Saakaşvilinin hakimiyyətə gəlişi real görünür
Yusif Nəzərli
08:19 16.10.2021
Siyasət
402
Onun Tiflisə qayıdışı, həbsi və aclıq aksiyasına başlaması protest elektoratına mübarizə ruhu verdi
Gürcüstanın paytaxtı Tbilisidə müxalifətin genişmiqyaslı mitinqi keçirilib. “Azadlıq” meydanına toplanan müxalif “Vahid Milli Hərəkat” Partiyasının üzvləri və tərəfdarları sabiq prezident Mixeil Saakaşvilinin həbsdən azad edilməsini tələb edirlər. Mitinqə paytaxt sakinləri ilə yanaşı Gürcüstanın müxtəlif bölgələrindən də çox sayda müxalifət tərəfdarının toplaşdığı bildirilib.
Əraziyə çox sayda polis və təcili yardım maşınları cəlb edilib. Mitinqin keçirildiyi “Azadlıq” meydanında, eləcə də Rustaveli prospektində nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılıb.
Məsələ ilə bağlı politoloq Azər Rəşidoğlu "Şərq"ə açıqlamasında deyib ki, Tiflisin “Azadlıq” meydanında keçirilən mitinq onu göstərdi ki, vətəndaşlar “Gürcü arzusu” hakimiyyətinin korrupsiyasından beziblər:
"Xeyli vaxt keçməsinə baxmayaraq, insanlar hələ də indi həbsdə olan 3-cü prezident Mixeil Saakaşvilinin prezidentliyi dövrünün xiffətini çəkirlər. Yeni gənclik Saakaşvilini çətin xatırlamasına baxmayaraq, onun Tiflisə qayıdışı, həbsi və aclıq aksiyasına başlaması protest elektoratına mübarizə ruhu verdi. Aksiyanın uğurlu alınmasının əsas müəlliflərindən olan, Vahid Milli Hərəkatın lideri Nika Melianın da nüfuzu öz sözünü deyir. Nika Melia 2020-ci ilin dekabrında Vaşadzenin istefasından sonra VMH-nin sədri seçilib və qısa zamanda müxalifəti birləşdirə bilib. 23 fevral 2021-ci ildə xüsusi təyinatlılar və polis VHM ofisində reyd keçirərək Melianı həbs etdilər. Bunun ardınca minlərlə etirazçı Melianın azadlığa buraxılmasını tələb edərək küçələrə axışdı. 2020-ci il parlament seçkilərində “Gürcü arzusu” Partiyasından namizəd olmuş Baş nazir Qaribaşvili Nika Melianı "adi cinayətkar və terrorçu" adlandırdı. Qərbin ciddi təzyiqlərindən sonra Nika Melia 10 may 2021-ci il tarixində azadlığa buraxıldı".
A.Rəşidoğlu əlavə edib ki, Nika Melia ağıllı siyasətçidir:
"O, Saakaşvili ilə birləşə bildi. Əgər Melia istəyinə nail ola bilsə, Saakaşvili azadlığa çıxacaq. Gələcək iqtidar Melia və Saakaşvili tərəfdarlarından ibarət olacaq. Saakaşvili Melia ilə əməkdaşlığı pozmasa, onun hakimiyyətə gəlişi real görünür".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Səidə Mirziyoyeva Ərdoğanla görüşdü
17:50 15.10.2026
Gündəm
Paşinyan sülh sazişini bilərəkdən uzadır - ŞƏRH
17:36 15.10.2026
Gündəm
Gürcüstan müxalifəti etiraz aksiyaları elan edib
17:19 15.10.2026
Region
Kobaxidze Ermənistana səfər edib
17:13 15.10.2026
Gündəm
Onlar Mətbuat Şurasından gedir
17:07 15.10.2026
Media
Azərbaycan-Türkiyə qardaşlığını heç kim poza bilməz - TƏHLİL
16:42 15.10.2026
Gündəm
DTX tərəfindən saxlanılan Saleh Səmədova hökm oxunub
16:17 15.10.2026
Hadisə
3+3 formatında növbəti görüş Azərbaycanda keçirilə bilər
16:03 15.10.2026
Gündəm
İlham Əliyev Hakan Fidanı qəbul etdi
15:50 15.10.2026
Gündəm
Fransa yenə də Ermənistanın arxasındadır - Politoloq
15:29 15.10.2026
Gündəm
"Novaya Qazeta" qəzetinin baş redaktorunun evində axtarış aparılır
14:39 15.10.2026
Dünya
Bakı-Vyentyan xəttində yeni gediş: Azərbaycan Asiyaya açılır
14:17 15.10.2026
Gündəm
Səidə Mirziyoyeva Bayraktarla görüşdü
14:01 15.10.2026
Dünya
Əhaliyə xəbərdarlıq: Bu gündən başlayır, 2 gün davam edəcək...
13:54 15.10.2026
Ekologiya