Ruhaninin Təbrizə gəlişi məqsədlidir: İran hakimiyyəti Güney türklərindən dəstək istəyir
Fidan Həmişəyeva
14:00 27.11.2019
Siyasət
1008
Bu gün İran prezidenti Həsən Ruhani Şərqi Azərbaycan əyalətinə səfər edib. Onun səfərində məqsəd Sərab və Miyanədə baş vermiş zəlzələdən ziyan görmüş bölgələrə baş çəkmək, vəziyyətlə yerində tanış olmaqdır.
Məlumdur ki, son günlər İranda gərgin siyasi proseslər höküm sürür. Benzinin qiymətinin iki dəfə artırılması əhali arasında kütləvi şəkildə narazılıq hallarını çoxaldıb. Şiddətli aksiyalar səngisə də, gərginlik qalmaqdadır. İran hakimiyyətinə təbii olaraq bu, ölkədə ərazidə yaşayan milli çoxluq, Azərbaycan türkləri də etiraz edirlər. Sosial problemlər məngənəsində boğulan 40 milyondan çox Güney Azərbaycan türkləri həm milli haqqlarını tələb edirlər, həm də maddi vəziyyətlərinin düzəlməsini istəyirlər. Ruhaninin Güney türklərinin yaşadığı ərazilərə səfər etməsinin əsas məqsədi güman olunur ki, bununla bağlıdır. İran prezidenti Şərqi Azərbaycan əyalətində, Təbrizdə əhali ilə görüşüb mövcud durumu nisbətən də olsa sakitləşdirmək niyyətindədir.
Fikirlərini Sherg.az-la bölüşən politoloq Sədrəddin Soltan bildirib ki, Ruhaninin Təbrizə səfər etməkdə məqsədi Azərbaycan türklərindən özünə dəstək istəməsidir.
Analitik qeyd edib ki, Güney Azərbaycan və onun Təbriz, Urmiya, Ərədbil və.s şəhərlərinin İranda əsas və aparıcı qüvvə olduğu heç kəsə sirr deyil:
“Ölkənin ən çox vergi verən hissəsi Azərbaycan türkləridir. Onlar hakimiyyətdə təmsil olunurlar, İranın əsas dayağı sayılırlar və İranın düşünən beyinləridir. Bu baxımdan İranda baş vermiş bütün yeniliklərin əsasında Güney Azərbaycan türkləri durub. Son 100 illik tarixə baxsaq, Məşrutə hərəkatından tutmuş, Azərbaycan milli hökumətinin yaradılması İrana yenilik gətirdi. Sonrakı proseslərdə- 1979-cü ildə İslam İnqilabı dövründə də yenə Azərbaycan türkləri inqilabın əsasını təşkil edirdilər. İran-İraq müharibəsində ən çox şəhid olan, inqilab yolunda Xomeynin yaramaz ideyası uğrunda mübarizədə Azərbaycan türkləri canlarını fəda etdilər.
Bu, İrandakı bütün hakim zümrə üçün bəllidir. Başqa etnik qrupların vasitəsi ilə İranı nə silkələmək, nə də dəyişmək olar. Azərbaycan türkləri ayağa qalxsa, İranda fərqli situasiya yaranacaq. Hakim dairə bunu çox yaxşı bilir. Məsələn, 2006-cı ilin may hadisələrində Azərbaycan türkləri təhqir olunanda baş vermiş etiraz aksiyasından sonra İranın bütün rəhbərləri Azərbaycan türklərinin İranın siyasi, mənəvi, ictimai həyatında vacib rolunu vurğulamaqla onları ələ almaq istədilər. Bundan sonrakı prosesdə Azərbaycan türkləri bəyan etdi ki, “İran prosesi ilə Azərbaycan türklərinin milli haqlarının təmini prosesi ayrı-ayrı məsələlərdir və bundan sonra İran proseslərinə qayıtmayacaqlar”.
İranda hakimiyyətçi qüvvələr var. Onlardan biri Xamneidir və onlar mühafizəkarlardır. İkinci qüvvə isə Həsən Ruhani, yəni islahatçılardır. İslahatçılar arxasızdır. Yəni Həsən Ruhani özünə sosial baza axtarmaq üçün ilk növbədə Təbrizə getməli idi və bunu da elədi. Başqa sözlə, Ruhani Təbrizə səfəri ilə oradakı əhaliyə bəyan edir ki, “mənə yardım edin”. Ruhani islahatçı olaraq hakimiyyət daxilində islahatçı xəttin aparıcı qüvvəsi və görünən tərəfi olmaqla Azərbaycan türklərindən yardım istəyir. O, Zahedana da gedə bilərdi, amma, getmədi. Zahedanda süni təriqətin adamları var. Xorasana gedib türklərdən yardım istəyə bilərdi. Amma Təbrizə gəldi. Çünki Azərbaycan türklərini özünə dayaq olaraq istəyir. Azərbaycan türklərinin növbəti prosesdə etiraz aksiyasında iştirak etməmələri üçün onların könüllərini alır və onlara müxtəlif şirnikləndirici vədlər verəcək. Beləliklə, növbəti etiraz aksiyalarının qarşısını almağı hədəfləyirlər ki, Azərbaycan türkləri bu proseslərdə iştirak etməsinlər”.
Oxşar xəbərlər
Avropa Komissiyasının Prezidenti: Regional əlaqələndirmə üzrə investisiya konfransının Bakıda keçirilməsini istəyirik
20:42 01.07.2026
Emi Karlon: Azərbaycanla strateji tərəfdaşlıq Cənubi Qafqazda sülh və inkişafı gücləndirəcək
20:24 01.07.2026
Lyayen: Azərbaycan nadir ölkələrdəndir ki, regional sabitliyi və inkişafı irəli apara bilər
20:17 01.07.2026
Xəbər lenti
Hamısına bax
Pezeşkian: İran hökuməti Müctəba Xameneiyə tabedir
23:33 01.07.2026
Region
İqbal Ağazadənin adı ilə Ələşrəfqızını aldatdılar
23:15 01.07.2026
Hadisə
"Qarabağ" Macarıstanın "Ferenstvaroş" klubuna uduzdu
22:40 01.07.2026
Futbol
BMT-nin pulu sentyabr ayında qurtara bilər
22:24 01.07.2026
Dünya
Ərəb dənizində ABŞ helikopteri qəza enişi edib, hərbçi itkin düşüb
22:08 01.07.2026
Dünya
"Reuters": Kot-d"İvuarda daşqınlar nəticəsində 59 nəfər ölüb
21:25 01.07.2026
Dünya
Samuxda yük avtomobili çaya aşdı, ölən var
21:13 01.07.2026
Dünya
İsrail ordusu HƏMAS-ın tağım komandirinin öldürüldüyünü açıqladı
21:07 01.07.2026
Dünya
Türkiyədə 5 kq partlayıcı daşıyan PUA aşkarlanıb
21:00 01.07.2026
Dünya
Karapetyan müxalifəti xilas etmir, əksinə hədəfə çevirir - TƏHLİL
20:02 01.07.2026
Gündəm
Suriyanın ilk keçid parlamenti formalaşdırıldı
19:25 01.07.2026
Dünya
İlham Əliyevin Ursula fon der Lyayenlə geniş tərkibdə görüşü olub
19:19 01.07.2026
Rəsmi
Putinin hakimiyyətdən getməsinə 370 min dollar qoyuldu
19:12 01.07.2026
Dünya