Saakaşvili: “Nə Gürcüstanın ədliyyə sistemini, nə də ittihamları qəbul edirəm”
Yusif Nəzərli
10:09 29.11.2021
Siyasət
675
Gürcüstanın eks-prezidenti Mixail Saakaşvili məhkəmə zalında çıxışı zamanı nə Gürcüstanın ədliyyə sistemini, nə də ona qarşı irəli sürülən ittihamları qəbul etmədiyini deyib.
M.Saakaşvili həbs olunduqdan sonra ilk dəfədir ki, məhkəmədə iştirak edir. Proses şəhər məhkəməsi binası yaxınlığında səs-küylü etiraz aksiyası fonunda baş verir. Prosesdə media nümayəndələrindən yalnız Gürcüstanın Birinci Kanalının jurnalistləri və operatorları iştirak edir. Televiziya şirkəti vaxtaşırı məhkəmədən xəbərlər verir.
Hakimlər M.Saakaşvilinin səhhətinin vəziyyətini nəzərə alaraq, ona su içməyə icazə veriblər. Siyasətçi cavab verdi ki, onlara təşəkkür edir və yaxşılığı qiymətləndirir.
Məhkəmə başlamazdan əvvəl müdafiə tərəfinin zalda Gürcüstanın himninin səsləndirilməsi hakimlərin narazılığına səbəb olub.
“Himnə qadağa? Mənim yaratdığım Gürcüstanın himni altında mən mübahisə etmək istəmirəm”, - deyə M.Saakaşvili bildirib.
Vəkillər vəsatət qaldırıblar ki, iclas telekanallar vasitəsilə canlı yayımlansın.
Eyni zamanda onlar prosesi “Facebook”da canlı yayımlayıblar, ancaq hakim onlardan yayımı dayandırmağı xahiş edib.
M.Saakaşvili oktyabrın 1-də Gürcüstanda saxlanılıb, həmin vaxtdan o, aclıq aksiyasına başlayıb. Bundan əvvəl Gürcüstanda o, bankir Sandro Qirqvlianinin qətli və deputat Valeri Gelaşvilinin döyülməsi işləri ilə bağlı qiyabi mühakimə olunub. Birinci halda M.Saakaşvili üç il, ikincidə isə altı il müddətinə azadlıqdan məhrum edilib. Bundan başqa, eks-prezident 2007-ci il noyabrın 7-də müxalifətin mitinqinin dağıdılması, “İmedi” telekanalının talan edilməsi və dövlət büdcəsindən ayrılan vəsaitlərin mənimsənilməsində ittiham olunur. Bu işlər üzrə məhkəmələr hələ davam edir.
Gürcüstan hakimiyyəti M.Saakaşvilini azad etməkdən imtina edir.
Mənbə: RİA Novosti
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Prezident BMT ilə imzalanmış əlavə Sazişi təsdiqlədi
16:17 04.05.2026
Gündəm
“Piyada şəhərin ən üst pilləsində olmalıdır” - Ekspert
15:54 04.05.2026
Aktual
4,5 milyon manatlıq müəssisə ləğv edildi
15:44 04.05.2026
Gündəm
“Liverpul”dan antirekord
14:51 04.05.2026
Futbol
Dövlət sərhədini pоzduqlarına görə 18 nəfər saxlanılıb
14:26 04.05.2026
Hadisə
Türkdilli xalqların deportasiya və soyqırım günü təsis edilməlidir
14:24 04.05.2026
Aktual
Faciəvi yanğında ölən modelyerin qızı niyə hələ də sağalmayıb?
13:56 04.05.2026
Cəmiyyət
SEPAH: Hörmüz boğazında yeni idarəetmə zonası müəyyən edilib
13:34 04.05.2026
Gündəm
İrəvanda Makrondan Köçəryan və Sərkisyana ittihamlar
13:22 04.05.2026
Gündəm
Cüdoçularımız Avropa Kubokunu 7 medalla baş vurub
13:05 04.05.2026
İdman
Martin Çunqonq Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib
12:48 04.05.2026
Siyasət
NİİM sürücülərə müraciət etdi
12:44 04.05.2026
İnfrastruktur
Azərbaycan Prezidenti: Doqquz aydır sülh şəraitində yaşayırıq
12:37 04.05.2026
Rəsmi