Sabiq XİN rəhbəri: Aİ məntiqsizliyin pik səviyyəsindədir
11:01 18.01.2024
Siyasət
673
Avropa İttifaqı yenə öz ampluasındadır. Bu dəfəki hədəf isə yenə də Azərbaycandır. Aİ yenə Azərbaycanın üstünə gəlmək, öz varlığını yada salmaq istəyir. Bu istəyini reallaşdırmaq üçünsə yenə də uydurma nağıllara baş vururlar.
Məsələn, Aİ-nin Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə sözçüsü Peter Stano deyir ki, Aİ Azərbaycana Ermənistanın ərazi bütövlüyünün hər hansı pozulmasının qəbuledilməz olduğu və münasibətlərimiz üçün ciddi nəticələr verəcəyi barədə aydın mesaj vermək üçün bütün imkanlardan istifadə edir.
Sabiq xarici işlər naziri Tofiq Zülfüqarov "Sherg.az"a açıqlamasında deyib ki, başda Fransa olmaqla Aİ-nın məsələ ilə bağlı çox absurd mövqeyi var:
"Onlar Azərbaycanın Ermənistanla bağlı ərazi iddiası olduğunu uydururlar. Ərazi iddiaları necə ola bilər ki, hələ sərhədlər müəyyən olunmayıb ? Ermənistan mövzunun həllini tapmalı olduğunu car çəkir. Qəribədir hansı əsasla Azərbaycanın Ermənistanın torpaqları ilə bağlı ərazi iddiası olduğu fikrinə qapılıblar ? Bunun üçün ilk növbədə danışıqlara başlamaq lazımdır".
T.Zülfüqarov Ermənistanın 1975-ci ilin xəritəsini əsas götürülməsini təklif etdiyini vurğulayıb:
"Deməli bunla etiraf edir ki, artıq bu mübahisəli məsələdir. Məntiqsizliyin pik səviyyəsindədirlər. Azərbaycan hələ heç bir il, heç bir xəritə ilə bağlı fikir səsləndirməyib. Hardan çıxır bu ərazi iddiası məsələləri ? Rəsmi Parisin və Makronun əsas siyasi xətti Fransanı fövqəl dövlətlərin sırasına qaytarmaqdı. Amma Azərbaycan Ermənistandan fərqli olaraq özünə böyük qardaş, böyük bacı axtarmır. Ümumiyyətlə bu fəlsəfəni qəbul etmir. Fransa və Aİ ilə yaranan problemlər bundan irəli gəlir".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
"Qızıl top" səsverməsində rəsmi nəticələr açıqlandı
01:32 31.10.2026
Futbol
Erməni ombudsmandan "türk" sözü ilə bağlı - BƏYANAT
01:11 31.10.2026
Cənubi Qafqaz
ABŞ Yaxın Şərqə əlavə hərbi texnika göndərir
00:49 31.10.2026
Gündəm
ABŞ Ukraynaya 500 ədəd "Patriot" raketi satacaq
23:50 30.10.2026
Aktual
Qızılın qiyməti xeyli ucuzlaşdı
23:31 30.10.2026
İqtisadiyyat
Abbasdan Ankaranı aşağılayan addım - Türkiyə “səssiz” qaldı
23:10 30.10.2026
Dünya
Lyayen: Aİ və Kanada unikal tərəfdaşlıq yaradırlar
21:50 30.10.2026
Aktual
Aİ Ukraynaya 2027-ci il üçün 45 milyard avro yardım ayırıb
20:40 30.10.2026
Aktual
Premyer Liqa: "Sabah" səfərdə "Turan Tovuz"a məğlub olub
20:31 30.10.2026
Futbol
Mingəçevirdə qətl törədilib
20:00 30.10.2026
Hadisə
“Beşiktaş” İsrail komandası ilə oyununu Gürcüstanda keçirəcək
19:30 30.10.2026
Futbol
U-15 dünya çempionatı: İspaniya çempion olub
19:21 30.10.2026
İdman
Paşinyanı devirmək, müharibəni alovlandırmaq istəyirlər - ŞƏRH
19:13 30.10.2026
Gündəm
Zelenski sabah Türkiyəyə gedir
18:51 30.10.2026
Dünya