“Türklər potensiallarını bir-biriləri ilə bölüşməlidir” – Birləşməliyik !
Banuçiçək Kalbalıyeva
16:37 24.08.2020
Siyasət
1117
“Belə olarsa, heç kim türklərə bata bilməz”
“Özbəkistanın təşəbbüsü bu istiqamətdə atılan bir addım idi”
Özbəkistan Türkiyə ilə strateji tərəfdaşlığın gücləndirilməsi və bütün sahələr üzrə əlaqələrin dərinləşdirilməsi qərarına gəlib.
Özbəkistan Nazirlər Şurasının verdiyi açıqlamaya görə, “Türkiyə ilə strateji tərəfdaşlığı daha da gücləndirmək və genişləndirmək üçün atılacaq addımlar” mövzusunda qərar qəbul edilib.
Qərara görə, Özbəkistan ilə Türkiyə arasındakı münasibətlərin keyfiyyət baxımından yeni bir səviyyəyə qaldıracaq tədbirlər proqramı təsdiqlənib və Türkiyə ilə çoxşaxəli əməkdaşlığı genişləndirmək üçün bir koordinasiya komitəsi yaradılıb. Nazirlər Şurası tədbirlər proqramının icrasını təhlil edəcək və tədbirlərin və layihələrin həyata keçirilməsinə töhfə verəcək.
Türkiyə isə ilin sonuna qədər Səmərqənddə konsulluq açacaq.
Xatırladaq ki, Özbəkistanın mərhum prezidenti İslam Kərimovun hakimiyyəti illərində iki qardaş ölkə arasında münasibətlər aşağı səviyyədə olub.
Bu barədə “Sherg.az”a danışan keçmiş millət vəkili, Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyev məlum addımı yüksək qiymətləndirib:
“Bu, zərurətdir. Tovuz döyüşləri zamanı bir sıra ölkələr, o cümlədən Pakistan Azərbayacana dəstəyini ifadə etdi. Amma Türkiyənin mövqeyi tamam başqa cür oldu. Əvvəlcə, bütün məsələlərdə bizim yanımızda olacaqların dedilər, sonra da hərbi təlimlərə gəldilər.
Azərbaycan da öz növbəsində Aralıq dənizi ətrafında yaranan problemlərdə qardaşımızın yanında olduğunu bəyan etdi.
Bütün bu hadisələr göstərir ki, biz Avropa Birliyi ilə, Qərblə əməkdaşlıq edə bilərik, amma onlara güvənə bilmərik. Hamımız ümumi düşmənə qarşı birləşməliyik.
Belə olsa, Azərbaycan da, Türkiyə də, Pakistan da, Özbəkistan da, Türkmənistan da öz müstəqilliyini bərpa edə biləcək. Türkiyə Tovuz döyüşləri zamanı bildirdi ki, raketləri, PUA-ları Azərbaycanın əmrindədir.
Biz də öz imkanlarımızı onlarla bölüşməyi bacarmalıyıq. Bütün türklər potensiallarını bir-biriləri ilə bölüşməlidir.
Mən hələ 1998-ci ildə yazdığım “Yeni dünya düzəni siyasətində Azərbaycanın yeri və rolu” kitabımda türk və islam dəyərlərinə söykənən bir evin yaradılmasından danışmışdım. Əgər belə olarsa, heç kim türklərə bata bilməz. Özbəkistanın təşəbbüsü bu istiqamətdə atılan bir addım idi”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Şərurda ər arvadını qətlə yetirib
00:14 01.08.2026
Hadisə
Yaponiya baş naziri Azərbaycana buna görə təşəkkür etdi
23:57 31.07.2026
Siyasət
Tramp: İrana çox ağır zərbə vuracağıq
23:36 31.07.2026
Gündəm
Türkiyədə daha bir bələdiyyə sədri həbs edilib
23:13 31.07.2026
Dünya
İran çox pis vəziyyətdədir - Tramp
22:30 31.07.2026
Gündəm
Tramp İspaniyada baş verənləri fəlakət və işğal adlandırıb
21:40 31.07.2026
Dünya
ABŞ Çinin daha 43 şirkətinin idxalına qadağa qoydu
20:51 31.07.2026
Dünya
"Turan Tovuz" Türkiyə klubuna qalib gəldi
20:40 31.07.2026
Futbol
Samir Şərifova yeni vəzifə verildi
20:29 31.07.2026
Siyasət
İlham Əliyevin Qırğızıstana səfəri başa çatıb
20:20 31.07.2026
Rəsmi
Qəzzanın kölgəsi Seutaya düşdü: İspaniyada İsrail izi axtarılır
19:46 31.07.2026
Gündəm
Bakıda bu dahilərimizin heykəlləri var - ARAŞDIRMA
19:27 31.07.2026
Mədəniyyət
Rusiyada azərbaycanlı bloqerin həbsi tələb olunub
19:25 31.07.2026
Dünya
Rusiya Müdafiə Nazirliyi: Odessa limanına zərbələr endirilib
19:02 31.07.2026
Dünya
Rusiya səfiri Polşa XİN-ə çağırılıb
18:44 31.07.2026
Dünya