Sabiq XİN rəhbəri: “Zəngəzur dəhlizinə xarici nəzarət yalnız Bakının razılığı ilə ola bilər”
10:30 23.07.2025
Siyasət
316
Elmar Məmmədyarov: ABŞ şirkətinin dəhlizə nəzarəti konteksində Rusiya sərhədçiləri ilə necə təmasda olacaqları müəmmalı olaraq qalır
Ermənistan Zəngəzur dəhlizini ABŞ şirkətinə verməyə razılaşdığı iddia edilir.
Bu barədə İspaniyanın "Periodista Digital" saytının dərc etdiyi məqalədə deyilir.
Məqalədə Azərbaycan, Ermənistan və ABŞ arasında gizli memorendum imzalandığı iddia olunur. İddia müəllifləri Fransadakı erməni diaporunun bir üzvünə istinad edirlər.
Belə ki, memorendumda Zəngəzur dəhlizinin açılacağı və bu dəhlizin "Tramp körpüsü" adlandırılacağı bildirilir. Bundan əlavə, ABŞ özəl hərbi şirkətinin 1000-ə yaxın əməkdaşının Ermənistana yerləşdiriləcəyi qeyd olunur.
Erməni diasporunun sifarişi ilə yazıldığı aydın olan məqalə Ermənistanın siyasi rəhbərliyinin iddia edilən memorendumu "milli xəyanət", İran və Avropa Birliyi əleyhinə atılmış addım hesab edir.
Halbuki, Zəngəzur dəhlizinin və ümumilikdə regiondakı kommunikasiya xətlərinin açılmasının Azərbaycan və Ermənistan başda olmaqla bütün regional və qlobal güclərin marağındadır. Məqalə müəllifləri isə bu real vəziyyəti görmək istəməyərək erməni diaposrunun çirkin məqsədlərini yerinə yetirirlər. Diasporun xəstə təxəyyülü və neofaşist mahiyyəti bu məqalədə də özünü göstərir.
Sabiq Xarici İşlər Naziri Elmar Məmmədyarov “Sherg.az”a bildirib ki, Prezident İlham Əliyev lll Şuşa Qlobal Media forumunda "Dəhlizə hansı şirkətin nəzarət edəcəyi Ermənistanın daxili məsələsidir" deyib:
“Lakin burda əsas məsələ təhlükəsizlikdir. Yəni Azərbaycandan Naxçıvana gedəcək yükləri birmənalı şəkildə göndərmək olar. Amma vətandaşların təhlükəsizliyi vacib məsələ olaraq qalır. Ona görə də Prezident söylədi ki, biz Azərbaycan vətəndaşının erməni gömrükçü ilə üz-üzə gəlməsini istəmirik. Buarada əsas sual Avropa və ya ABŞ şirkətinin təhlükəsizliyi təmin edə bilib-bilməyəcəyidir. Bu isə artıq danışıqların mövzusudur. Digər tərəfdən belə bir Memorendumun Bakıdan xəbərsiz imzalana biləcəyinə inanmıram. Ola bilsin ki, “İspan” nəşri səhv məlumat yayıb. Ümumiyyətlə ABŞ şirkəti ilk növbədə Zəngəzur dəhlizinin hansı prinsplərlə işləcəyi ilə bağlı öz təkliflərini irəli sürməlidir. Onlar nəzarəti gizlin təmin edə bilməz”.
Sabiq nazir bu məsələyə Rusiyanın mövqeyinin necə olacağından da danışdı:
“Hamıya bəllidir ki, Ermənistanla İran sərhədini Rusiya sərhədçiləri qoruyurlar. Ona görə də ABŞ şirkətinin dəhlizə nəzarəti konteksində Rusiya sərhədçiləri ilə necə təmasda olacaqları müəmmalı olaraq qalır. Həmçinin İran da belə bir sazişin imzalanmasını istəməz. Rusiya isə deyəcək ki, bu təhlükəli məsələdir və biz ,gərək, danışıqlar mövzusunu bilək. Bu səbəblərdən dolayı məsələ qəliz olaraq qalır”.
Kəmalə Vəliyeva
Oxşar xəbərlər
Avropa Komissiyasının Prezidenti: Regional əlaqələndirmə üzrə investisiya konfransının Bakıda keçirilməsini istəyirik
20:42 01.07.2026
Emi Karlon: Azərbaycanla strateji tərəfdaşlıq Cənubi Qafqazda sülh və inkişafı gücləndirəcək
20:24 01.07.2026
Lyayen: Azərbaycan nadir ölkələrdəndir ki, regional sabitliyi və inkişafı irəli apara bilər
20:17 01.07.2026
Xəbər lenti
Hamısına bax
SEPAH-a 100 milyon barrel neft ayıra bilərik - Pezeşkian
01:40 02.07.2026
Dünya
Rütte: Ağ Ev Avropanın İran məsələsindəki mövqeyindən narazıdır
00:50 02.07.2026
Dünya
Venesuelada birhəftəlik matəm elan edildi
23:56 01.07.2026
Dünya
Pezeşkian: İran hökuməti Müctəba Xameneiyə tabedir
23:33 01.07.2026
Region
İqbal Ağazadənin adı ilə Ələşrəfqızını aldatdılar
23:15 01.07.2026
Hadisə
"Qarabağ" Macarıstanın "Ferenstvaroş" klubuna uduzdu
22:40 01.07.2026
Futbol
BMT-nin pulu sentyabr ayında qurtara bilər
22:24 01.07.2026
Dünya
Ərəb dənizində ABŞ helikopteri qəza enişi edib, hərbçi itkin düşüb
22:08 01.07.2026
Dünya
"Reuters": Kot-d"İvuarda daşqınlar nəticəsində 59 nəfər ölüb
21:25 01.07.2026
Dünya
Samuxda yük avtomobili çaya aşdı, ölən var
21:13 01.07.2026
Dünya
İsrail ordusu HƏMAS-ın tağım komandirinin öldürüldüyünü açıqladı
21:07 01.07.2026
Dünya
Türkiyədə 5 kq partlayıcı daşıyan PUA aşkarlanıb
21:00 01.07.2026
Dünya
Karapetyan müxalifəti xilas etmir, əksinə hədəfə çevirir - TƏHLİL
20:02 01.07.2026
Gündəm