
Rusiyanın "humanitar" yardımı bitmir
Yusif Nəzərli
08:42 22.12.2021
Siyasət
618
Laçın dəhlizinə mütləq post qoyulmalıdır
Ya da Kreml qarşısında tələb qoyulmalıdır ki, silahlı ermənilər Qarabağı tərk etsin
Rusiya hərbi karvanı Laçın dəhlizindən keçməklə, Qarabağda etnik ermənilərə növbəti dəfə“humanitar” yardım gətirib. Rusiya bu cür “humanitar” yardımları Ukraynanın Donbass bölgəsinə də edir. Bir müddət sonra yardımların ərzaq deyil, silah və sursatlardan ibarət olduğu ortaya çıxır. Qarabağda silahlı erməni dəstələrinin sayının 15 minə yaxın olduğu və onların silah təchizatının məhz Laçın dəhlizi vasitəsi ilə həyata keçirildiyi məlumdur.
10 noyabr üçtərəfli bəyanatına görə silahlı erməni birləşmələri ərazilərimizi tərk etməliydi. Amma Rusiya tərəfi öhdəliklərinə əməl etmir. Əksinə, oradakı qanunsuz silahlı dəstələrin təchizatını da “humanitar yardım” adı altında həyata keçirir.

Politoloq Məhəmməd Əsədullazadə “Şərq”ə bildirib ki, Rusiya tərəfi Qarabağdakı etnik ermənilərə nə “humanitar yardım” göstərməli, nə də hər hansı fərqli fəaliyyət icra etməlidir. Analitikə görə, sülhməramlıların missiyası bölgədə sülhün və təhlükəsizliyin təminidir:
“Azərbaycan Laçın dəhlizinə nəzarəti öz əlinə almayana kimi Rusiya silahlı erməni birləşmələrinin əli ilə ölkəmizə başağrısı yaratmağa davam edəcək. Rusiya Xocalıda xeyli zirehli texnika yerləşdirib. Prezident İlham Əliyevin Brüsseldə “Laçın dəhlizində post qoyulmalıdır” mesajı təkcə Zəngəzur dəhlizi ilə bağlı deyildi. Bu, Rusiyanın Qarabağda erməni separatçılarının silahlandırılmasının qarşısını almağa yönəlik açıqlama idi. Laçın dəhlizi Azərbaycanın ərazi bütövlüyü çərçivəsindədir. Rusiya tərəfi bir müddətdən sonra Qarabağda qondarma şəkildə yaratdığı “rus icmasına” pasport paylayacaq. Bu da Azərbaycan üçün ciddi problemə çevrilə bilər. Qondarma “rus icmasını” yaratmaqda Kremlin hədəfi Qarabağda daimi qalmaqdır. Amma Rusiyanın geosiyasi ambisiyalarının qarşısı alınacaq”.
Siyasi şərhçi vurğulayıb ki, gələn ildən Qarabağda silahlı ermənilərin fəaliyyətinin qarşısını almaq üçün Laçın dəhlizində mütləq post qoyulmalıdır:
“Əlbəttə, Rusiyanın buna reaksiyası mənfi olacaq. Lakin Moskvanın Azərbaycan-Ermənistan əlaqələrinin normallaşmaması və geosiyasi maraqlarına uyğun davam etməsi üçün Qarabağdakı erməni silahlılarından istifadə cəhdlərinin qarşısı birdəfəlik alınmalıdır. Kreml qarşısında konkret tələb qoymalıyıq. Ya silahlı erməni birləşmələri Qarabağdan çıxarılmalı, ya da dəhlizdə post qoyulmalıdır”.
Oxşar xəbərlər
Paşinyan Rusiya və Avropa İttifaqı arasında həssas tarazlığı qorumağa çalışır - ŞƏRH
20:58 27.07.2026
Prezidentin Naxçıvan üzrə səlahiyyətli nümayəndəliyi vahid indekslər siyahısına əlavə edildi
15:12 27.07.2026
Xəbər lenti
Hamısına bax
Mexikonun mərkəzində atışma: bir nəfər ölüb, iki nəfər yaralanıb
09:47 28.07.2026
Hadisə
“Qarabağ”dan ayrılan Addainin yeni klubu rəsmiləşdi
09:19 28.07.2026
Futbol
Hindistan XİN Ukrayna səfirini çağırdı
08:58 28.07.2026
Dünya
Tom Kruzun qızı Suri atasının soyadından imtina edib
08:57 28.07.2026
Dünya
Avqustda 4 bürcə pul gələcək
08:20 28.07.2026
Cəmiyyət
Toy bitdi, iş başladı
07:51 28.07.2026
Şou
İran Ukraynanı hansı raketlərlə vura bilər? - DE
06:42 28.07.2026
Aktual
Afrikada xroniki aclıqdan əziyyət çəkənlərin sayı 309 milyonu ötüb
06:06 28.07.2026
Dünya
Onlar baş rol olacaq
04:44 28.07.2026
Şou
Dodaqlar niyə qaralır? - Səbəbi budur
04:04 28.07.2026
Sağlamlıq
Rusiya dəniz yollarını bağlamağa çalışır - Zelenski
02:52 28.07.2026
Aktual
Tramp: ABŞ-İran danışıqları dostluq şəraitində keçir
01:21 28.07.2026
Gündəm
"Facebook"un işində nasazlıq yarandı
00:35 28.07.2026
Texnologiya
BMT təsdiqlədi: Ukrayna müharibəsi başlayandan bəri...
23:57 27.07.2026
Dünya
Mədəniyyət naziri Anarla görüşüb
23:35 27.07.2026
Mədəniyyət
Türkiyədə məşhurların narkotik analiz nəticələri məlum oldu
22:30 27.07.2026
Şou