalib müəyyənləşmədi
22:36 09.10.2026
Futbol
Rusiyada qadın hərbçilər üçün hərbi xidmətdə yaş həddi artırılır
22:20 09.10.2026
Region
İran ABŞ və İsrailin zərbələrinə güclü cavab verəcəyini açıqladı
22:05 09.10.2026
Dünya
Kilosu 800 minə satılır: İlk gündə 15 zəfəran çiçəyi açdı
21:28 09.10.2026
Maraqlı
Gəncədə 28 yaşlı şəxs bıçaqlandı
21:11 09.10.2026
Hadisə
Tovuzda yaşayış binasında yanğın olub, tüstüdən zəhərlənən var
21:00 09.10.2026
Hadisə
İran MDB-yə yaxınlaşır, Moskvanın mövqeyi həlledici olacaq - ŞƏRH
20:50 09.10.2026
Gündəm
Masazırda “Mercedes Vito” yanıb
20:23 09.10.2026
Hadisə
Naxçıvanda suyun verilişində fasilə yaranacaq
20:15 09.10.2026
Cəmiyyət
Mingəçevirdə 44 yaşlı kişi bıçaqlandı
19:50 09.10.2026
Hadisə
Montella Türkiyə millisindən göndərilib
19:42 09.10.2026
Futbol