
Separatçılığın cibindən çıxan pullar - RƏY
Yusif Nəzərli
01:39 03.07.2025
Siyasət
434
"Hayastan" fondu Ermənistanın hərbi cinayətlərinin əsas sponsoru olub"
“Hayastan” Ümumerməni Fonduna pullar necə yığılırmış? Bu sualı ötən gün davam etdirilən Bakı Hərbi Məhkəməsinin iclasında 1997-2007-ci illərdə Qarabağda erməni separatçılığına rəhbərlik etmiş qatı türk düşməni Arkadi Qukasyan cavablandırıb. Baş prokurorun xüsusi tapşırıqlar üzrə köməkçisi Tuqay Rəhimlinin suallarını cavablandıran A.Qukasyan qondarma rejimin “rəhbəri” qismində “Hayastan” ümumerməni fondunun Himayəçilər Şurasının üzvü olduğunu bildirib. Qukasyan əlavə edib ki, fondun Himayəçilər Şurası arasında Ermənistan prezidenti, baş naziri, parlament sədri, maliyyə naziri, iki katolikos, tanınmış erməni diaspor təşkilatlarının rəhbərləri və s. rəsmi şəxslər də (ümumilikdə 30-40 nəfər) olub.

Siyasi şərhçi Bəybala Mirzəyev "Sherg.az"a deyib ki, erməni kilsəsindən sonra türk düşmənçiliyinin əsas mərkəzlərindən biri olan "Hayastan" fondu 1992-ci ildə Ermənistan Prezidenti Levon Ter-Petrosyanın fərmanı ilə yaradılıb. Onun sözlərinə görə, Arkadi Qukasyan bu fondun Azərbaycanın vaxtilə Ermənistanın işğalı altında olan ərazilərində gördüyü işlər barədə danışıb:
"Bu sıraya Ermənistanla qondarma rejimi birləşdirən yolun çəkilməsi, məktəblərin tikilməsi və s. daxildir. Bakı Hərbi Məhkəməsində təqsirləndirilən şəxs qismində çıxış edən terrorçu-separatçı A.Qukasyan "Hayastan" fondu üçün maliyyə vəsaitlərinin telemarafonlar vasitəsilə yığıldığını və şəxsən özünün də həmin telemarafonlarda iştirak etdiyini bildirib. O deyib ki, telemarafonlar ABŞ-də, Fransada, Almaniyada, Avstriyada, İsveçrədə keçirilib. Qukasyan, həmçinin Azərbaycanın vaxtilə Ermənistanın işğalı altında olan ərazilərində 2001-ci ildə məskunlaşma ilə bağlı onillik strateji planın qəbul edildiyini də təsdiqləyib. Məhz bu planın əsasında Ermənistan hökuməti Suriyadan, Livandan və digər yerlərdən gələn erməniləri Azərbaycan torpaqlarında məskunlaşdırırdı. Bu isə beynəlxalq hüquqa zidd idi. 1949-cu il Cenevrə Konvensiyalarına əsasən, işğalçı dövlət öz mülki əhalisini işğal etdiyi əraziyə köçürməməlidir. Deməli, Ermənistanın qanunsuz məskunlaşdırma siyasəti yürütməsi beynəlxalq hüququn kobud şəkildə pozulması ilə yanaşı, həm də hərbi cinayət sayılırdı. Ermənistanın məqsədi Qarabağda qanunsuz olaraq 500 minə qədər erməni məskunlaşdırmaqla bölgənin etnik tərkibini tamamilə dəyişmək idi. Bu məskunlaşdırmada "Hayastan" fondu da iştirak edib. Lakin Azərbaycan 44 günlük müharibə və 23 saatlıq antiterror əməliyyatı ilə Ermənistanın bu cür qanunsuz məskunlaşdırma planlarının qarşısını aldı. Bu gün həmin terrorçular Bakıda məhkəmə kürsüsündən öz cinayətlərini etiraf edirlər. "Hayastan" fondu isə demək olar ki, artıq fəaliyyətini dayandırmaq üzrədir. Erməni kilsəsi kimi, "Hayastan" fondunun da qara günləri başlayıb. Bu fond həm də Xocalı qatili Robert Köçəryanın və digər erməni liderlərinin iri korrupsiya maxinasiyalarında iştirak edib. Eləcə də “Hayastan” Ümumerməni Fondu 44 günlük İkinci Qarabağ müharibəsi dönəmində "humanitar məqsədlər" adı altında Ermənistanın hərbi xərclərini də maliyyələşdirib. Bütün bu faktlar "Hayastan" fondunun potensial şər yuvası olduğunu göstərir".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Makron xalqa müraciət etdi: Etirazçıların tələbləri nəzərə alınacaq
23:03 18.10.2026
Dünya
Marneulidə iki məcburi nikahın qarşısı alınıb
22:50 18.10.2026
Hadisə
Səudiyyə Ərəbistanının cənubuna mərmi düşüb, xəsarət alanlar var
22:48 18.10.2026
Dünya
ABŞ dövlət katibi Özbəkistana səfər etdi
21:55 18.10.2026
Gündəm
Aİ Rusiyaya qarşı yeni sanksiyaları qəbul etməkdə aciz qala bilər
21:31 18.10.2026
Gündəm
Ağdaşda işıqforun işləməməsi qəzaya səbəb oldu - Yaralananlar var
21:25 18.10.2026
Hadisə
Tramp Netanyahuya seçkilərdə dəstəyini açıqladı
21:09 18.10.2026
Dünya
Parisdə iğtişaşlar yenidən alovlanıb
20:21 18.10.2026
Dünya
Ukrayna bu ölkədən üzr istədi
20:19 18.10.2026
Dünya
Lavrov: Trampın Qəzza ilə bağlı planı kağız üzərində qalıb
19:41 18.10.2026
Dünya
PSJ “Barselona” ilə oyuna itki ilə çıxacaq
19:20 18.10.2026
Futbol
Trampın reytinqi rekord həddə düşüb
19:10 18.10.2026
Gündəm
Naxçıvanda avtomobil piyadanı vurub
18:53 18.10.2026
Hadisə
Antalyaya uçan təyyarə Peterburqa enə bilmədi
18:30 18.10.2026
Hadisə
"İmişli" "Turan Tovuz"u məğlub etdi
18:13 18.10.2026
Futbol
Sahibə Qafarova Qırğızıstana səfərə gedib
18:03 18.10.2026
Rəsmi