
“Sərkisyan demək istəyir ki, Azərbaycan Ermənistana noyabra qədər vaxt verib" - ŞƏRH
12:39 09.07.2024
Siyasət
648
"Aram Sərkisyan Nikol Paşinyana yaxın adamdır, o heç vaxt özbaşına danışmır"
“Ermənistan Xarici İşlər Nazirliyinin açıqlamasına görə, COP29 başa çatdıqdan sonra ölkəmizdə təhlükəsizliklə bağlı problemlər ola bilər”.
Bunu “Respublika” partiyasının sədri Aram Sərkisyan deyib.
A.Sərkisyan İrəvanın sadəcə iki variantla təxribat ehtimalının qarşısını ala biləcəyini qeyd edib:
“Deyirlər ki, payızda demarkasiya olunmuş ərazilərdə təxribat baş verə bilər. Bundan qaçmaq üçün Ermənistanın iki seçimi var. Birincisi, payıza qədər Avropa İttifaqına üzvlüklə bağlı ölkədə referendum keçirəcəyik. Səs çoxluğu ilə Aİ-yə ərizə verir və Avrasiya İqtisadi İttifaqından çıxırıq. İkincisi, biz KTMT-dən çıxıb, Gücrüstan kimi ABŞ-la razılaşma imzalayırıq. Bütün hallarda Azərbaycanla silahlı qarşıdurmanın yaşanması bizim Rusiyanın orbitinə qaytımağımız deməkdir. Rəsmi Bakının belə bir planının olduğunu düşünmürəm. Bizim Aİİ və KTMT-nin tərkibinda ola-ola neytral mövqe tutmağımız da mümkün deyil. Nəzərə alın ki, Gürcüstanda və Azərbaycanda Rusiya bazaları yoxdur. Amma onlar da Moskvadan ən azı bizim qədər faydalanırlar”.
Aram Sərkisyan Nikol Paşinyana yaxın siyasi partiyanın rəhbəri olduğunu bildirən politoloq Natiq Miri “Sherg.az”a söyləyib ki, o heç vaxt özbaşına danışmır:

“Avropa Birliyinə üzv olmaq üçün Ermənistanda referendumun keçirilməsi təklifi də məhz ondan gəlib. Bu ictimai rəyi və xarici amillərin nəbzini yoxlamaq üçün test xarakterli mesaj idi. Ermənistan rəhbərliyi isə həmin fikirləri dəyərləndirərək, referendumun keçirilməsinin tələskən addım olduğunu bildirdi. Düşünürəm ki, doğru olan da budur. Çünki Avropa Birliyində konyunktura dəyişib. Eyni zamanda, Aİ-də Ermənistanın əlindən tutub irəliyə aparan Fransa rəhbərliyi idi. Makron hakimiyyətinin məğlubiyyəti də göstərdi ki, Ermənistanın Avropadakı yeganə güclü havadarı da daimi deyil. Ona görə də həm erməni ictimai rəyini çaşdırmamaq, həm də Rusiyanı qıcıqlandırmamaq üçün müvəqqəti də olsa, dur qərarı verildi. Bu çox doğru addımdır, çünki bəzən dayanmağı bacarmaq lazımdır. Hansıki Mixail Saakaşvili vaxtında bunu bacarmayıb. Onun acı nəticələri isə bu gün ortadadır”.
Ekspert qeyd edib ki, demarkasiya olunan ərazilərdə hərbi təxribatların və yeni eskalasiyaların baş verməsi dolayısı ilə Ermənistanla Azərbaycan arasında delimitasiya və demarkasiya olunan 4 kəndin ərazisinə düşür:
“Sərkisyan bildirmək istəyir ki, noyabr ayına qədər Azərbaycanın anklavda olan kəndlərinin qaytarılması ilə bağlı Ermənistan razılığa gəlməsə, rəsmi Bakı COP29 konfrasından sonra mövqeyini daha da gücləndirərək həmin ərazilə azad edə bilər. Belə çıxışlar etməklə baş verə biləcək hadisələrə erməni ictimai rəyini hazırlayırlar. Çünki həm Rusiyanın dəstəklədiyi beşinci kalon, həm də digər xarici amillərin erməni lobbisinin maliyyələşdirdiyi qüvvələr və kilsə hər an Ermənistan hakimiyyətini satqınlıqda ittiham edərək etiraz dalğası başlatlamağa hazırdır. Eyni zamanda, onlar beynəlxalq ictiami rəyi çaşdırmaq üçün fikirlər ortaya atırlar. Guya Azərbaycan COP29-a görə daha düşünülmüş davranış ortaya qoyur və görüntü xarakterlidir. Bu isə “Azərbaycanın aqressiyası qarşısında” Ermənistana dəstək vermək üçün Fransa kimi ölkələrə müəyyən tutacaqlar verir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Trampdan bir milyon dollarlıq mükafat vədi
06:06 27.10.2026
Gündəm
“Bugs Bunny”nin “səsi” 46 yaşında vəfat etdi
04:14 27.10.2026
Maraqlı
Bir daha evlənməyəcəyini açıqladı
03:33 27.10.2026
Şou
Yaşlı insanlarda bu vitamin qrupu kəskin defisitdədir
02:58 27.10.2026
Sağlamlıq
"Microsoft" 60 mindən çox işçisini ixtisar etmək istəyir
02:22 27.10.2026
Texnologiya
Türkiyə Super Liqası: “Qalatasaray” “Fənərbaxça”nı məğlub edib
01:33 27.10.2026
Futbol
Sabah bu ərazidə qaz olmayacaq
01:11 27.10.2026
Cəmiyyət
Pezeşkan Rusiyaya səfər etdi
00:25 27.10.2026
Region
Qardaşlığımıza dinamit qoymaq istəyənlər... - Ərdoğan
23:28 26.10.2026
Gündəm
Niki Minaj Miçiqanda Trampı müşayiət etdi
22:53 26.10.2026
Gündəm
Xarkov raketlə vuruldu: ölənlər var
22:15 26.10.2026
Son dəqiqə
Təhlükəsizliklə bağlı Türkiyə ilə danışıqlar aparırıq - Rusiya
21:27 26.10.2026
Region
Ərdoğan: Regionumuzda yeni münaqişə istəmirik
21:06 26.10.2026
Gündəm
Hizbullah İsrailə qarşı İrandan on milyonlarla dollar alıb
20:42 26.10.2026
Aktual
Dövlət müəssisələri ilə bağlı vacib qərar
20:10 26.10.2026
Ölkə