Türkiyə Zəngəzur dəhlizinin 2029-cu ilə qədər yaradılacağına ümid edir
09:08 07.01.2024
Siyasət
350
Türkiyə 2029-cu ilə qədər Zəngəzur dəhlizinin yaradılması layihəsinin həyata keçirilməsinə ümid edir.
“APA-Economics”in “İnterfaks“a istinadən verdiyi məlumata görə, bu barədə ölkənin nəqliyyat və infrastruktur naziri Əbdulkadir Uraloğlu bildirib.
"Zəngəzur dəhlizinin Bakıdan başlayaraq Horadizə qədər olan Azərbaycan hissəsi tamamlanmaq üzrədir. Dəhlizin Türkiyə hissəsinin uzunluğu 224 km-dir. Ümumilikdə bu dəhlizin yaradılması prosesi 5 il çəkəcək. Yəni, düşünürəm ki, 2028-ci ildə biz bütün işləri tam başa çatdıracağıq” – nazir qeyd edib.
O əlavə edib ki, Ermənistan ərazisindən keçən hissə istisna olmaqla, Horadizdən Ordubada qədər olan hissədə tikinti işləri davam edir. Naxçıvan Muxtar Respublikasını Türkiyə ilə birləşdirən 100 km-ə yaxın mövcud yolun yenidən qurulması tələb olunacaq. Onun davamı İğdır-Qars dəmir yolu olacaq. Bu dəmir yolu xətti üzrə artıq tender prosedurları aparılıb və tikintisinə bu il başlanacaq.
Zəngəzur dəhlizi ilə bağlı Yerevanın mövqeyinə toxunan Əbdulkadir Uraloğlu vurğulayıb ki, belə bir təşəbbüs ilk dəfə irəli sürüləndə onun faydasından danışılsa da Ermənistan tərəfi mənfi reaksiya verib.
"Lakin bu yaxınlarda Paşinyan (Ermənistanın baş naziri – red.) bu dəhlizlə bağlı müsbət mesajlar səsləndirib. Zəngəzur dəhlizinin Ermənistan hissəsinin uzunluğu təqribən 43 km-dir. dəhlizin tam başa çatdırılmış hesab edilməsi üçün onlar planlaşdırma və tenderləri həyata keçirməlidirlər. Beləliklə, Türkiyə türk dünyası və Orta Asiya ölkələrinə birbaşa və asan çıxış əldə edəcək”, - Əbdulkadir Uraloğlu bildirib.
O, həmçinin qeyd edib ki, İran da öz növbəsində Azərbaycanı Türkiyə ilə öz ərazisi vasitəsilə birləşdirəcək yolun tikintisi təşəbbüsü ilə çıxış edib.
"Biz Zəngəzur dəhlizi layihəsini həyata keçirəcəyik, lakin İranın da öz ərazisi vasitəsilə Türkiyə-Azərbaycan arasındakı bu əlaqənin bir hissəsi olmasına etiraz etmirik. İran tərəfi ilə danışıqlar və görüşlər davam edir. Biz bu layihənin vaxtında reallaşacağını gözləyirik", - nazir vurğulayıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
“Trabzonspor” Fatih Tekke ilə yollarını ayırdı
19:43 01.09.2026
Futbol
Sülhün ən böyük təminatı imza yox, AÇIQ YOLLARDIR - TƏHLİL
19:35 01.09.2026
Gündəm
İlham Əliyevin Qırğızıstana səfəri başa çatıb
19:26 01.09.2026
Rəsmi
Ərdoğan: Türkiyə-Rusiya münasibətləri çox yüksək səviyyədədir
19:08 01.09.2026
Region
Putin və Pezeşkian danışıqlar aparıb
19:00 01.09.2026
Gündəm
Sahibə Qafarova Somali Prezidenti ilə görüşdü
18:52 01.09.2026
Siyasət
Ərdoğan: Akkuyu Atom Elektrik Stansiyasının son mərhələsindəyik
18:33 01.09.2026
Aktual
İran XİN: ABŞ-nin heç bir təxribatı cavabsız qalmayacaq
18:19 01.09.2026
Region
Rəcəb Tayyib Ərdoğan Bişkekdə Putinlə görüşüb
18:02 01.09.2026
Gündəm
Mehriban Əliyeva Bişkekdə “Ala-Arça” Dövlət iqamətgahında olub
17:21 01.09.2026
Gündəm
“Putini öldürmək mümkün deyil” - Kəşfiyyatçı səbəbini açıqladı
17:02 01.09.2026
Dünya
NATO nümayəndə heyəti ilə ANAMA-da görüş keçirildi
16:46 01.09.2026
Gündəm
Baş Qərargah: Rusiya son üç ayda 124 mindən çox hərbçi itirib
16:42 01.09.2026
Dünya