
Sülh müqaviləsi ən böyük nəfəslikdir - RƏY
21:04 16.01.2024
Siyasət
667
Paşinyan Bakını başqa vasitələrə əl atmağa məcbur etməməlidir “Ümid edirik, Ermənistan qısa zamanda reallığı, düşdüyü mürəkkəb və çıxılmaz vəziyyəti dərk edəcək, yanlış addımlar atmayacaq”
Ermənistan Baş naziri Nikol Paşinyan yeni açıqlamaları ilə gündəmə gəldi. Paşinyan Bakıdan səslənən bəyanatları sülh prosesinə zərbə kimi qiymətləndirdi. Həmçinin sərhədlərin delimitasiyası və demarkasiyası prosesində 1991-ci ilin Almatı bəyanatının rəhbər tutulmasının zəruri olduğunu diqqətə çatdırdı. Baş nazir əlavə etdi ki, Ermənistan da İran kimi eyni şərtlərlə Azərbaycanla Naxçıvan arasında quru kommunikasiyalarını təmin etməyə hazırdır. İrəvanın danışıqlar prosesinin əsaslandığı üçtərəfli birgə bəyanatı gözardı edərək verdiyi açıqlamalar prosesi başqa istiqamətə yönləndirir. Şübhəsiz, Paşinyanın açıqlamaları danışıqlar prosesi ilə manipulyasiya etmək cəhdidir. Ermənistanın bu prosesi sabotaj etməsinin başlıca səbəblərindən biri bu ölkəyə xaricdən verilən dəstəklə bağlıdır. Məhz bu dəstək Ermənistanı cəsarətləndirir. Amma Ermənistan prosesləri sabotaj etsə də, sonda Azərbaycanın şərtlərini qəbul etməyə məcburdur. Ermənistanın dövlət kimi mövcudluğunun başlıca amillərindın biri onun blokadadan çıxması və Azərbaycanla münasibətləri normallaşdırmasıdır. Sülh müqaviləsi olmasa, Ermənistanın Türkiyə ilə münasibətlərinin qurulması da mümkün olmayacaq və bu da blokada şəraitinin davam etməsi demək olacaq.
Millət vəkili Ceyhun Məmmədov deyib ki, Ermənistanın nisbətən pozitiv bəyanlardan sonra İrəvanın mövcud reallıqları anladığını, sağlam düşüncə ilə proseslərə başlayacağını düşünsək də, bunun əksini görməkdəyik. Deputatın sözlərinə görə, Azərbaycan sülhün əldə olunması istiqamətində bütün imkanları ilə çalışır:

"Ancaq Ermənistan Baş naziri Nikol Paşinyanın ötən gün verdiyi açıqlamalar sülh prosesinə mənfi təsir göstərir. Baş nazir əsassızca Bakını "sülhə zərbə vurmaqda" ittiham edir. Əslində, sülhə zərbə vuran məhz Ermənistan tərəfidir. İrəvan hakimiyyəti bölgəyə sülhün gəlişinə mane olacaq açıqlamalarını, ziddiyyətli mövqeyini davam etdirir. İndiki məqamda belə yanaşma sülh müzakirələrinə, bölgədə sabitlik yaranmasına yaxşı heç nə vəd etmir. Paşinyan sərsəm iddiaları və məntiqsiz tələbləri ilə sülh danışıqlarını mürəkkəbləşdirir. Azərbaycan isə haqlı tələblərini irəli sürür. Zəngəzur dəhlizi açılmalı, hələ də işğal altında olan kəndlərimiz bizə qaytarılmalıdır. Ermənistan tərəfinin Azərbaycan Ordusunun nəzarətində olan yüksəkliklərdən geri çəkilməsini tələb etməsi tamamilə absurddur".
Parlamentari vurğulayıb ki, Ermənistanın məqsədi də şərti sərhədlərdəki həmin yüksəklikləri ələ keçirərək həm danışıqlarda, həm də sərhədlərin delimitasiya və demarkasiyası prosesində üstünlüyü qazanmaqdır: "Paşinyan hökumətinin sülhə hazır olmaması, sülhdən qaçmaq təşəbbüsləri bizi məcbur edir ki, başqa vasitələrə al ataq. Ümid edirik, Ermənistan qısa zamanda reallığı, düşdüyü mürəkkəb və çıxılmaz vəziyyəti dərk edəcək, yanlış addımlar atmayacaq. Əks halda proseslər Ermənistanın əleyhinə işləyəcək. Bizim mövqeyimizdə hansısa dəyişiklik yoxdur. Sonadək öz maraqlarımızın təmin olunması istiqamətində ciddi-cəhdlə çalışacağıq və hədəflərimizə nail olacağıq".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
"Qızıl top" səsverməsində rəsmi nəticələr açıqlandı
01:32 31.10.2026
Futbol
Erməni ombudsmandan "türk" sözü ilə bağlı - BƏYANAT
01:11 31.10.2026
Cənubi Qafqaz
ABŞ Yaxın Şərqə əlavə hərbi texnika göndərir
00:49 31.10.2026
Gündəm
ABŞ Ukraynaya 500 ədəd "Patriot" raketi satacaq
23:50 30.10.2026
Aktual
Qızılın qiyməti xeyli ucuzlaşdı
23:31 30.10.2026
İqtisadiyyat
Abbasdan Ankaranı aşağılayan addım - Türkiyə “səssiz” qaldı
23:10 30.10.2026
Dünya
Lyayen: Aİ və Kanada unikal tərəfdaşlıq yaradırlar
21:50 30.10.2026
Aktual
Aİ Ukraynaya 2027-ci il üçün 45 milyard avro yardım ayırıb
20:40 30.10.2026
Aktual
Premyer Liqa: "Sabah" səfərdə "Turan Tovuz"a məğlub olub
20:31 30.10.2026
Futbol
Mingəçevirdə qətl törədilib
20:00 30.10.2026
Hadisə
“Beşiktaş” İsrail komandası ilə oyununu Gürcüstanda keçirəcək
19:30 30.10.2026
Futbol
U-15 dünya çempionatı: İspaniya çempion olub
19:21 30.10.2026
İdman
Paşinyanı devirmək, müharibəni alovlandırmaq istəyirlər - ŞƏRH
19:13 30.10.2026
Gündəm