"Türkiyə Azərbaycanı Aralıq dənizinə dəvət edir" - AKTUAL
Fidan Həmişəyeva
11:12 07.08.2020
Siyasət
913
"Ölkəmizin Aralıq dənizində planlaşdırılan hərbi təlimlərdə iştirakı Türkiyə üçün vacibdir”
Türkiyə mətbuatının yazdığına görə, Azərbaycan Türkiyənin “Aralıq dənizi qalxanı” təlimlərində iştirak edəcək. Azərbaycan Rusiyadan sonra Xəzər dənizində güclü donanmalardan birinə sahibdir. Müxtəlif xəbərlərə görə, iki ölkənin hərbi dəniz qüvvələri arasında yekun anlaşma əldə olunmaq üzrədir.
Azərbaycanın Aralıq dənizində hərbi təlimlərdə iştirakı Türkiyə üçün geosiyasi əhəmiyyət daşıyır. Türkiyənin hazırda Aralıq dənizi sahillərindəki bır sıra dövlətlə münasibətlərində gərginlikləri var. Ona görə də Türkiyə istəyir ki, Aralıq dənizi hövzəsində tərəfdaşları çoxalsın.
“Atlas” Araşdırmalar Mərkəzinin sədri, politoloq Elxan Şahinoğlu “Sherg.az”a bildirib ki, Türkiyənin Aralıq dənizi sahili ölkələri-Yunanıstan, Fransa, Misir və İsraillə münasibətləri gərgindir. Politoloq vurğulayıb ki, Türkiyə Yunanıstanın Misirlə dəniz sərhəddinə dair imzaladığı son sazişi tanımır:
“Ankara haqlı olaraq Yunanıstanla Misir arasında Aralıq dənizində sərhəddinin olmadığını bəyan edib. Razılaşmada nəzərdə tutulan ərazi Türkiyənin qitə şelfində yerləşir. Bu saziş Kuzey Kıbrıs Türk Cumhuriyyətinin və Liviyanın da maraqlarına ziddir. Yunanıstan və Misir yeni sazişlə Aralıq dənizində birgə enerji yataqlarının kəşfiyyatına və istismarına ümid edirlər. Ancaq Türkiyə buna imkan verməyəcək.
Belə vəziyətdə Türkiyənin tərəfdaşlara ehtiyacı var. Türkiyə Aralıq dənizi sahilində olan İtaliya ilə sıx əlaqələr qurub. Türkiyə ada ölkəsi olan Malta ilə də danışıqlar aparır. Təsadüfi deyil ki, bugünlərdə Türkiyə və Maltanın xarici işlər nazirləri birgə Liviyaya səfər ediblər. Türkiyə kimi Malta da Liviyada mərkəzi hakimiyyətlə əməkdaşlıq edir.
Türkiyənin strateji müttəfiqlərindən biri də Azərbaycandır. Aralıq dənizindəki təlimlərə Azərbaycanın simvolik olaraq belə qoşulması Türkiyənin həmin sahədəki tərəfdaşlarının sayını artıracaq. Bu, Türkiyə üçün çox vacibdir”.
Analitikin fikrincə, Azərbaycanın Aralıq dənizindəki təlimlərdə iştirakı o demək deyil ki, Bakının Türkiyənin həmin bölgədə rəqibləri ilə münasibətləri avtomatik olaraq gərginləşəcək:
“Azərbaycan Türkiyə ilə strateji müttəfiq olsa da, xarici siyasətdə fərqli çalarlar da var. Məsələn Türkiyədən fərqli olaraq Azərbaycanın İsraillə münasibətləri yaxşıdır. Yunanıstan Ermənistanla sıx əlaqələr qursa da, Bakının Afina ilə də dərin fikir ixtilafı yoxdur.
Buna baxmayaraq, strateji müttəfiqlik qarşılıqlı dəstəyi diqtə edir. Türkiyə ordusu Azərbaycanda hərbi təlimlərdə iştirak etməklə müttəfiqinə hərtərəfli dəstəyini ifadə edirsə və bu işğalçı Ermənistana təzyiqi artırmaq baxımından bizim üçün vacibdirsə, eyni ilə Azərbaycanın da Aralıq dənizində planlaşdırılan hərbi təlimlərdə iştirakı Türkiyə üçün vacibdir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Paşinyan Azərbaycanla sülhü 2031-ci ilə saxlayır
12:23 15.10.2026
Gündəm
Azərbaycanda “Rəqəmsal rabitə” informasiya sistemi yaradılır
12:20 15.10.2026
Gündəm
İlham Əliyev: Laosun AQEM-ə üzvlüyünü yüksək qiymətləndiririk
12:19 15.10.2026
Gündəm
İshaq Dar Bakıda olan Hakan Fidana zəng etdi
11:38 15.10.2026
Dünya
Bakıda AQEM-in 7-ci Zirvə Toplantısı keçirilir
11:35 15.10.2026
Gündəm
Ukrayna Voronejdə hərbi aerodrumu vurdu
11:21 15.10.2026
Dünya
Azərbaycanda bəzi xidmət haqları iki dəfə azaldılır
10:57 15.10.2026
Sosial
Brüsseldə keçiriləcək Aİ sammitində büdcədə irəliləyiş gözlənilmir
10:55 15.10.2026
Gündəm
Makaronun süzdükdən sonra suyunu tökməyin
10:47 15.10.2026
Sosial
ABŞ İrana "bombaların anası" ilə zərbə endirəcək
10:35 15.10.2026
Dünya
Hollivud ulduzu zorakılıq iddiasına cavab verib
10:20 15.10.2026
Şou
Meloni ABŞ-Rusiya dizel razılaşmasını riskli adlandırıb
10:14 15.10.2026
Gündəm
Bakıda Azərbaycan və İtaliya hərbçilərinin ekspert görüşü keçirilib
10:11 15.10.2026
Hərbi
Tramp: Mediaya məlumat sızdıran məmurlar güllələnməlidir
09:59 15.10.2026
Gündəm