Tanklar və hərbi texnikalarla Suriyaya girdilər

İsrail qüvvələri Suriyanın cənubundakı Quneytra vilayətində yerləşən kəndə daxil olaraq yaşayış məhəllələri istiqamətində atəş açıblar.

Teleqraf xəbər verir ki, bu barədə Suriyanın “Al Ekhbariya” telekanalı məlumat yayıb.

Telekanalın məlumatına görə, İsrail ordusunun iki tankı və bir neçə hərbi texnikası Quneytra vilayətinin Seyda əl-Hanut kəndinin ərazisinə daxil olaraq yaşayış məhəllələrinə nizamsız atəş açıb.

“Syria TV” isə bildirib ki, İsrail artilleriyası Dəra vilayətinin Mariya yaşayış məntəqəsinin ətrafını atəşə tutub.