Soçi görüşündən GÖZLƏNTİLƏR:“ “Əli” güclü olan açar dövlət Azərbaycandır”
Yusif Nəzərli
11:48 26.11.2021
Siyasət
861
“Məsələlərin Azərbaycanın xeyrinə həll olunma şansı 99 faizdir. Rusiya da maraqlıdır, çünki Paşinyan Qərbin maraqlarını güdür"
“Azərbaycan da döyüş meydanında qələbə qazanıb. Rusiya Azərbaycanın maraqlarına xidmət etməyə məcburdur"
Noyabrın 26-da Azərbaycan prezidenti İlham Əliyev Rusiya prezidenti Vladimir Putinin dəvəti ilə bu ölkənin Soçi şəhərinə işgüzar səfər edib. Bu gün Azərbaycan Prezidenti İlham Əliyev, rusiyalı həmkarı Vladimir Putin və Ermənistanın baş naziri Nikol Paşinyanın Soçidə görüşü baş tutacaq. Bir neçə saat əvvəl Ermənistan baş naziri Nikol Paşinyanın da Soçiyə işgüzar səfəri barədə məlumat yayılıb. Bu, 10 noyabr bəyanatından sonra keçirilən ikinci görüşdür. 44 günlük II Qarabağ müharibəsindən sonra ilk görüş 2021-ci ilin 11 yanvarında Moskvada baş tutub. Qeyd edək ki, dekabrın 15-də isə Brüsseldə keçiriləcək Şərq Tərəfdaşlığının Zirvə görüşü çərçivəsində Azərbaycan və Ermənistan rəhbərliyinin görüşünün gerçəkləşməsi gözlənilir.
Üçtərəfli görüşdən gözləntiləri "Sherg.az"a dəyərləndirən politoloq, siyasi elmlər doktoru Cümşüd Nuriyev bildirib ki, yeni dünya qurulur:
"Azərbaycan meydanda qalib gəlsə də, masada təkcə Ermənistan üzərində qələbə var. Yeni dünya düzəninin formalaşdığını nəzərə almalıyıq. Bu düzəndə ABŞ və Avropa Rusiyanı, Çini orda görmək istəmir. Eyni zamanda Rusiya Qərblə olan münasibətlərini aydınlaşdırmaq məcburiyyətindədir. Rəsmi Moskva Qafqaz siyasətində çox ciddi problemlərlə üzləşib. Gürcüstan əlindən çıxıb. Baxmayaraq ki, onun ərazisini işğal edib oturub. Ermənistan da Rusiyanın əlindən çıxmaq üzrədir. Azərbaycanda isə yalnız sülhməramlı qüvvələr var, lakin istənilən vaxt imtina edə bilərik. Bütün bunların fonunda Kremlin Qafqaz siyasətinin yeganə açar dövləti Azərbaycandır. Məhz dekabrın 15-nə planlaşdırılmış Brüssel görüşündən öncə başqa görüşün keçirilməsi də Putinin qısqanclığı ilə bağlıdır. O kifayət qədər aqressivdir. Bu, Azərbaycanın xeyrinədir. Soçi görüşündə də Prezident İlham Əliyev dövlətimizin maraqlarına uyğun olaraq addımlar atacaq. Masaya üç məsələ yatızdırılacaq. Birincisi, sülh müqaviləsinin bağlanması, ikincisi, sərhədlərin delimitasiya və demarkasiyası, üçüncüsü isə kommunikasiya və Zəngəzur dəhlizinin açılması. Məsələlərin Azərbaycanın xeyrinə həll olunma şansı 99 faizdir. Rusiya da maraqlıdır, çünki Paşinyan Qərbin maraqlarını güdür".
Politoloq diqqətə çatdırıb ki, Azərbaycan üçün sərhədlərin müəyyənləşdirilməsi daha önəmlidir:
"Ermənistan deməklə deyil. Paşinyan söyləyir, guya 1991-ci ildə Azərbaycanın ərazi bütövlüyünü tanıyıb. Lakin yalandır. Ölkəmiz 1992-ci ildə həmin ərazilərlə BMT-yə daxil olub. Tanıyıb ki,19 91-ci ildə Ermənistan konstitusiyasına "Dağlıq Qarabağ" onların ərazisinə salınıb. Azərbaycan düz yoldadır. Rəsmi İrəvan sərhədlərimizi tanıyandan sonra Qarabağdakı sülhməramlıları məsələsi də həllini tapır. 1974-cü ildən Kıbrısda beynəlxalq güclər olsa da, Kıbrıs özü üçün yaşayır, digərləri də nəsə edə bilmir. Yaxud 1948-ci ildən İsrail-Fələstin, 1967-ci ildən İordaniya ilə İsrail arasında beynəlxalq güclər var. Lakin İsrail yenə öz bildiyini reallaşdırır. Burda da Azərbaycan öz maraqlarını gerçəkləşdirəcək. Çünki İsrail meydanda qələbə çalaraq belə addımlar atdı.
Azərbaycan da döyüş meydanında qələbə qazanıb. Rusiya Azərbaycanın maraqlarına xidmət etməyə məcburdur".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Süni intellektlə bağlı böyük fəlakət: 6 aya...
01:26 10.10.2026
Texnologiya
Tramp Keti Zakariyanın Ağ Evin yeni mətbuat katibi təyin etdi
01:04 10.10.2026
Gündəm
Kreml Putinin Trampla söhbətindən sonra bəyanat yayıb
00:45 10.10.2026
Gündəm
Tramp və Putin arasında telefon danışığı olub
23:57 09.10.2026
Son dəqiqə
Hakan Fidan HƏMAS nümayəndə heyəti ilə görüşdü
23:35 09.10.2026
Gündəm
"Neftçi" - "Sabah" matçında qalib müəyyənləşmədi
22:36 09.10.2026
Futbol
Rusiyada qadın hərbçilər üçün hərbi xidmətdə yaş həddi artırılır
22:20 09.10.2026
Region
İran ABŞ və İsrailin zərbələrinə güclü cavab verəcəyini açıqladı
22:05 09.10.2026
Dünya
Kilosu 800 minə satılır: İlk gündə 15 zəfəran çiçəyi açdı
21:28 09.10.2026
Maraqlı
Gəncədə 28 yaşlı şəxs bıçaqlandı
21:11 09.10.2026
Hadisə
Tovuzda yaşayış binasında yanğın olub, tüstüdən zəhərlənən var
21:00 09.10.2026
Hadisə
İran MDB-yə yaxınlaşır, Moskvanın mövqeyi həlledici olacaq - ŞƏRH
20:50 09.10.2026
Gündəm
Masazırda “Mercedes Vito” yanıb
20:23 09.10.2026
Hadisə
Naxçıvanda suyun verilişində fasilə yaranacaq
20:15 09.10.2026
Cəmiyyət