Təlimlərdən nəticə çıxarmalıdırlar: “Azərbaycan prinsipini dəyişən deyil”
Yusif Nəzərli
13:21 05.10.2021
Siyasət
955
Azərbaycan, Türkiyə və Gürcüstan hərbi qulluqçularının iştirakı ilə Tbilisidə hərbi təlim başlayıb. Təlim oktyabrın 8-dək davam edəcək. Müdafiə Nazirliyində verilən məlumata əsasən, nəzəri və praktiki hissədən ibarət olan “Eternity -2021” kompüter dəstəkli komanda - qərargah təlimində üç ölkənin hərbi qulluqçuları və aidiyyəti dövlət qurumlarının nümayəndələri tərəfindən regional iqtisadi layihələrin mühafizəsinin təşkili üzrə tapşırıqlar icra ediləcək.
Təlim barədə “Sherg.az”a danışan politoloq, sabiq müşavir Qabil Hüseynli bildirib ki, üçtərəfli Türkiyə - Gürcüstan - Azərbaycan hərbi-siyasi əməkdaşlığı çoxdan qurulub:
“Onlar ən azı 3-4 ildir fəaliyyət göstərir. İndi isə ilk dəfədir ki, Gürcüstan ərazisində bu üç dövlətin birgə hərbi təlimləri keçirilir. Bu, çox müsbət hadisədir və təlimlər onu göstərir ki, bölgədə Türkiyə və Azərbaycan amili önəmli əhəmiyyət kəsb etməyə başlayıb. Bu iki amillə bölgənin bir çox dövlətləri hesablaşır. Üstəlik, hərbi təlimlər bölgənin həm sabitliyi, həm də təhlükəsizliyi üçün mühüm əhəmiyyətə malikdir”.
Politoloq həmçinin əlavə edib ki, rəsmi Bakıya təzyiq göstərərək mövqeyindən çəkindirməyə çalışanlar bilsinlər ki, Azərbaycan mövqeyini və prinsipini dəyişən dövlət deyil:
“Ölkəmiz artıq bölgənin supergücüdür. Türkiyə və Azərbaycanın hərbi qüvvələrinin Naxçıvanda briqadalar formasında keçirilən təlimləri deməyə əsas verir ki, bölgədə Türkiyə amili nəzərə alınmalı, bu, yeni geopolitik və siyasi konfiqurasiyanın elementi kimi qəbul edilməlidir”.
Q.Hüseynli vurğulayıb ki, kimlərsə “Bölgədə yeni reallıqların formalaşmasına imkan verməyəcəyik” deyərək özlərini bölgənin sahibi kimi göstərməyə çalışsalar da, onların söz oyununa əhəmiyyət vermək düzgün deyil:
“Lazım gələndə isə özlərini sınamaq istəsələr, onda qarşılarında kimləri görəcəklərini yaxşı anlayırlar. Son təlimlərdən nəticə çıxarmalıdırlar. Bundan əlavə onlar bilməlidirlər ki, sayı 50 milyonu ötüb keçən Azərbaycan xalqı ilə qarşı-qarşıyadırlar. Ölkəmizin yanında Türkiyə, Gürcüstan, Pakistan, İsrail kimi müttəfiqləri var və bu gerçəkliyi nəzərə almadan mənasız bəyanatlar səsləndirməyin heç bir effekti yoxdur”
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Makron xalqa müraciət etdi: Etirazçıların tələbləri nəzərə alınacaq
23:03 18.10.2026
Dünya
Marneulidə iki məcburi nikahın qarşısı alınıb
22:50 18.10.2026
Hadisə
Səudiyyə Ərəbistanının cənubuna mərmi düşüb, xəsarət alanlar var
22:48 18.10.2026
Dünya
ABŞ dövlət katibi Özbəkistana səfər etdi
21:55 18.10.2026
Gündəm
Ağdaşda işıqforun işləməməsi qəzaya səbəb oldu - Yaralananlar var
21:25 18.10.2026
Hadisə
Tramp Netanyahuya seçkilərdə dəstəyini açıqladı
21:09 18.10.2026
Dünya
Parisdə iğtişaşlar yenidən alovlanıb
20:21 18.10.2026
Dünya
Ukrayna bu ölkədən üzr istədi
20:19 18.10.2026
Dünya
Lavrov: Trampın Qəzza ilə bağlı planı kağız üzərində qalıb
19:41 18.10.2026
Dünya
PSJ “Barselona” ilə oyuna itki ilə çıxacaq
19:20 18.10.2026
Futbol
Trampın reytinqi rekord həddə düşüb
19:10 18.10.2026
Gündəm
Naxçıvanda avtomobil piyadanı vurub
18:53 18.10.2026
Hadisə
Antalyaya uçan təyyarə Peterburqa enə bilmədi
18:30 18.10.2026
Hadisə
"İmişli" "Turan Tovuz"u məğlub etdi
18:13 18.10.2026
Futbol
Sahibə Qafarova Qırğızıstana səfərə gedib
18:03 18.10.2026
Rəsmi