
Səid Cəlili, yoxsa Pezeşkian?
08:31 05.07.2024
Siyasət
599
Namizədlər arasında ciddi fərq yoxdur
İsrail və ABŞ seçkiləri yaxından izləyir, amma hazırkı mərhələyə qədər xüsusi bir müdaxilə sezilmir
“Mən İranın pak torpağının oğluyam və türkdilli doğulduğuma görə fəxr edirəm”. Bunu İranda prezidentliyə namizəd olan Səid Cəlili sosial media hesabında yazıb. O, rəqibi Məsud Pezeşkianın türklər tərəfindən böyük dəstək almasına cavab olaraq ana tərəfdən türk (azərbaycanlı) olduğunu bildirib. Səid Cəlilinin atasının məşhədli, anasının isə ərdəbilli olduğu bildirilir. Bir müddət öncə Səid Cəlilinin tərəfdarları Məsud Pezeşkianın namizədliyini və türklərin onu dəstəkləməsini monqolların hücumu və İranda yeni monqol hakimiyyətinin qurulmasına cəhd adlandırmışdılar. Cəlilinin səsləndirdiyi son bəyanatlarından o da məlum olub ki, onun həyata keçiriləcəyini vəd etdiyi əsas layihələrin 6-sı İsfahan əyaləti ilə bağlıdır. Yəni Cəlilinin platformasında Azərbaycanla, xüsusən Urmiya gölünün bərpası ilə bağlı heç bir bənd yoxdur. O, Fars körfəzindən İsfahana su kəmərinin çəkilməsi, İsfahan-Tehran sürət qatarının təkmilləşdirilməsi, Zayəndərud çayının bərpası, İsfahan metrosu xətlərinin genişləndirilməsi və başqa bir neçə bahalı layihənin həyata keçirilməsinə söz verib. Qeyd edək ki, 28 iyunda İranda keçirilən prezident seçkilərinin birinci turunda Məsud Pezeşkian bütün rəqiblərini qabaqlayıb, Səid Cəlili isə ikinci olub. Seçkilərin ikinci turu iyulun 5-də keçiriləcək.
Politoloq Turan Rzayev "Sherg.az"a açıqlamasında deyib ki, prezidentliyə namizədlər Məsud Pezeşkian və Səid Cəlili arasında mübarizə davam edir. Analitik vurğulayıb ki, Məsud Pezeşkian ərəb və mazandaranlılar istisna olmaqla digər etnik azlıqların hakim olduğu bölgələrdə açıq şəkildə üstündür:

"Xüsusilə onu azərbaycanlılar və kürdlər dəstəkləyir. Səid Cəlili isə başda Tehran olmaqla İranın əksər iri şəhərlərində qalib gəlib. Ərəblər və mazandaranlılar isə onu dəstəkləyən əsas etnik azlıqlardır. Əslində, seçkinin ikinci turunda da namizədlər arasında ciddi fərq yoxdur. Hər iki namizədin prezident seçilmə şansı var və nisbət az qala bərabərdir. Məsud Pezeşkianın Azərbaycan əsilli olması seçkiyə marağı artırsa da, Səid Cəlili ilə ortaq cəhətləri çoxdur. Məsələ ondadır ki, hər iki namizəd mövcud rejimə sadiqdir və dövlətin ideologiyasını qəbul edir. Hər iki şəxs də İran ali dini liderinin təsdiqindən sonra seçkiyə buraxılıb. Bu fakt belə onların kimə sadiq olduğunu göstərir. Bundan başqa, SEPAH faktoru da var və əslində, yekun qərarı məhz o verəcək. Yəni İranda Ali dini lider institutu və SEPAH olduğu müddətdə etnik mənsubiyyətindən asılı olmayaraq prezident olacaq şəxs fərqli siyasət yeridə bilməz".
Ekspert diqqətə çatdırıb ki, Səid Cəlili ultramühafizəkar, Pezeşkian isə reformistdir: "Əslində, hər iki namizədin qalib gəldiyi regionlara baxdıqda onları dəstəkləyənlərin nə istədikləri aydındır. Xüsusilə etnik azlıqlar Pezeşkiandan islahatlar tələb edib mədəni hüquqlar verməsini istəyir. Amma o, prezident seçilsə belə, ən yaxşı halda iqtisadi-sosial paketlərlə xalqın rəğbətini qazana bilər. İrandakı prezident seçkilərinə diqqət ayıran ölkələr çox olsa da, İsrail və ABŞ-nin məsələyə baxışı xüsusi diqqət çəkir. Hər iki ölkə seçkiləri yaxından izləyir, amma hazırkı mərhələyə qədər xüsusi bir müdaxilə sezilmir. Bu da böyük ehtimalla hər iki namizədi yaxşı tanımaları və onlardan xüsusi yenilik gözləməsi ilə bağlıdır".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
"Qarabağ" Kabo-Verde millisinin hücumçusunu transfer edir?
19:57 10.07.2026
Futbol
Portuqaliya millisinin yeni baş məşqçisi bəlli oldu
19:43 10.07.2026
Futbol
"Rusiya qafqazlılar üçün" mahnısı qadağan olundu
19:27 10.07.2026
Region
Ərdoğan Liberiya Prezidenti ilə görüşdü
19:20 10.07.2026
Gündəm
Netanyahu istəsə də, Tramp icazə vermir - KİV
19:12 10.07.2026
Dünya
Niderlandda 150-dən çox sovet əsgərinin məzarı təhqir edilib
19:04 10.07.2026
Dünya
Tramp: İranla danışıqları davam etdirəcəyik, amma atəşkəs bitdi
18:56 10.07.2026
Gündəm
Hakan Fidan ABŞ-ın sanksiyalarının ləğvi ehtimalından danışıb
18:48 10.07.2026
Dünya
AB Macarıstan üçün 10 milyard avroluq planı təsdiqlədi
18:35 10.07.2026
Dünya
Tokayev Trampı Qazaxıstana dəvət etdi
18:28 10.07.2026
Dünya
Ermənistanda hərbçinin meyiti çaydan tapılıb
18:21 10.07.2026
Cənubi Qafqaz
Azərbaycan Özbəkistan vətəndaşını ölkəsinə ekstradisiya etdi
18:07 10.07.2026
Hadisə
İqtisadi Şuranın iclası keçirildi
17:41 10.07.2026
Gündəm
Partlayışda ölən yeniyetmənin valideynləri də öldü
17:38 10.07.2026
Hadisə
Leysan yağacaq, şimşək çaxacaq- XƏBƏRDARLIQ
17:30 10.07.2026
Ekologiya