Şavkat Mirziyoyev: COP29 çərçivəsində əldə olunmuş razılaşmaları dəstəkləyirik

"Biz COP29 çərçivəsində əldə olunmuş razılaşmaları dəstəkləyirik".
Sherg.az xəbər verir ki, bunu Özbəkistan Prezidenti Şavkat Mirziyoyev İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) 17-ci Zirvə görüşündəki çıxışında deyib:

"Bu razılaşmalar iqlim dəyişikliyi, yaşıl keçidin sürətləndirilməsi və digər vacib ekoloji məsələlərin həllinə töhfə verəcək. Məhz bu səbəbdən, bu gün biz də təşkilatımız adından bu istiqamətdə birgə əməkdaşlığa hazır olduğumuzu bildiririk".