“Saakaşvili prosesi həbsdə olarkən də idarə edə bilər” – Yarımçıq yolun davamı...
Yusif Nəzərli
12:35 06.10.2021
Siyasət
407
“İctimai müqavimət və prosesin özünə dəstək Saakaşvili üzərində olan saxta ittihamlara və cinayət işlərinə xitam verilməsinə, onun azadlığa çıxmasına şərait yaradacaq”
Gürcüstanda siyasi gərginlik davam etməkdədir. Sabiq prezident Mixail Saakaşvilinin həbs olunması və aclıq aksiyasına başlaması onun tərəfdarlarının daha qətiyyətli mübarizəsinə şərait yaradıb.
Seçkilərdə “Vahid Milli Hərəkat Partiyası” səs faizi ilə geridə olsa da, Saakaşvilinin qalib gələcəyini istisna etməyənlər var. Xüsusilə, “Gürcü arzusu” partiyasının böyük şəhərlərdə o qədər də çox səs toplamaması eks prezidentin qalib olma ehtimallarını artırır. Ancaq əsas və maraqlı olan bir məsələ var. Bu da Saakaşvilinin həbsdən azad edilib-edilməyəcəyidir.
Gürcüstanda baş verən prosesləri “Sherg.az”a şərh edən “Borçalı” İctimai Birliyinin sədri, ictimai-siyasi xadim Zəlimxan Məmmədlinin sözlərinə görə, Saakaşvilinin adı dünya demokratik təsisatlarının dəftərində yer alıb.
Z.Məmmədli qeyd edib ki, Saakaşvili ideyalarını özünəməxsus metodlarla həyata keçirən, postsovet bataqlığından demokratiyaya keçidin unikal bir modelini yaradan siyasi liderdir:
“Onun personasından daha çox həyata vəsiqə qazandırdığı proses önəmlidir. Saakaşvili personası hakimiyyətdə və səlahiyyətdə olmaya da bilər, amma sabiq prezident bu ideyaların həyata keçməsi üçün çalışanlardan biridir. İstər Ukraynada, istərsə də, Gürcüstanda onun adına korrupsioner, vəzifədən sui-istifadə və digər ittihamlar irəli sürmək qeyri-mümkündür. Bu baxımdan Saakaşvilinin gəlişi həm dünyanın, həm də ölkə ictimaiyyətinin diqqətini məhz demokratiyaya yönəldəcək. İndiki Gürcüstan hakimiyyəti demokratiya sahəsində deformasiyalara yol verib. Bu durum da insanları narahat edir. Saakaşvili bütün bunların düzəlməsini, yeni islahatlar, yarımçıq qalan xəttin davamı və Gürcüstanın daha güvənli və iqtisadi cəhətdən təhlükəsiz bir zonaya daşımaq istəyir. Onun tərəfdaşları aksiyalar keçirirlər. Düşünürəm ki, bu aksiyalar genişlənəcək və Gürcüstanın ayrı-ayrı bölgələrini, o cümlədən demokratik təsisatlarını da proseslərə cəlb edə biləcək. Beləliklə, Gürcüstan daha maraqlı ölkələrdən birinə çevriləcək”.
Birlik sədri vurğulayıb ki, Saakaşvilinin həbsdə qalması və yaxud qalmaması önəmli deyil. Əsas odur ki, böyük liderlər müvafiq prosesi həbsdə olarkən də idarə edə biliblər:
“Ümid edirəm ki, ictimai müqavimət və prosesin özünə dəstək Saakaşvili üzərində olan saxta ittihamlara və cinayət işlərinə xitam verilməsinə, onun azadlığa çıxmasına şərait yarada bilər”.
Z.Məmmədlinin fikrincə, Gürcüstandakı olaylar Azərbaycana təsirsiz ötüşməyə bilməz:
“ Azərbaycanın daha güclü olması üçün demokratiyaya keçidi labüddür. Bu, Gürcüstanda həyata keçirilən Saakaşvilinin müəllifi olduğu demokratiyaya keçid formasıdır və gec-tez ölkəmizdə də oturuşması mümkün olacaq”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
ÜST Hantavirusun yayılmasını elan etdi - Simptomlar
03:40 05.05.2026
Sağlamlıq
CeyLo idman zalına gedərkən…
03:03 05.05.2026
Şou
Aktrisa Nəsrin Cavadzadə səssiz- səmirsiz evləndi
02:34 05.05.2026
Şou
Tramp: ABŞ daha yüksək idxal rüsumları tətbiq edəcək
02:21 05.05.2026
Gündəm
Juninyo "Qarabağ"a qayıdır?
01:53 05.05.2026
Futbol
KİV: ABŞ-da benzinin qiyməti rekord həddə çatıb
01:01 05.05.2026
İqtisadiyyat
Ağ Evin yaxınlığında silah səsləri eşidilib
00:38 05.05.2026
Dünya
Zelenski: Ukrayna mayın 6-dan etibarən “sükut rejimi” elan edir
23:40 04.05.2026
Dünya
Mingəçevirdə tələbə ölüb
23:19 04.05.2026
Hadisə
"Qarabağ" qalib gəldi
23:06 04.05.2026
Futbol
Ciorcia Meloninin Azərbaycana səfəri başa çatıb
22:55 04.05.2026
Siyasət
“Paşinyanı devirmək planı var” - ŞƏRH
22:21 04.05.2026
Gündəm
“Dərslik tənqidləri qeyri-obyektivdir” - Tarix müəllimi
22:16 04.05.2026
Elm və Təhsil
Zelenskidən Paşinyana təklif - KİYEVDƏ KEÇİRİLSİN
21:45 04.05.2026
Gündəm
“Qarabağ” “Turan Tovuz”u məğlub etdi
21:36 04.05.2026
Futbol
Rusiya 8–9 may tarixlərində atəşkəs elan edib
21:34 04.05.2026
Dünya