Stiv Uitkofun açıqlaması siyasi manipulyasiyaya bənzəyir -ŞƏRH
Yusif Nəzərli
04:51 16.05.2025
Siyasət
266
Azərbaycanın “İbrahim sazişləri”nə qoşulmaq ehtimalı tam inkar edilə bilməz, amma bu, Bakıdan çox Vaşinqtonun ssenarisi kimi görünür
Rəsmi Bakı xarici siyasətdə heç vaxt başqa ölkələrin diktəsi ilə hərəkət etmir
Azərbaycan tezliklə "İbrahim sazişləri"nə (ərəb ölkələri ilə İsrail arasında münasibətlərin normallaşdırılmasına dair sazişlər) qoşula biləcək ölkələr sırasındadır. Bu barədə ABŞ Prezidenti Donald Trampın xüsusi nümayəndəsi Stiv Uitkof “Breitbart”a müsahibəsində bildirib. Onun sözlərinə görə, yaxın bir neçə ay ərzində bu sazişə 4-6 ölkə, o cümlədən Azərbaycan, Ermənistan, Suriya və Livan qoşula bilər. Son günlərdə diplomatik təcrübəyə malik onlarla tanınmış ravvin ABŞ Prezidenti Donald Trampa məktub göndərərək, əhalisinin əksəriyyəti müsəlman olan Azərbaycanın İbrahim Razılaşmaları çərçivəsinə daxil edilməsini istəyib.
Politoloq Turan Rzayev Sherg.az-a deyib ki, rəsmi Vaşinqton bu yolla regionda İsrail-Ərəb normallaşmasını təmin etmək istəyir. Lakin ekspertə görə, proses bu günə qədər ABŞ-nin istədiyi formada getmir:
"Təbii ki, burada İsrailin də səhvlərinin, atdığı radikal, sərt addımların payı az deyil. Bununla belə, Stiv Uitkofun sözlərindən sonra bu qənaətə gəlmək olar ki, Vaşinqton bunu daha geniş coğrafi müstəviyə yaymaq niyyətindədir. Bu sazişlərə “İbrahim” adı verilməsi təsadüfi deyil. Belə ki, İbrahim peyğəmbər həm islam, həm yəhudilik, həm də xristianlığın atası sayılır. Bu dinlərə həm də “İbrahimi dinlər” deyilir. Verilən mesaj isə bir növ bu üç dinin xalqlarını, ölkələrini bir-birindən ayırmadığı, əksinə, ortaq kök – İbrahim peyğəmbərlə birləşdirdiyi yönündədir. Başqa cür desək, Yaxın Şərqdəki üç böyük monoteist dinin davamçıları olan ölkələr arasında sülh və əməkdaşlıq yaratmaq mümkündür. Azərbaycanın məsələyə yanaşması indiki məqamda maraq doğurur. Rəsmi Bakı hələlik bu haqda hər hansısa açıqlama verməyib. Lakin Bakının xarici siyasət prinsiplərinə əsaslanaraq onun bu məsələyə necə yanaşacağını öncədən demək mümkündür".
T.Rzayev əlavə edib ki, Azərbaycan-İsrail əlaqələri onsuz da strateji tərəfdaşlıq səviyyəsindədir:
"İkitərəfli münasibətlər enerji, müdafiə sənayesi, texnologiya və digər sahələri əhatə edir. İsrail Azərbaycanın həm də ən böyük silah tədarükçülərindən biridir. Yəni diplomatik münasibətlər, qarşılıqlı səfərlər və yüksək səviyyəli əməkdaşlıq fonunda demək olar ki, iki ölkənin münasibətləri “İbrahim sazişləri”nin özündə ehtiva etdiyi məqsədə çoxdan çatıb. Azərbaycan ABŞ-nin təklifini qəbul edib “İbrahim sazişləri”nə qoşulsa belə, bu, prinsipcə, simvolik qərardan o tərəfə keçməyəcək. Yəni bu saziş Azərbaycan–İsrail münasibətlərinə əlavə xüsusi nəsə qatmayacaq. Mümkündür ki, Azərbaycan “İbrahim Sazişləri”nə ehtiyatla, bəlkə də, məsafəli yanaşsın. Çünki Bakı İsraillə strateji tərəfdaş olduğu qədər, Türkiyə ilə də müttəfiqdir. Bundan başqa, son zamanlar normallaşan İran–Azərbaycan münasibətlərinə də xələl gəlməməsi Bakı üçün mühümdür. Aydın məsələdir ki, “İbrahim sazişləri”nə qoşulmaq Tehranda çox ciddi qıcıq yaradacaq. İran bu sazişi müsəlman ölkələrinin “xəyanət ittifaqı” kimi görür və dəfələrlə buna sərt reaksiya verib. Düzdür, Bakı üçün İranla münasibətlər heç vaxt “ya dost, ya düşmən” olmayıb. Azərbaycan bu münasibətləri daha çox balanslı aparır. Belə olan halda, “İbrahim sazişləri” kimi açıq şəkildə anti-İran kontekstində yozulan bir mexanizmə qoşulmaq Bakının bu balansı pozması demək olar".
Analitikin fikrincə, digər məsələ də ABŞ-nin Azərbaycanın adını bu kontekstdə hallandırmasıdır:
"Yəni bu, Bakının qərarına əsaslanmır, daha çox Vaşinqtonun regionda yeni oyun qurmaq cəhdidir. Eyni arqumenti Ermənistana da aid etmək olar. Məsələn, rəsmi İrəvanın İsraillə diplomatik münasibətləri kifayət qədər zəifdir. Görünür, Vaşinqton bu ölkələrin sazişə qoşulması yönündə xəbərləri dövriyyəyə buraxaraq daha çox mediada səs-küy yaratmaq istəyir. Nəticə etibarilə, Stiv Uitkofun açıqlaması reallıqdan çox, siyasi manipulyasiyaya bənzəyir. Azərbaycanın “İbrahim sazişləri”nə qoşulmaq ehtimalı tam inkar edilə bilməz, amma bu, Bakıdan çox Vaşinqtonun ssenarisi kimi görünür. Rəsmi Bakı isə xarici siyasətdə heç vaxt başqa ölkələrin diktəsi ilə hərəkət etmir. Əksinə, öz maraqları prizmasından çıxış edir. Bu maraqlar daxilində “İbrahim sazişləri” hələlik prioritet deyil".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Trampın bu açıqlamasından sonra neft kəskin ucuzlaşdı
16:22 23.03.2026
Dünya
Rəsmi Bakı Rusiya XİN-ə cavab verib, Moskvadan izahat gözləyir
15:58 23.03.2026
Siyasət
MN: Bakı və Abşeronda PUA-larla təlim-məşq uçuşları keçiriləcək
15:51 23.03.2026
Hərbi
Putin azərbaycanlı alimi təltif edib
15:44 23.03.2026
Dünya
Abbas Əraqçi Hakan Fidanla raket hücumu barədə danışdı
15:35 23.03.2026
Gündəm
Albaniyada hökumət binasına hücum edildi
15:22 23.03.2026
Dünya
XİN Pakistan xalqını təbrik edib
14:14 23.03.2026
Siyasət
ABŞ İranda quru əməliyyatına başlasa... - Rudenko
13:52 23.03.2026
Dünya
Fransanın sabiq Baş naziri vəfat edib
13:20 23.03.2026
Dünya
Çin lideri İlham Əliyevi təbrik edib
13:07 23.03.2026
Rəsmi
Müctəba Xameneinin son durumu açıqlandı
13:00 23.03.2026
Dünya
Əli Laricanin məzarının şəkli yayılıb
12:52 23.03.2026
Region
Zülfiqaridən Trampa: Sən işdən çıxarıldın!
12:44 23.03.2026
Dünya
Saba 23 dərəcə isti olacaq
12:36 23.03.2026
Ekologiya