Türk rəsmisinin “Qazaxıstan sovet təzyiqindən sağ çıxdı” bəyanatına sərt REAKSİYA
Yusif Nəzərli
13:09 14.01.2022
Siyasət
719
"Türkiyə səlahiyyətlilərindən bu cür pis niyyətli ritorikadan qəti şəkildə çəkinməsini gözləyirik”
“Bu qətiyyən bulanıq sularda balıq tutmaq fürsəti kimi qəbul edilməməlidir"
Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova, rəsmi Ankaranın Qazaxıstanla bağlı pis niyyətli bəyanatlar verməkdən çəkinməsini və “bulanıq sularda balıq tutmağa çalışmamasını” gözlədiklərini bildirib.
“Sherg.az” xarici mediaya istinadən xəbər verir ki, M.Zaxarova Türkiyə rəsmilərindən birinin açıqlamasından sonra bu fikirləri söyləyib.
Türk rəsmisinin “Qazaxıstan sovet təzyiqindən sağ çıxdı, indi bəzi güclər onu yenidən tabe etdirməklə hədələyir” cümləsi Zaxarovanı hiddətləndirib:
"Türkiyə səlahiyyətlilərindən bu cür pis niyyətli ritorikadan qəti şəkildə çəkinməsini gözləyirik. Bu qətiyyən bulanıq sularda balıq tutmaq fürsəti kimi qəbul edilməməlidir".
Zaxarova fikirlərin hansı türk məmuruna aid olduğu ilə bağlı təfərrüatları açıqlamayıb.
ABŞ və Avropa Birliyi də Rusiyanın Qazaxıstana qoşun yeritməsini yaxından izlədiklərini bildirən açıqlamalar verib. Bundan əlavə, ABŞ dövlət katibi Entoni Blinken Qazaxıstanın KTMT-dən kömək istəməsini ölkədəki etirazları adekvat şəkildə cilovlamaq gücünə malik olsa da, anlaya bilmədiklərini deyib: “Məncə, yaxın tarixlərdən öyrənə bilərlər ki, ruslar evinizə bir dəfə girsə, onları qovmaq çox çətin olacaq”.
Xatırladaq ki, nümayişlərin yayılmasından sonra Qazaxıstan prezidenti Kasım Comert Tokayev Rusiyanın rəhbərlik etdiyi Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından (KTMT) kömək istəməsi ilə Moskva ölkəyə 2000-dən çox əsgər göndərmişdi. Son günlərdə Rusiyanın başçılıq etdiyi Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının əsgərləri Qazaxıstandan çəkilməyə başlayıb.
Çimnaz Şahlar
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
"Reuters": Kanadanın Baş naziri bu ay Türkiyəyə səfər edəcək
21:31 02.10.2026
Aktual
Putin "Mərkəz-2026" təliminin məqsədini açıqladı
20:59 02.10.2026
Region
“Flydubai” Təl-Əviv uçuşlarını ikinci bildirişədək dayandırıb
20:33 02.10.2026
Dünya
ABŞ ordusunda xidmət edən Kəmalə: Başıma iş açdım...
20:18 02.10.2026
Gündəm
İrandan Pakistan və Türkiyəyə husilərlə bağlı təklif
19:42 02.10.2026
Aktual
İrəvanda atışma olub, xəsarət alan var
19:34 02.10.2026
Cənubi Qafqaz
Tramp Avropa ilə dizel razılaşmasının əldə olunduğunu açıqladı
19:07 02.10.2026
Gündəm
DOST Agentliyinin Müşahidə Şurası növbəti iclasını keçirib
18:58 02.10.2026
Sosial
"Fənərbaxça" Bakıya gəlib
18:38 02.10.2026
Futbol
Siyasətdə emosiyalara yer yoxdur - Prezident
17:26 02.10.2026
Gündəm
YAP-ın Nizamnaməsində dəyişikliklər edildi
17:18 02.10.2026
Siyasət
Azərbaycan əsgəri Ermənistanda həbs edildi
17:05 02.10.2026
Hərbi