Tbilisi Mitropoliti Malxaz Songulaşvili İlham Əliyevə məktub ünvanlayıb
15:42 14.08.2025
Siyasət
316
Gürcüstanın Yevangelist Baptist Kilsəsinin Yepiskopu, Tbilisi Mitropoliti Malxaz Songulaşvili Azərbaycan Prezidenti İlham Əliyevə məktub ünvanlayıb.
Sherg.az xəbər verir ki, məktubda deyilir:
“Zati-aliləri,
Mən böyük sevinclə və dərin ehtiramla Gürcüstanın Yevangelist Baptist Kilsəsinin Sülh Katedralı adından Azərbaycan və Ermənistan hökumətlərinə və nəcib xalqlarına otuz ildən artıqdır davam edən münaqişənin və itkilərin sona çatmasına səbəb olan tarixi sülh bəyannaməsinin imzalanması münasibətilə ürəkdən təbriklərimi çatdırıram. Bu mühüm razılaşma bütün Cənubi Qafqaz üçün ümid çırağı kimi dayanır. Sovet dövrünün imperiya və müstəmləkəçilik siyasətinin mürəkkəb və bölücü irsinin qismən yaratdığı mübahisənin tarixi çox uzun müddətdir ki, qonşu xalqlar arasında kədər, köçkünlük və inamsızlığa səbəb olub. Sizin bu ağrılı tarixi geridə qoymaq, onilliklərin incikliyini dəf etmək və ortaq gələcəyə sadiq olmaq barədə cəsarətli qərarınız ən yüksək səviyyəli dövlətçilik aktıdır. Bu, təkcə öz xalqlarınızı deyil, həm də bütün dünya xalqlarının daha geniş ailəsini ruhlandıracaqdır.
Gürcüstan xalqı sevimli Qafqazımızda davamlı sülh və bütün millətlərin və etnik icmaların dinc birgəyaşayışa doğru həlledici addımını görərək bu yeni şəfəqdə sizinlə birlikdə sevinir. Bu əlamətdar hadisə bizi əmin edir ki, keçmişin yüklərinin öhdəsindən gəlinə bilər və regionumuzda harmoniyaya mane olan müstəmləkəçilik irsi həqiqətən etibar, uzlaşma və qarşılıqlı hörmət üzərində qurulmuş gələcək naminə dağıdıla bilər. Biz, həmçinin Amerika Birləşmiş Ştatlarının siyasi rəhbərliyinə və diplomatik ictimaiyyətinə bu yaxınlaşmanın asanlaşdırılmasında əvəzsiz roluna görə səmimi təşəkkürümüzü bildiririk. Onların dialoqa davamlı sadiqliyi və sülhə nail olmaq naminə konstruktiv iştirakı ən yüksək tərifə layiqdir. Qoy bu sənəd təkcə hərbi əməliyyatların dayandırılmasını deyil, həm də barışığın çiçəkləndiyi, əməkdaşlığın inkişaf etdiyi və qarşılıqlı hörmətin bütün münasibətlərin əsasına çevrildiyi yeni bir dövrün yaranmasını müjdələsin! Həmçinin firavanlığı bəsləsin, insan ləyaqətini qorusun və yaraları ilə deyil, ortaq insanlığı ilə seçilən bölgə ilə gələcək nəsillərə xeyir-dua versin!
Cənubi Qafqazın üç dövlətinin - Azərbaycan Ermənistan, və Gürcüstanın birlikdə sülh, ədalət və demokratiyanın müdafiəçiləri olacağına, daha geniş dünyamızın sabitliyinə və rifahına töhfə verəcəklərinə böyük ümid bəsləyirik. Sülh Katedralı bu səyahəti dua, dostluq, mədəniyyətlərarası, dinlərarası tərəfdaşlıq və xalqlarımız arasında xoşməramlılıq bağlarını gücləndirməyə kömək edə biləcək hər cür təvazökar xidmətlə müşayiət etməyə hazırdır.
Zati-aliləri, ən yüksək ehtiramımı və xalqınızın həyatında bu tarixi yeni səhifənin uğuru üçün Sülh Katedralının ən xoş arzularını qəbul etməyinizi xahiş edirəm”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Trampın nümayəndələrinin Kiyevə səfəri hələ təsdiqlənməyib
20:02 17.08.2026
Dünya
Bu, Naxçıvanın iqtisadi xəritəsini dəyişə bilər - Şokri
19:48 17.08.2026
İqtisadiyyat
Direktorların işə qəbulu üzrə elektron qeydiyyat başlayır
19:25 17.08.2026
Elm və Təhsil
Zimbabvedə qayıq qəzasında ölənlərin sayı 92-yə çatdı
19:15 17.08.2026
Dünya
CNN: Kuşner Netanyahunu Qəzzada sülh planının icrasına təşviq edib
18:40 17.08.2026
Dünya
"Reuters": İran müdafiə siyasətindən hücum strategiyasına keçir
18:36 17.08.2026
Dünya
Bakının iki küçəsində hərəkət məhdudlaşdırılacaq
18:21 17.08.2026
Sosial
SEPAH Trampın gizli əlaqə iddiasını təkzib etdi
18:14 17.08.2026
Dünya
Rusiyalı siyasətçi 11 il həbs cəzasına məhkum edilib
18:11 17.08.2026
Dünya
TƏBİB sədri daha 2 vəzifəli şəxsi işdən çıxardı
17:39 17.08.2026
Sağlamlıq
Azərbaycanda dərman istehsalı 58%-ə yaxın artıb
17:30 17.08.2026
Sosial