Sülh yox, çərçivə sazişi olacaq: Qarabağ isə bitdi – Tomas de Vaal
09:53 11.05.2023
Siyasət
621
Hələlik söhbət ikitərəfli sazişlərdən gedir, bu, sülh sazişi deyil, çərçivə sazişidir.
Axar.az xəbər verir ki, bu sözləri Kornegi Fondunun tədqiqatçısı Tomas de Vaal erməni mediasına açıqlamasında Azərbaycan və Ermənistan arasında sülh sazişindən danışarkən deyib.
“Bu, iki liderin ümumi prinsiplər əsasında imzalaya biləcəyi qısa sənəddir, Qarabağ ermənilərinin gələcəyi məsələsi burada yer almayacaq”, - o əlavə edib.
De Vaal bildirib ki, bu sənəddə Naxçıvana yol da əksini tapmayacaq:
“Söhbət texniki sənəddən gedir, ciddi sülhdən yox”.
Sülh müqaviləsinin beynəlxalq təminatlarına gəlincə, onun fikrincə, NATO və ya BMT-dən sülhməramlıların yerləşdirilməsinə ümid etmək olmaz:
“Bakı Qarabağda hansısa yeni beynəlxalq mövcudluq ideyasını qəti şəkildə rədd edir. Rusiya missiyası, yəqin ki, 2025-ci ildə başa çatacaq. Lakin BMT-nin bu missiyanı təsdiq edən qətnaməsi yoxdur. Ümumi problem beynəlxalq çoxtərəfli təşkilatların nüfuzunun düşməsi və Qafqazda regional güclərin - yəni Rusiya, Türkiyə, qismən İran, qismən də Avropa Birliyinin güclənməsidir. Mən BMT-nin qətnaməsi kimi çoxtərəfli yanaşma görmək istərdim. Bu, daha ciddi olardı”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Tramp: İrana qarşı əvvəlkindən daha böyük hücum planlaşdırıram
20:41 23.07.2026
Dünya
İranın "Türkiyə möhkəm dayandı" mesajının şifrəsi - TƏHLİL
20:26 23.07.2026
Gündəm
Tramp İrana yeni hücumun anonsunu verdi - ANALİZ
20:21 23.07.2026
Gündəm
İran rejimi daxildən dağılma mərhələsinə daxil olub - Analitik
19:43 23.07.2026
Gündəm
Əraqçi Qırğızıstana yollanıb
19:20 23.07.2026
Dünya
Avropada benzinin qiyməti qalxdı
19:03 23.07.2026
İqtisadiyyat
ADY: Altı ayda sərnişin qatarlarına 21 dəfə daş atılıb
18:55 23.07.2026
İnfrastruktur
"Brent"in qiyməti 100 dolları ötdü
18:20 23.07.2026
İqtisadiyyat
Psixoloqa getmək xəstə olmaq demək deyil - RƏYLƏR
17:47 23.07.2026
Elm və Təhsil
Müharibənin taleyi cəbhədə həll olunacaq - Hasan Oktaydan ŞƏRH
17:32 23.07.2026
Gündəm
II Qaregin yeni parlamentin ilk iclasına dəvət edilmədi
17:10 23.07.2026
Region