Suriya Prezidenti İlham Əliyevə təşəkkür məktubu göndərdi
Yusif Nəzərli
10:09 13.07.2025
Siyasət
442
Suriya Ərəb Respublikasının keçid dövrü Prezidenti Əhməd Əl Şaraa Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə səmimi qəbula, qonaqpərvərliyə və iki xalq arasında dərin mənəvi bağları əks etdirən qardaşlıq ruhuna görə təşəkkür və minnətdarlıq məktubu göndərib.
Teleqraf xəbər verir ki, bu barədə Suriyanın dövlət xəbər agentliyi SANA məlumat yayıb.
Məktubda deyilir:
“Azərbaycan xalqının əzmkarlığı ilə qurulan və rəhbərlərinin müdrikliyi ilə qorunan bir dövlətdir. Ümid edirəm ki, bu səfər xalqlarımızın şanlı keçmişində mövcud olmuş tarixi bağ və həmrəyliyi əks etdirəcək, eyni zamanda bizi parlaq gələcəyə doğru birgə addımlamağa təşviq edəcək. Ölkənizin təhlükəsizliyi və rifahı naminə göstərdiyiniz səylərə görə sizə dərin ehtiramımı bildirirəm. Sizi əmin edirəm ki, Suriya Ərəb Respublikası qardaşlıq yoluna sadiq qalacaq və enerji sahəsində əməkdaşlıq başda olmaqla, bütün istiqamətlərdə ikitərəfli münasibətlərin dərinləşməsində maraqlıdır. Həm Azərbaycan, həm də Suriya zəngin təbii resurslara və geostrateji mövqeyə malikdir. Bu imkanlar qarşılıqlı əməkdaşlıq şəraitində enerji istehsalı və tədarükündə böyük üstünlüklər qazandıracaq, regionda sülh və sabitliyin möhkəmlənməsinə töhfə verəcək. Eyni zamanda, təcrübə və texnologiya mübadiləsi sayəsində ortaq maraqların təmininə xidmət edəcək. Sizə ən xoş arzularımı çatdırıram. Azərbaycan daim əziz və firavan olsun. Dostluğumuz Qafqaz dağları qədər sarsılmaz qalsın. Dərin hörmət və ehtiramla”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Makron xalqa müraciət etdi: Etirazçıların tələbləri nəzərə alınacaq
23:03 18.10.2026
Dünya
Marneulidə iki məcburi nikahın qarşısı alınıb
22:50 18.10.2026
Hadisə
Səudiyyə Ərəbistanının cənubuna mərmi düşüb, xəsarət alanlar var
22:48 18.10.2026
Dünya
ABŞ dövlət katibi Özbəkistana səfər etdi
21:55 18.10.2026
Gündəm
Ağdaşda işıqforun işləməməsi qəzaya səbəb oldu - Yaralananlar var
21:25 18.10.2026
Hadisə
Tramp Netanyahuya seçkilərdə dəstəyini açıqladı
21:09 18.10.2026
Dünya
Parisdə iğtişaşlar yenidən alovlanıb
20:21 18.10.2026
Dünya
Ukrayna bu ölkədən üzr istədi
20:19 18.10.2026
Dünya
Lavrov: Trampın Qəzza ilə bağlı planı kağız üzərində qalıb
19:41 18.10.2026
Dünya
PSJ “Barselona” ilə oyuna itki ilə çıxacaq
19:20 18.10.2026
Futbol
Trampın reytinqi rekord həddə düşüb
19:10 18.10.2026
Gündəm
Naxçıvanda avtomobil piyadanı vurub
18:53 18.10.2026
Hadisə
Antalyaya uçan təyyarə Peterburqa enə bilmədi
18:30 18.10.2026
Hadisə
"İmişli" "Turan Tovuz"u məğlub etdi
18:13 18.10.2026
Futbol
Sahibə Qafarova Qırğızıstana səfərə gedib
18:03 18.10.2026
Rəsmi