Tələsmək lazım deyil, Zəngəzura hələ heç bir amerikalı gəlməyib - Rasim Musabəyov
14:25 14.08.2025
Siyasət
443
İranın regional siyasəti və ölkənin maraqlarını qoruma istiqamətində atdığı addımlar son dövrlərdə diqqət mərkəzindədir. Regionda baş verənlər, xüsusilə qonşu ölkələrlə olan münasibətlərdə İran rəsmilərinin atdığı addımlar, həm regiondakı sabitlik, həm də ölkənin uzunmüddətli strateji maraqları baxımından önəmlidir. Mövcud proseslərin fonunda Xameneinin müşaviri Zəngəzura görə Ermənistanı təhdid edib. İran vitse-prezidenti bildirib ki, ABŞ-ni Cənubi Qafqaza gətirməklə İrəvan Ermənistan - İran münasibətlərini bundan irəli gələn bütün nəticələrlə təhlükə altına qoyur.
Milli Məclisin deputatı, politoloq Rasim Musabəyov Sherg.az-a mövzu ilə bağlı açıqlama verib:
"İran prezidenti Pezeşkian və Xarici İşlər Naziri Abbas Əraqçi bildirirlər ki, İranın maraqları nəzərə alınıb. Pezeşkian Ermənistana səfər edəcək. Bu zaman bəzi açıqlamalar veriləcək. Hələlik tələsmək lazım deyil. İran narahatdır. Ora heç bir amerikalı gəlməyib. Rus hərbiçiləri isə mövqelərini qoruyurlar. Nə yol çəkilib, nə də başqa bir addım atılıb. Vaxtından əvvəl hay-haray qaldırmağa ehtiyac yoxdur".
Deputat sonda deyib ki, müəyyən danışıqlar aparıldıqdan sonra məsələlər aydınlaşacaq.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Trampın nümayəndələrinin Kiyevə səfəri hələ təsdiqlənməyib
20:02 17.08.2026
Dünya
Bu, Naxçıvanın iqtisadi xəritəsini dəyişə bilər - Şokri
19:48 17.08.2026
İqtisadiyyat
Direktorların işə qəbulu üzrə elektron qeydiyyat başlayır
19:25 17.08.2026
Elm və Təhsil
Zimbabvedə qayıq qəzasında ölənlərin sayı 92-yə çatdı
19:15 17.08.2026
Dünya
CNN: Kuşner Netanyahunu Qəzzada sülh planının icrasına təşviq edib
18:40 17.08.2026
Dünya
"Reuters": İran müdafiə siyasətindən hücum strategiyasına keçir
18:36 17.08.2026
Dünya
Bakının iki küçəsində hərəkət məhdudlaşdırılacaq
18:21 17.08.2026
Sosial
SEPAH Trampın gizli əlaqə iddiasını təkzib etdi
18:14 17.08.2026
Dünya
Rusiyalı siyasətçi 11 il həbs cəzasına məhkum edilib
18:11 17.08.2026
Dünya
TƏBİB sədri daha 2 vəzifəli şəxsi işdən çıxardı
17:39 17.08.2026
Sağlamlıq
Azərbaycanda dərman istehsalı 58%-ə yaxın artıb
17:30 17.08.2026
Sosial