Suriya Türkiyədən yardım istədi

Suriya rəsmi şəkildə Türkiyədən müdafiə qabiliyyətinin gücləndirilməsi və terrorçularla mübarizə sahəsində yardım istəyib.
Teleqraf xəbər verir ki, bu barədə "Anadolu" məlumat yayıb.
Qeyd olunur ki, bu müraciətə əsasən, Suriyanın müdafiə imkanlarını gücləndirmək üçün təlim, məsləhət və texniki dəstək göstərilməsi istiqamətində işlər davam etdiriləcək.