Ona görə də bütün bunlar - sülhməramlıların tərkibi, mandatı, müddəti, məqsədləri razılaşdırılmalıdır...”. Deməli, ən azı yaxın perspektivdə sülhməramlıların Dağlıq Qarabağa yerləşdirilməsi məsələsinə razılıq vermək fikrimiz yoxdur. Elə isə vəziyyət bundan sonra necə inkişaf edəcək?
“Sülhməramlıların gəlişinə icazə vermək olmaz” - Ermənistan təslim olur !
Banuçiçək Kalbalıyeva
11:06 22.10.2020
Siyasət
682
“Prezidentin də dediyi kimi, biz status-kvonu artıq dəyişmişik. Qələbəyə çox yaxınıq. Elə isə sülhməramlılara nə ehtiyac var?”
“Ölkə başçısı da öz çıxışlarında dəfələrlə deyib ki, biz nə sülhməramlıları, nə status məsələsini müzakirə etmək fikrindəyik”
“Bakıda, Gəncədə və digər şəhərlərimizdə minlərlə erməni yaşayır. Qarabağda da yaşayarlar”
Bu günlərdə Prezident İlham Əliyev "TASS" informasiya agentliyinə videomüsahibə verib. Dövlət başçısı müxbirin növbəti suallarından birinə belə cavab verib: “...Status-kvo yoxdur, təmas xətti yoxdur. Hərbi müşahidəçilər texniki baxımdan necə və harada yerləşdirilə bilər? Axı döyüş meydanında vəziyyət hər gün dəyişir. Hansısa xarici müşahidəçilər oraya gələndə harada dayanacaqlar? Haradasa dağlarda, vadilərdə, körpülərin üstündə? Yəni bütün bunlar çox ətraflı işlənib hazırlanma tələb edir. Bu, öz hərbi kontingentini oraya göndərməyi lazım bilənlər üçün böyük riskdir.
Ona görə də bütün bunlar - sülhməramlıların tərkibi, mandatı, müddəti, məqsədləri razılaşdırılmalıdır...”. Deməli, ən azı yaxın perspektivdə sülhməramlıların Dağlıq Qarabağa yerləşdirilməsi məsələsinə razılıq vermək fikrimiz yoxdur. Elə isə vəziyyət bundan sonra necə inkişaf edəcək?
Sualmızı cavablandıran politoloq Azər Rəşidoğlu “Sherg.az”a bildirib ki, indiki məqamda sülhməramlıların yerləşdirilməsinə dair fikirləşmək tezdir:
“Düzdür, sülhməramlılar barədə baza prinsiplərində nəzərdə tutulub. Amma sülhməramlıların Dağlıq Qarabağa yerləşdirilməsi sonrakı prosesdir. Ermənilər ilk növdədə ətraf rayonları qeyd-şərtsiz boşaltmalı, qaçqın və məcburi köçkünlər öz yurdlarına qayıtmalı, kommunikasiya xəttləri bərpa edilməlidir. Ardınca Dağlıq Qarabağa aralıq status verilməli və ora sülhməramlılar yerləşdirilməlidir.
Bundan sonra isə yekun status barədə düşünülməlidir. Amma sülhməramlılar barədə indidən danışmaq çox tezdir. Digər əsas məsələ onların kimlərdən ibarət olmasıdır. Rəsmi Bakı vaxtı ilə təklif etmişdi ki, sülhməramlıların tərkibində Minsk qrupunun üzvləri olmasın. Məncə, ən ideal seçim budur”.
Rəşidoğlunun fikrincə, indiki situasiya beynəlxalq müşahidəçələrin bölgəyə yerləşdirilməsinə adekvat deyil:
“Azərbaycan təkcə erməni seperatçılarını darmadağan etmir, həm də iranla sərhəd artıq ordumuzun nəzarəti altındadır. Ora sərhəd qoşunlarının qüvvələri yerləşdirilməlidir. Sülhməramlıların gəlişinə isə əsla icazə vermək olmaz. Ermənistanın, az qala, təslim olduğu vaxtda buna razılıq vermək doğru deyil.
Prezidentin də dediyi kimi, biz status-kvonu artıq dəyişmişik. Qələbəyə çox yaxınıq. Elə isə sülhməramlılara nə ehtiyac var? Ali baş komandan da öz çıxışlarında dəfələrlə deyib ki, biz nə sülhməramlıları, nə status məsələsini müzakirə etmək fikrindəyik. Bakıda, Gəncədə və digər şəhərlərimizdə minlərlə erməni yaşayır.
Qarabağda da yaşayarlar. Biz onların təhlükəsizliyinə təminat verərik. Bunu sülhməramlılar olmadan da edərik”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Küveyt ordusu İran dronlarını məhv etdi
16:14 31.07.2026
Dünya
Məleykə Abbaszadə: Keçid ballarının artacağı gözlənilir
15:51 31.07.2026
Elm və Təhsil
NATO Avropada nüvə silahlarının artırılması planı üzərində işləyir
15:09 31.07.2026
Dünya
Rusiya ordusu Ukraynada iki yaşayış məntəqəsini nəzarətə götürüb
15:02 31.07.2026
Dünya
İnfantinonun müşaviri FIFA-nın planına etiraz olaraq istefa verdi
14:38 31.07.2026
Futbol
Külək nə vaxt zəifləyəcək? - Açıqlama
14:32 31.07.2026
Ekologiya
SEPAH üzvlərinin meyitləti İrana gətirildi
14:26 31.07.2026
Dünya
Polşa ərazisində partlayan raket Rusiyaya məxsus olub
13:59 31.07.2026
Dünya
Avropa liderləri Trampdan “qaçırlar”
13:52 31.07.2026
Dünya
Zelenski Rusiya və Ukraynanın itkilərini açıqladı
13:46 31.07.2026
Dünya
Mey Putindən danışdı: "Keçmiş KQB əməkdaşı" olmur
13:40 31.07.2026
Dünya
Saakaşvilinin hakimiyyətə qayıdışı ilə bağlı açıqlama
13:25 31.07.2026
Cənubi Qafqaz
ATƏT-in fəaliyyətdə olan sədri Azərbaycana səfər edəcək
13:01 31.07.2026
Siyasət