Toqquşma olsa Ukrayna dağıdıcı məğlubiyyətə uğrayacaq
Yusif Nəzərli
09:52 30.12.2021
Siyasət
845
ABŞ və Qərbin Rusiya ilə hərbi münaqişəyə girmək kimi bir planı mövcud deyil
ABŞ Ukraynanın Rusiya və Belarusla sərhədlərinin möhkəmləndirilməsinə 20 milyon dollar ayırıb. Ukraynanın Dövlət Sərhəd Xidməti layihənin il ərzində həyata keçiriləcəyini açıqlayıb. Qeyd edək ki, Amerika Prezidenti Co Bayden dekabrın 27-də 2022-ci il üçün müdafiə büdcəsini imzalayıb. Sənədə görə, ümumən Ukrayna Silahlı Qüvvələrinə dəstək məqsədilə 300 milyon dollar ayrılması nəzərdə tutulur. Ötən gün Rusiyanın Xarici işlər naziri Sergey Lavrov növbəti dəfə Qərbə xəbərdarlıq edib. Nazir bildirib ki, NATO-nun raketlərini Rusiya sərhədlərinə yerləşdirməsi böyük təhdiddir və mövcud gərginliyi artıra bilər: “Kiyevi NATO-ya daxil etmək prosesi Rusiyanın təhlükəsizliyinə qarşı qəbuledilməz təhdidlər yaradır.
Bu vəziyyət Avropada böyük bir qarşıdurmaya qədər gedə bilər. Bu, bütün tərəflər üçün ciddi hərbi risklər yaradır”. Qeyd edək ki, bir müddət əvvəl Rusiya Prezidenti Vladimir Putin Ukraynanın hərbi alyansa üzv olmasına qarşı olduğunu və ölkəsi üçün təhlükə yaratdığını demişdi: “Hərbi blokun raket sistemləri Ukraynada peyda olarsa, onda onların Moskvaya uçuş müddəti 7-10 dəqiqəyə, hipersəs silahlarının yerləşdirilməsi ilə isə 5 dəqiqəyə qədər azalacaq. Bu, bizim üçün ən ciddi çağırışdır - təhlükəsizliyimizə çağırışdır”.
Tərəflərin səngimək bilməyən gərginliyini “Şərq”ə təhlil edən politoloq Elçin Xalidbəyli deyib ki, ABŞ Ukraynaya siyasi dəstək verir. Eyni zamanda ölkənin hərbi potensialının gücləndirilməsinə də maliyyə dəstəyi göstərir. Lakin ekspertə görə, Amerika və Qərbin dəstəyi Ukraynanı Rusiyanın hərbi müdaxiləsindən qorumaq üçün yetərli deyil:
“Rusiya ilə hərbi toqquşma Ukrayna üçün dağıdıcı məğlubiyyətlə yekunlaşa bilər. Təbii, bu reallığı ABŞ və Qərblə yanaşı, rəsmi Kiyev də bilir. Ona görə də Kiyev hərdən Rusiya ilə dialoqa hazır olması barədə mesajlar verir. Ancaq Ukrayna hökumətinin Donbass və Krım məsələlərini danışıqların predmetinə çevirmək cəhdləri Kremli rəsmi Kiyevlə birbaşa danışıqlardan yayındırır. Çünki Rusiya ilhaq etdiyi Krımı öz ərazisi hesab edir, Donbass məsələsində isə rəsmən tərəfə çevrilmək istəmir. Amerika və Qərb Ukraynanın ağır məğlubiyyətə uğrayacağını tam dəqiqliyi ilə bilsə də, rəsmi Kiyevi Rusiya ilə birbaşa hərbi toqquşmaya sürükləməyə can atır. Əgər Rusiya qoşunları Ukrayna sərhədlərini keçərsə, bir çoxlarının iddialarının əksinə olaraq, NATO hərbi münaqişəyə bulaşmağa həvəs göstərməyəcək. Əksinə, baş verənləri kənardan müşahidə edərək, Rusiyaya qarşı daha sərt beynəlxalq sanksiyaların tətbiq olunmasına nail olmaqla kifayətlənəcək. ABŞ və Qərbin Rusiya ilə hərbi münaqişəyə girmək kimi bir planı mövcud deyil. Hazırda baş verənlərsə, daha çox Rusiyanı Ukraynada “hərbi-siyasi tələ”yə salmaq məqsədi daşıyır”.
Analitik vurğulayıb ki, Rusiyanı test edirlər. Əgər Rusiya Ukraynaya hərbi müdaxilə etməyə cəsarət göstərməzsə, Kreml ABŞ və Qərbin sonrakı təzyiqləri qarşısında zəif vəziyyətdə qalacaq:
“Yox, əgər Ukraynaya hərbi müdaxilə edərsə, Rusiyaya qarşı ən ağır beynəlxalq sanksiyalar tətbiq olunacaq. Kremldə bütün bu oyunların əsas hədəflərini anlayırlar. Böyük ehtimalla ABŞ və Qərbin Ukraynanı NATO-ya üzv qəbul etmək kimi niyyəti də yoxdur. Çünki parçalanmış və ərazisində hərbi münaqişə olan Ukrayna indiki vəziyyəti ilə hərbi alyansa lazım deyil. Ukrayna kimi daxili hərbi münaqişələrə məruz qalmış ölkələrin NATO-ya üzvlüyü mümkün hesab olunmur.
Ukraynanın gələcəkdə hərbi alyansa üzv olmağa potensial namizəd imicini yaradıb, bu ölkənin ərazisində yeni hərbi bazaların yaradılmasına cəhd göstərilir.
Rusiya ilə həmsərhəd ölkələrdə belə hərbi bazaların yaradılması Qərbə Kreml qarşısında siyasi-psixoloji üstünlük verə bilər. Bu savaşın hərbi cəhətdən Ukrayna sərhədlərindən kənara sıçraması real görünmür. Ancaq beynəlxalq siyasət məkanında Rusiyaya qarşı qlobal təzyıq kampaniyasının baş qaldıracağı şübhəsizdir.
Kremlin yaxın aylarda qəliz hərbi-siyasi labirintdən necə çıxacağı Rusiyanın gələcək taleyi baxımından həlledici xarakter daşıyır”.
Oxşar xəbərlər
Paşinyan Rusiya və Avropa İttifaqı arasında həssas tarazlığı qorumağa çalışır - ŞƏRH
20:58 27.07.2026
Prezidentin Naxçıvan üzrə səlahiyyətli nümayəndəliyi vahid indekslər siyahısına əlavə edildi
15:12 27.07.2026
Xəbər lenti
Hamısına bax
İran Ukraynanı hansı raketlərlə vura bilər? - DE
06:42 28.07.2026
Aktual
Afrikada xroniki aclıqdan əziyyət çəkənlərin sayı 309 milyonu ötüb
06:06 28.07.2026
Dünya
Onlar baş rol olacaq
04:44 28.07.2026
Şou
Dodaqlar niyə qaralır? - Səbəbi budur
04:04 28.07.2026
Sağlamlıq
Rusiya dəniz yollarını bağlamağa çalışır - Zelenski
02:52 28.07.2026
Aktual
Tramp: ABŞ-İran danışıqları dostluq şəraitində keçir
01:21 28.07.2026
Gündəm
"Facebook"un işində nasazlıq yarandı
00:35 28.07.2026
Texnologiya
BMT təsdiqlədi: Ukrayna müharibəsi başlayandan bəri...
23:57 27.07.2026
Dünya
Mədəniyyət naziri Anarla görüşüb
23:35 27.07.2026
Mədəniyyət
Türkiyədə məşhurların narkotik analiz nəticələri məlum oldu
22:30 27.07.2026
Şou
Qazaxıstan Qara dəniz vasitəsilə neft ixracını bərpa etdi
21:58 27.07.2026
Region
Tramp: "Mən olmasaydım, İsrail məhv olardı"
21:44 27.07.2026
Dünya
Tramp: Heç kim ABŞ-a Türkiyəyə nə satacağını diktə edə bilməz
21:11 27.07.2026
Dünya
Livan Prezidenti İsraili müqavilə şərtlərini pozmaqda ittiham etdi
20:56 27.07.2026
Dünya
Balaca Cəfərin göz yaşları Türkiyəni kövrəltdi!
20:42 27.07.2026
Mədəniyyət