Rubionun sülh sazişi barədə sözlərinin əsası var - ABŞ Dövlət Departamenti

Ermənistan və Azərbaycan arasında sülh razılaşmasına ümid var.

Teleqraf xəbər verir ki, ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Temmi Bryus Dövlət katibi Marko Rubionun Bakı və İrəvan arasında tezliklə sülh sazişinin imzalanacağına dair açıqlamasına münasibət bildirib.

Bryus qeyd edib ki, dövlət katibi üçün bu bəyanatı vermək önəmli idi: “Biz ABŞ-nin vasitəçiliyi ilə əldə olunan bir sıra razılaşmalar, atəşkəslər və dəyişikliklərə görə məmnunuq. Dövlət katibinin bu açıqlamanı verməsi üçün əsaslı səbəbləri var idi. Proseslə bağlı əlavə məlumat olduqda, onları sizinlə paylaşacağıq".