Sülh gündəmini Azərbaycan diktə edir - ŞƏRH
Yusif Nəzərli
04:06 10.07.2025
Siyasət
461
Ekspert Ermənistanın yeni siyasi trayektoriyasını açıqladı
Aqşin Kərimov: “Azərbaycan artıq Ermənistan siyasətinə təsir aləti qazanıb”
"Azərbaycan-Ermənistan sülh gündəmində əhəmiyyətli irəliləyişlər mövcuddur və Ermənistanın daxili siyasi dinamikasında da Azərbaycanın tələb və şərtləri əsasında formalaşan yeni konyukturanın ərsəyə gəlməsi prosesi getməkdədir".
Bu barədə Sherg.az-a siyasi şərhçi, Sosial Tədqiqatlar Mərkəzinin əməkdaşı Aqşin Kərimov deyib. Ekspert bildirib ki, bu, o deməkdir ki, Ermənistan Baş naziri Nikol Paşinyan Azərbaycanın irəli sürdüyü sülh gündəliyinə sadiqlik nümayiş etdirən bir obraz yaratmaq istəyir: "Hərçənd, bu obrazın nə qədər davamlı olacağı və sülh gündəmində hansı dərəcədə əhəmiyyətli rollar alacağı perspektiv üçün bəzi açıq suallar da qoymaqdadır. Bununla belə, Azərbaycan-Ermənistan gündəliyi kənar müdaxilələr olmadan formalaşmaq ərəfəsindədir. Bu da təbii ki, Azərbaycanın irəli sürdüyü şərtlərdən başlıca prioritet olaraq regional təhlükəsizlik üçün vacib xətt kimi önə çıxır. Ona görə də Ermənistanın verdiyi bəyanatlar Azərbaycanın bağlı qapılar arxasında irəli sürdüyü şərtlərin elanı kimi başa düşülməlidir. Yəni Azərbaycan artıq Ermənistanın ictimai-siyasi mühitini gələcəkdə isə təhlükəsizlik və iqtisadi arenasını yönləndirmək üçün mühüm bir alət qazanmaqdadır".
Analitik hesab edir ki, Ermənistanın bu trayektoriyadan çıxa biləcəyi ehtimallarını da nəzərə almalıyıq:
"Çünki Ermənistan hələ də Konstitusiyasını dəyişdirməyib və bununla da, Ermənistan manevrlər etmək üçün müəyyən barmaq yerləri saxlamaqdadır. Ancaq Azərbaycan prosesi diqqətdə saxlayır, Ermənistanın hər hansı bir revanşa meyillənməməsi üçün kifayət qədər ciddi resurs xərcləyərək diplomatik siyasi həmlələr göstərir. Prosesin bu formada davam edəcəyi təqdirdə "Azərbaycan-Ermənistan arasında sülh müqaviləsi yaxın illərdə imzalana bilər" deyə bilərik. Bununla belə hələki birbaşa müqavilə üçün konyunktura formalaşmayıb. Ən azından buna görə də yaxın zamanlarda Azərbaycan-Ermənistan sülh müqaviləsi ilə bağlı çərçivə sazişi imzalanması gündəmə gələ bilər".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Makron xalqa müraciət etdi: Etirazçıların tələbləri nəzərə alınacaq
23:03 18.10.2026
Dünya
Marneulidə iki məcburi nikahın qarşısı alınıb
22:50 18.10.2026
Hadisə
Səudiyyə Ərəbistanının cənubuna mərmi düşüb, xəsarət alanlar var
22:48 18.10.2026
Dünya
ABŞ dövlət katibi Özbəkistana səfər etdi
21:55 18.10.2026
Gündəm
Ağdaşda işıqforun işləməməsi qəzaya səbəb oldu - Yaralananlar var
21:25 18.10.2026
Hadisə
Tramp Netanyahuya seçkilərdə dəstəyini açıqladı
21:09 18.10.2026
Dünya
Parisdə iğtişaşlar yenidən alovlanıb
20:21 18.10.2026
Dünya
Ukrayna bu ölkədən üzr istədi
20:19 18.10.2026
Dünya
Lavrov: Trampın Qəzza ilə bağlı planı kağız üzərində qalıb
19:41 18.10.2026
Dünya
PSJ “Barselona” ilə oyuna itki ilə çıxacaq
19:20 18.10.2026
Futbol
Trampın reytinqi rekord həddə düşüb
19:10 18.10.2026
Gündəm
Naxçıvanda avtomobil piyadanı vurub
18:53 18.10.2026
Hadisə
Antalyaya uçan təyyarə Peterburqa enə bilmədi
18:30 18.10.2026
Hadisə
"İmişli" "Turan Tovuz"u məğlub etdi
18:13 18.10.2026
Futbol
Sahibə Qafarova Qırğızıstana səfərə gedib
18:03 18.10.2026
Rəsmi