
Türk adlarına qadağa şovinist siyasətdir - Faiq Ələkbərli
22:36 12.08.2025
Siyasət
561
İran bu yolla öz sonunu sürətləndirir
İranda türk adlarına qoyulan məhdudiyyətlərlə bağlı azərbaycanlılar "Balamın adı" adlı kampaniya başladıblar. Bununla bağlı İran Prezidenti Məsud Pezeşkiana ünvanlanan məktubdan sonra Pezeşkian məsələnin araşdırılması ilə bağlı göstəriş verib. Bildirilib ki, prezident 15 min 761 nəfərin imzaladığı petisiyaya cavab olaraq İran Vətəndaşlığın Qeydiyyatı İdarəsinə tapşırıb ki, adlara qoyulan məhdudiyyətlərin aradan qaldırılması barədə iş görülsün.
Türkoloq-alim Faiq Ələkbərli "Sherg.az"a açıqlamasında deyib ki, dünyanın elə bir ölkəsi yoxdur ki, orada yaşayan insanlar öz övladlarına istədikləri adı verə bilməsinlər. Ekspert bildirib ki, belə qadağalar ancaq İran adlanan ölkələrdə, şovinist siyasət yürüdən dövlətlərdə mövcud ola bilər:

"Bu, tamamilə qəbuledilməz bir məsələdir. Ona görə də İranda milli adların verilməsi ilə bağlı kampaniyanın başlanması, M.Pezeşkiana müraciət olunması təbiidir. Hər halda Pezeşkian özü də vaxtı ilə bu problemləri yaşayıb. Ona görə İranda milli adların verilməsi problemi öz həllini tapmalıdır. Heç bir ölkənin belə qadağa qoymağa haqqı yoxdur. İstənilən xalqın öz milli adlarını yaşatması təbii haqlarıdır. Pezeşkianın türk dili, türk adları məsələsində belə həssas davranması təsadüfi deyil. Müasir dövrdə bu cür şovinist siyasət yürütmək qeyri-mümkündür. Pezeşkian öz türk kimliyinin fərqində olan bir şəxs kimi bu cür problemlərin həllinə yardımçı ola bilər. İran dövləti öz Konstitusiyasında 15-ci maddəni həyata keçirmək məcburiyyətindədir. İrandakı xalqların ana dilində danışması, öz mədəni hüquqlarını istifadə etməsi reallığa çevrilməlidir. Türk dilində məktəblər olmalı, milli təşkilatlar, mədəni təsisatlar qurulmalıdır. Artıq bunun zamanıdır. İranın başqa yolu yoxdur, əks halda öz sonlarını sürətləndirəcəklər".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Trampın nümayəndələrinin Kiyevə səfəri hələ təsdiqlənməyib
20:02 17.08.2026
Dünya
Bu, Naxçıvanın iqtisadi xəritəsini dəyişə bilər - Şokri
19:48 17.08.2026
İqtisadiyyat
Direktorların işə qəbulu üzrə elektron qeydiyyat başlayır
19:25 17.08.2026
Elm və Təhsil
Zimbabvedə qayıq qəzasında ölənlərin sayı 92-yə çatdı
19:15 17.08.2026
Dünya
CNN: Kuşner Netanyahunu Qəzzada sülh planının icrasına təşviq edib
18:40 17.08.2026
Dünya
"Reuters": İran müdafiə siyasətindən hücum strategiyasına keçir
18:36 17.08.2026
Dünya
Bakının iki küçəsində hərəkət məhdudlaşdırılacaq
18:21 17.08.2026
Sosial
SEPAH Trampın gizli əlaqə iddiasını təkzib etdi
18:14 17.08.2026
Dünya
Rusiyalı siyasətçi 11 il həbs cəzasına məhkum edilib
18:11 17.08.2026
Dünya
TƏBİB sədri daha 2 vəzifəli şəxsi işdən çıxardı
17:39 17.08.2026
Sağlamlıq
Azərbaycanda dərman istehsalı 58%-ə yaxın artıb
17:30 17.08.2026
Sosial