S-400 məsələsi həll olunsa, Türkiyəyə F-35 tədarükü... - Barak
13:42 12.07.2025
Siyasət
376
Türkiyəyə F-35 qırıcılarının tədarükü Rusiya istehsalı olan S-400 zenit-raket komplekslərinə görə hələ də açıq qalıb.
Axar.az xəbər verir ki, bunu ABŞ-ın Ankaradakı səfiri və prezidentin Suriya üzrə xüsusi nümayəndəsi Tomas Barak deyib.
Diplomatın sözlərinə görə, əgər Ankara ilə Vaşinqton arasında bu məsələ həll edilərsə, F-35 layihəsi yenidən müzakirə mövzusu ola bilər:
“Türkiyə NATO-nun ikinci ən güclü ordusuna sahibdir və müdafiə sənayesində böyük irəliləyiş göstərib. Əgər S-400 problemi yoluna qoyularsa, F-35 tədarükü məsələsi geri dönə bilər. Prezident Tramp bu məsələdə rasional yanaşma nümayiş etdirib”, - deyə Barak bildirib.
Xatırladaq ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ötən gün F-35 proqramına qayıdışla bağlı danışıqların davam etdiyini və konkret tarixlərin hələ müəyyənləşmədiyini açıqlayıb. O, həmçinin S-400-lərlə bağlı məsələnin artıq bağlandığını və ABŞ Prezidenti Donald Trampın F-35-lərlə bağlı razılaşmaya sadiq qalacağına ümid etdiyini vurğulayıb.
Xatırladaq ki, Türkiyə 2017-ci ildə Rusiya ilə S-400 sistemi üzrə müqavilə imzalamış və 2019-cu ildə kompleksləri əldə etmişdi. ABŞ isə buna cavab olaraq Türkiyəni F-35 proqramından çıxarmış, CAATSA qanunu çərçivəsində Türkiyə müdafiə sənayesi rəhbərlərinə qarşı sanksiyalar tətbiq etmiş və birgə memorandumu ləğv edərək onu qalan 7 tərəfdaş ölkə ilə yenidən imzalamışdı.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Makron xalqa müraciət etdi: Etirazçıların tələbləri nəzərə alınacaq
23:03 18.10.2026
Dünya
Marneulidə iki məcburi nikahın qarşısı alınıb
22:50 18.10.2026
Hadisə
Səudiyyə Ərəbistanının cənubuna mərmi düşüb, xəsarət alanlar var
22:48 18.10.2026
Dünya
ABŞ dövlət katibi Özbəkistana səfər etdi
21:55 18.10.2026
Gündəm
Ağdaşda işıqforun işləməməsi qəzaya səbəb oldu - Yaralananlar var
21:25 18.10.2026
Hadisə
Tramp Netanyahuya seçkilərdə dəstəyini açıqladı
21:09 18.10.2026
Dünya
Parisdə iğtişaşlar yenidən alovlanıb
20:21 18.10.2026
Dünya
Ukrayna bu ölkədən üzr istədi
20:19 18.10.2026
Dünya
Lavrov: Trampın Qəzza ilə bağlı planı kağız üzərində qalıb
19:41 18.10.2026
Dünya
PSJ “Barselona” ilə oyuna itki ilə çıxacaq
19:20 18.10.2026
Futbol
Trampın reytinqi rekord həddə düşüb
19:10 18.10.2026
Gündəm
Naxçıvanda avtomobil piyadanı vurub
18:53 18.10.2026
Hadisə
Antalyaya uçan təyyarə Peterburqa enə bilmədi
18:30 18.10.2026
Hadisə
"İmişli" "Turan Tovuz"u məğlub etdi
18:13 18.10.2026
Futbol
Sahibə Qafarova Qırğızıstana səfərə gedib
18:03 18.10.2026
Rəsmi