Ukraynada müharibə başlayandan beş uşaq ölüb, daha 33 uşaq yaralanıb
Yusif Nəzərli
17:28 26.02.2022
Siyasət
511
Ukraynda döyüş əməliyyatları başlayandan bugünədək qarşı tərəfin açdığı atəş nəticəsində 5 uşaq ölüb, daha 33 uşaq yaralanıb.
"Report" xəbər verir ki, bu barədə Ali Radanın İnsan Hüquqları üzrə Müvəkkili Lyudmila Denisova bildirib.
Denisovanın sözlərinə görə, gün ərzində Kiyev-Kovel-Yaqodin avtomobil yolunun dağılmış körpüsündən avtomobillərin uçması nəticəsində 8 yaşlı uşaq ölüb.
Bundan başqa, Rusiya qoşunlarının Axtırka şəhərindəki “Solnışko” uşaq bağçasını atəşə tutması nəticəsində 1 uşaq ölüb.
Həmçinin, yeddi yaşlı uşaq güllə yaraları səbəbindən ağır vəziyyətdə Kiyevdəki Milli İxtisaslaşdırılmış Uşaq Oxmatdet Xəstəxanasına çatdırılıb. Uşaq ağır vəziyyətdə reanimasiyadadır.
Eyni zamanda, Donetsk vilayətinin Sartana qəsəbəsinə endirilən aviazərbə zamanı bir uşaq həlak olub.
"Birləşmiş Millətlər Təşkilatının Uşaq Fondundan (UNICEF), Qızıl Xaç Cəmiyyətindən Ukraynada müharibə vəziyyətində olan zərər çəkmiş uşaqlara və onların ailələrinə humanitar-tibbi yardım göstərməyi xahiş edirəm. Heç bir uşaq müharibənin qurbanı olmamalıdır", - Denisova vurğulayıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
"Yeni Partiya CHP-ni xilas etməyəcək" - Türk politoloqla MÜSAHİBƏ
18:37 27.07.2026
Gündəm
Rumıniya rusiyalı diplomatı ölkədən çıxarır
18:16 27.07.2026
Dünya
Dələduzlar artıq "WhatsApp" üzərindən ov edir - EKSPERT RƏYİ
18:11 27.07.2026
Aktual
Rumıniya Moskvadakı səfirini geri çağırıb
17:48 27.07.2026
Dünya
Bakıda güclü külək nəticəsində 4 nəfər xəsarət alıb
17:30 27.07.2026
Hadisə
İran Ukraynaya raket atsa, özünü məhvə sürükləyəcək - TƏHLİL
17:20 27.07.2026
Aktual
Saatlıda “Tik-tok”da qadınları təhqir edən gənc oğlan cərimələndi
17:03 27.07.2026
Hadisə
Əlilliyi olan 2 mindən çox şəxs işlə təmin edilib
16:52 27.07.2026
Cəmiyyət
Hövsanda dənizdə batma 13 yaşlı qızın meyiti sudan çıxarılıb
16:25 27.07.2026
Hadisə
Putin: Rusiya Ukraynaya dair qarşısına qoyduğu məqsədlərə çatacaq
16:08 27.07.2026
Dünya
Netanyahu Trampla görüş üçün Vaşinqtona yola düşüb
16:01 27.07.2026
Dünya
Hindistan Ukrayna səfirini çağırdı
15:20 27.07.2026
Dünya
İran husilərə dəstəyi dayandırır
14:58 27.07.2026
Gündəm