Suriyada düşərgədə saxlanılan 15 Azərbaycan vətəndaşı ölkəyə gətirildi
Yusif Nəzərli
14:51 06.10.2022
Siyasət
500
2022-ci ilin 6 oktyabr tarixində Suriya Ərəb Respublikasının Cerablus şəhərindəki Amerna düşərgəsində saxlanılan 15 nəfər Azərbaycan Respublikası vətəndaşının ölkəmizə repatriasiyası həyata keçirilib.
Bu barədə Xarici İşlər NAzirliyi (XİN) məlumat yayıb.
Bildirilib ki, şəxslərin ölkəmizə gətirilməsi Azərbaycan Respublikasının hökuməti tərəfindən görülmüş mərhələli və əlaqələndirilmiş tədbirlər nəticəsində reallaşıb. İlk öncə vətənə repatriasiyası nəzərdə tutulan vətəndaşların yeri, şəxsiyyəti və Azərbaycan Respublikası vətəndaşlığına mənsubiyyəti müəyyən edilib, daha sonra əldə olunmuş razılıq əsasında onların Türkiyə Respublikasının ərazisindən tranzit keçidi təmin olunub.
İraq və Suriya Ərəb Respublikalarından Azərbaycan vətəndaşlarının repatriasiyası üzrə işçi qrupa daxil olan müvafiq dövlət qurumlarının nümayəndələri Türkiyə Respublikasına ezam edilib, repatriantların ilkin tibbi və psixoloji müayinəsi həyata keçirilib, zəruri yardımlar göstərilib, həmçinin Azərbaycan Respublikasının Türkiyə Respublikasındakı Səfirliyi tərəfindən vətəndaşlarımız “Azərbaycan Respublikasına qayıdış şəhadətnamə”ləri və uçuş biletləri ilə təmin edilib. 2022-ci ilin 6 oktyabr tarixində nümayəndə heyətinin müşayiəti ilə qeyd olunan vətəndaşların Ankara-Bakı reysi ilə repatriasiyası həyata keçirilib. Zəruri prosedurlar yekunlaşdıqdan sonra repatriantlar ailələrinə təhvil veriləcəkdir.
Qeyd etmək istərdik ki, indiyə qədər İraq Respublikasında 290, Suriya Ərəb Respublikasından 103 olmaqla, toplam 393 uşaq və qadının ölkəmizə repatriasiyası təşkil edilib.
Azərbaycan Respublikasının hökuməti tərəfindən müvafiq şəxslərin reinteqrasiyası və reabilitasiyası üçün bütün lazımi tədbirlərin görülməsi nəzərdə tutulub. Repatriasiyanın həyata keçirilməsində Azərbaycan Respublikasının aidiyyəti dövlət qurumlarının birgə və əlaqələndirilmiş fəaliyyəti həyata keçirilib. Bu prosesin reallaşmasında Türkiyə Respublikası tərəfindən göstərilmiş yardım xüsusilə qeyd olunmalıdır.
Azərbaycan hökuməti milli qanunvericiliyə və ölkəmizin tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun olaraq öz vətəndaşlarının hüquq və azadlıqlarının qorunması istiqamətində Suriya Ərəb Respublikasının ərazisində olan digər Azərbaycan Respublikası vətəndaşlarının mərhələli şəkildə repatriasiyası üçün zəruri tədbirləri davam etdirir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Sabahın havası meteohəssas insanlar üçün əlverişlidir
18:48 26.07.2026
Sağlamlıq
KİV: ABŞ İrana hücumları müvəqqəti dayandırıb
18:09 26.07.2026
Dünya
Britaniyanın Baş naziri: Lazım gələrsə, Trampla razılaşmayacağam
16:25 26.07.2026
Dünya
Putin mobil telefonlardan istifadə etmir - Peskov
16:00 26.07.2026
Dünya
Netanyahu Vaşinqtonda Trampla İran məsələsini müzakirə edəcək
15:08 26.07.2026
Dünya
ABŞ İranın raketlərini qəsdən buraxır - KİV
14:51 26.07.2026
Gündəm
“Beşiktaş”ın Salaha etdiyi təklifin detalları bəlli oldu
14:34 26.07.2026
Futbol
Husilər Yəməndə “Bayraqdar” vurdular
14:17 26.07.2026
Dünya
Sabah Abşeron çimərliklərində hava küləkli olacaq
13:22 26.07.2026
Cəmiyyət
Sabah Azərbaycanda 40 dərəcə isti olacaq
12:49 26.07.2026
Ekologiya
Nəriman Həsənzadə süni tənəffüs aparatına qoşulub
12:35 26.07.2026
Ədəbiyyat
Faktiki hava: 39 dərəcə isti qeydə alındı
11:30 26.07.2026
Ekologiya
İlham Əliyev Maldiv Prezidentini təbrik edib
11:14 26.07.2026
Rəsmi
Əraqçi: İranın region ölkələri ilə düşmənçiliyi yoxdur
10:45 26.07.2026
Region
Husilər Səudiyyə Ərəbistanına raket və PUA-larla hücum edib
10:30 26.07.2026
Dünya