Uşakov Putinin fikrini səsləndirib
Yusif Nəzərli
10:42 14.10.2022
Siyasət
462
O demək istəyir ki, Azərbaycanla Ermənistan arasında razılaşmalar yalnız Rusiyanın vasitəçiliyi ilə əldə edilməlidir
"Rusiya diplomatiyası hər yerdə düşmən axtarır". Bu sözləri politoloq Elxan Şahinoğlu deyib. Analitik bildirib ki, Kreml ABŞ və Avropa İttifaqının Azərbaycanla Ermənistan arasında vasitəçiliyinin Rusiya əleyhinə olmasında israrlıdır: "Rusiya prezidentinin beynəlxalq məsələlər üzrə köməkçisi Yuri Uşakov deyib ki, guya, Avropa İttifaqı və ABŞ Rusiyanın nailiyyətlərindən istifadə edərək Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşması prosesinə müdaxilə etməyə çalışır. Putinin köməkçisi onu da bildirib ki, İrəvanla Bakı arasında münasibətlərin sabitləşməsinin əsasını Rusiya prezidentinin şəxsi vasitəçiliyi ilə əldə olunan üçtərəfli razılaşmalar təşkil edir: “Biz görürük ki, qeyri-regional oyunçular, xüsusən də Avropa İttifaqı və ABŞ bu işə müdaxilə etməyə çalışırlar, lakin onlar əsasən bizim nailiyyətlərimizdən istifadə edirlər. Bizim ən fəal iştirakımızla 2020 və 2021-ci illərdə əsas razılaşmalar əldə olunub”.
Uşakov Putinin fikrini səsləndirib. Kreml sahibinin fikrincə, Azərbaycanla Ermənistan arasında razılaşmalar yalnız Rusiyanın vasitəçiliyi ilə əldə edilməlidir, “qeyri-regional oyunçular” kobud desək, burunlarını bölgəyə soxmamalıdırlar. Ancaq bu, Putinin istəyindən asılı deyil. Bakı və İrəvan Vaşinqtonla Brüsselin vasitəçiliyinin əleyhinə deyillər. Buna baxmayaraq, Putin Uşakov vasitəsilə Bakı və İrəvanı xəbərdar etmək istəyir. Bildirir ki, Kreml Vaşinqton və Brüsselin vasitəçiliyinə mane olacaq. Bu o deməkdir ki, təxribatlara hazır olmalıyıq".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Baş nazir: Rusiya Ermənistana qazı ucuz satmır
13:06 11.09.2026
Region
Sonaxanım polisə müraciət etdi
12:31 11.09.2026
Şou
Bakıda bu yol tam bağlanır
12:14 11.09.2026
İnfrastruktur
Paşinyan Özbəkistan Prezidentinə zəng etdi
11:49 11.09.2026
Gündəm
"Bavariya"nın 13 illik seriyası davam edir
11:36 11.09.2026
Futbol
Türkiyədə 43 bələdiyyə işçisi və podratçı saxlanılıb
10:37 11.09.2026
Region
"Bazel" baş məşqçisi Ştefan Lixtştaynerlə yollarını ayırıb
10:36 11.09.2026
Futbol
37 yaşlı kişi həyətində ölü tapıldı
10:29 11.09.2026
Hadisə
Bakıda xanıma qarşı nalayiq ifadələr işlədən kişi həbs edildi
10:26 11.09.2026
Hadisə
Bu türk ölkəsi “Avroviziya”ya buraxılmadı
10:17 11.09.2026
Şou
AfD Mertsdən polisə şikayət etdi - “Bu dəfə həddini aşdı”
10:03 11.09.2026
Dünya