“Ölkə ərazisində fəaliyyət göstərən siyasi partiyaların da bu prosesdən geri qalmaması dediklərimizin bariz nümunəsidir. Son hücumların məhz sərhəd zonasında baş verməsi təsadüfi deyildi. Siyasi partiyalar vəziyyəti düzgün dəyərləndirib analiz etdilər. Onların Ermənistanın və onun havadarlarının təcavüzkar niyyətinin yalnız Dağlıq Qarabağla məhdudlaşmadığını bildirmələri, düşmən təcavüzünün təsdiq edilməsi baxımından əhəmiyyətlidir.
Siyasi rəqiblər eyni səngərin əsgərləri kimi birləşdilər
Fidan Həmişəyeva
15:19 17.07.2020
Siyasət
712
“Ermənistanın atəşkəs rejimini pozaraq Tovuz rayonu istiqamətində Azərbaycan silahlı qüvvələrinin mövqelərinə hücum etməsi ölkədə əsl Ali Baş Komandan-xalq, ön və arxa cəbhə birliyi, vəhdəti yaşanmasına gətirib çıxardı”.
Bu fikirləri “Sherg.az”a açıqlamasında millət vəkili Anar Məmmədov deyib. Deputat vurğulayıb ki, siyasi baxışlarından, yaşından, statusundan, məşğuliyyət növündən, cinsindən asılı olmayaraq Azərbaycan vətəndaşları Silahlı Qüvvələrimizə dəstəklərini ifadə etdilər:
“Ölkə ərazisində fəaliyyət göstərən siyasi partiyaların da bu prosesdən geri qalmaması dediklərimizin bariz nümunəsidir. Son hücumların məhz sərhəd zonasında baş verməsi təsadüfi deyildi. Siyasi partiyalar vəziyyəti düzgün dəyərləndirib analiz etdilər. Onların Ermənistanın və onun havadarlarının təcavüzkar niyyətinin yalnız Dağlıq Qarabağla məhdudlaşmadığını bildirmələri, düşmən təcavüzünün təsdiq edilməsi baxımından əhəmiyyətlidir.
Beləliklə çoxdan arzuladığımız, digər ölkələrin siyasət mədəniyyətində həsəd və qibtə ilə izlədiyimiz bir anın şahidi olduq. Azərbaycanda dünənin siyasi rəqibləri Vətən təhlükədə olduğu anda rəqabəti unudub, eyni səngərin əsgərləri kimi təhlükəni dəf etmək üçün bir yumruq kimi birləşdilər”.
Parlament üzvü bildirib ki, siyasi partiyalar milli həmrəylik nümayiş etdirərək Azərbaycan dövlətinin və Ali Baş Komandanın yanında olduqlarını birmənalı olaraq bəyan etdilər:
“Azərbaycanın siyasi partiyaları Prezident İlham Əliyevin ölkəmizin ərazi bütövlüyünün və əhalinin təhlükəsizliyinin təmin olunması, hər cür erməni fitnəsi və təxribatlarının qarşısının alınması istiqamətində həyata keçirdiyi siyasəti qətiyyətlə dəstəklədikləyirlər.
Onlar xalqımızı həmrəyliyə, Vətənimizə qarşı uzanan qanlı erməni əllərini qətiyyətlə kəsib atmağa hər an hazır olmağa çağırdılar. 43 partiya sədrinin imzaladığı Birgə Bəyanat da siyasi partiyaların vəziyyəti düzgün təhlil etmələrinin ifadəsidir.
Əfsuslar olsun ki, bəzi siyasi qüvvələr belə həssas günlərdə sərhəd bölgəsində baş verən döyüşlərdən siyasi divident qazanmaq niyyətində olduqları üçün bu nəcib addıma kölgə salmağa, qanunsuz əməllər törətməyə çalışdılar. Lakin sapı özümüzdən olan baltaların təxribatının qarşısı alındı.
Bir daha göstərildi ki, heç bir daxili və xarici siyasi güc, Azərbaycan dövlətinin qətiyyətliyini, gücünü, Ali Baş Komandan-xalq həmrəyliyini şübhəyə ala bilməz”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Kobaxidze Ermənistana səfər edib
17:13 15.10.2026
Gündəm
Onlar Mətbuat Şurasından gedir
17:07 15.10.2026
Media
Azərbaycan-Türkiyə qardaşlığını heç kim poza bilməz - TƏHLİL
16:42 15.10.2026
Gündəm
DTX tərəfindən saxlanılan Saleh Səmədova hökm oxunub
16:17 15.10.2026
Hadisə
3+3 formatında növbəti görüş Azərbaycanda keçirilə bilər
16:03 15.10.2026
Gündəm
İlham Əliyev Hakan Fidanı qəbul etdi
15:50 15.10.2026
Gündəm
Fransa yenə də Ermənistanın arxasındadır - Politoloq
15:29 15.10.2026
Gündəm
"Novaya Qazeta" qəzetinin baş redaktorunun evində axtarış aparılır
14:39 15.10.2026
Dünya
Bakı-Vyentyan xəttində yeni gediş: Azərbaycan Asiyaya açılır
14:17 15.10.2026
Gündəm
Səidə Mirziyoyeva Bayraktarla görüşdü
14:01 15.10.2026
Dünya
Əhaliyə xəbərdarlıq: Bu gündən başlayır, 2 gün davam edəcək...
13:54 15.10.2026
Ekologiya
Paşinyan: Ermənistanın Rusiya ilə münasibətləri heç vaxt soyumayıb
13:29 15.10.2026
Dünya
Husilər Mədinəyə hücum etdilər
13:27 15.10.2026
Dünya
Tacikistan Prezidenti AQEM-də bir sıra təkliflərlə çıxış edib
13:26 15.10.2026
Gündəm