Sahil Babayev Ukrayna səfiri ilə görüşüb
17:35 20.06.2024
Siyasət
294
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində Ukraynanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Yuri Qusev ilə görüş olub.
Nazirlikdən verilən xəbərə görə, Azərbaycan və Ukrayna arasında ikitərəfli münasibətlərin yüksək səviyyədə olduğunu bildirən əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev dostluq və əməkdaşlıq əlaqələrinin sosial sahəni də əhatə etdiyini diqqətə çatdırıb. Nazirliklə Ukraynanın Sosial Siyasət Nazirliyi arasında imzalanmış sənədlərin əmək, məşğulluq, sosial müdafiə, reabilitasiya sahələrində əlaqələrin genişlənməsində önəmi qeyd olunub.
Ölkəmizdə aparılan sosial islahatlar və əldə olunan uğurlar, DOST konsepsiyası, sosial sahədə elektronlaşdırma proqramının nailiyyətləri barədə məlumat verilib. Ukraynada müharibədən əziyyət çəkmiş uşaqların ölkəmizə gətirilərək sosial-psixoloji reabilitasiya xidmətləri ilə təmin olunması sahəsində görülən işlərdən bəhs olunub.
Y.Qusev ölkəsi ilə Azərbaycanın əlaqələrinin daim genişlənməsindən məmnunluğunu, sosial islahatlar prosesində ikitərəfli əməkdaşlığın önəmini qeyd edib.
Görüşdə sosial təminat, həmçinin əlilliyi olan şəxslərin reabilitasiyası sahəsində gələcək əməkdaşlığa dair fikir mübadiləsi aparılıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Boğazında yemək qalan şagird manevrası ilə xilas edildi
21:34 11.04.2026
Hadisə
Özgür Özəl hakimiyyəti dəyişmək üçün seçki çağırışı edib.
21:18 11.04.2026
Gündəm
Tramp: Hörmüz boğazı tezliklə gəmiçilik üçün açılacaq
20:55 11.04.2026
Dünya
Faciəvi qəza: Ana övladlarını qorumaq üçün canından keçdi
20:52 11.04.2026
Hadisə
Çin Tayvan üçün "yumşaq güc" kartını açdı – ŞƏRH
20:41 11.04.2026
Gündəm
Cey Di Vens və Cared Kuşner İran rəhbərliyi ilə üzbəüz görüşdü
19:53 11.04.2026
Dünya
Kürd siyasətçi İraqın yeni prezidenti seçilib
19:17 11.04.2026
Dünya
Türkiyədə 4,8 bal gücündə zəlzələ olub
18:50 11.04.2026
Hadisə
17 yaşlı şübhəli üçün 126 ilə qədər həbs istənilir
17:56 11.04.2026
Hadisə
Abşeronda ölüm hadisəsi baş verdi
17:51 11.04.2026
Hadisə
Ağdamda tikintidə ölüm hadisəsi baş verib
17:25 11.04.2026
Hadisə
Tərtərdə kanalda batan 7 yaşlı uşağın meyiti tapılıb - YENİLƏNİB
17:23 11.04.2026
Hadisə
ABŞ-İran danışıqları başladı - YENİLƏNDİ
17:19 11.04.2026
Dünya
Güclü külək əsəcək - XƏBƏRDARLIQ
16:59 11.04.2026
Ekologiya