
Vaxt gələcək, hər kəs Pezeşkiana "sağ ol" deyəcək
00:28 13.08.2025
Siyasət
491
İranın hədələrindən, hansı yolu tutmasından asılı olmayaraq, Zəngəzur dəhlizi açılacaq
“İran Prezidenti Məsud Pezeşkian ölkənin ali rəhbəri Əli Xamenei və ətrafının “Tramp yolu” və ya Zəngəzur dəhlizi ilə bağlı sərt və mənfi reaksiyasını yumşaltmağa çalışır”. Bunu erməni jurnalist Aram Şahnazaryan deyib. Onun sözlərinə görə, Xamenei və İranın hərbi-siyasi rəhbərliyinin Zəngəzur dəhlizi ilə bağlı mövqeyi sərt olaraq qalır:
"Pezeşkian və xarici işlər naziri Abbas Əraqçi (İranın mühafizəkar dairələrində) təhlükənin şişirdilmiş olduğunu düşünür. Əslində, “Tramp yolu” elə Zəngəzur dəhlizi deməkdir. Pezeşkian bu məsələdə təmkinlidir və təhlükəni şişirdilmiş hesab edir". Şahnazaryan qeyd edib ki, Pezeşkian və komandası İsraillə 12 günlük müharibəyə baxmayaraq, ABŞ ilə problemlərin danışıqlar yolu ilə həllinin mümkünlüyünə inanır:
"Prezident və Əraqçinin ətrafında, eləcə də hökumətin digər qurumlarında çoxlu sayda azərbaycanpərəst ekspertlər var ki, onların mövqeyi birbaşa İran prezidentinin fikrinə təsir göstərir". Məsud Pezeşkian avqustun 10-da bəyan etmişdi ki, Zəngəzur dəhlizi ilə bağlı vəziyyət xəbərlərdə şişirdildiyi kimi deyil. İran prezidentinin sözlərinə görə, bu məsələdə Tehranın tələbləri qarşılanıb: "Əsas odur ki, ərazi bütövlüyü, eləcə də Avropa və ya Şimala gedən yolumuzun bağlanmaması məsələləri nəzərə alınıb. Narahatlıq doğuran yeganə məsələ yolun ABŞ və Ermənistan şirkətləri tərəfindən tikilməsi ilə bağlıdır".
Siyasi şərhçi Azər Qasımov Sherg.az-a açıqlamasında deyib ki, İran rejiminin mövqeyinin bizim üçün əhəmiyyət daşımadığı bir durumda İran rəsmilərinin hay-küy salması əslində heç nəyi dəyişmir. Ekspertə görə, M.Pezeşkianın xoş məramdan çıxış edib durumu real şəkildə dəyərləndirməsi fonunda mühafizəkar kəsimin hədə və xəbərdarlıqlara bəyanatlar verməsi İran dövlətinin özünü nəticə etibarı ilə çıxılmaz vəziyyətə salacaq:

"Məsələ ondadır ki, İran rejimi edə bilməyəcəyi hərəkətin cavabdehliyini daşımalı olacaq. Bu, onları sonda istehzalı duruma salacaq. Pezeşkian da bunu yaxşı başa düşür. Onun prezident seçildiyi gündən regional və beynəlxalq aləmdə İran dövlətinin kompramis və yolagəlimli siyasətə üstünlük verdiyini görürük. Bu baxımdan Zəngəzur dəhlizi məsələsində də praqmatik siyasət tərəfdarı olduğu görünür. Təbii ki, bunu dini rəhbərliyin sərt mövqeyini yumşaltmaqla etmək olar. Amma dini rəhbərliyin mövqeyi həmişəki kimi absurd xarakter daşıyır. İran rejimi Ermənistan ərazisini İrəvandan daha yaxşı idarə edə biləcəyini göstərməyə çalışır. Ermənistan öz ərazisinin idarəsini kimə və necə verəcəyini özü bilər. İran bundan özünə pay çıxarmamalıdır. Hesab edirəm ki, İranın hədələri boş və mənasızdır. İranın hansı yolu tutmasından asılı olmayaraq, Zəngəzur dəhlizi açılacaq. O zaman Azərbaycan və Ermənistan tərəfi İran rejimində tək sivil düşüncəli insan olan Pezeşkiana "sağ ol" deyəcək".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Trampın nümayəndələrinin Kiyevə səfəri hələ təsdiqlənməyib
20:02 17.08.2026
Dünya
Bu, Naxçıvanın iqtisadi xəritəsini dəyişə bilər - Şokri
19:48 17.08.2026
İqtisadiyyat
Direktorların işə qəbulu üzrə elektron qeydiyyat başlayır
19:25 17.08.2026
Elm və Təhsil
Zimbabvedə qayıq qəzasında ölənlərin sayı 92-yə çatdı
19:15 17.08.2026
Dünya
CNN: Kuşner Netanyahunu Qəzzada sülh planının icrasına təşviq edib
18:40 17.08.2026
Dünya
"Reuters": İran müdafiə siyasətindən hücum strategiyasına keçir
18:36 17.08.2026
Dünya
Bakının iki küçəsində hərəkət məhdudlaşdırılacaq
18:21 17.08.2026
Sosial
SEPAH Trampın gizli əlaqə iddiasını təkzib etdi
18:14 17.08.2026
Dünya
Rusiyalı siyasətçi 11 il həbs cəzasına məhkum edilib
18:11 17.08.2026
Dünya
TƏBİB sədri daha 2 vəzifəli şəxsi işdən çıxardı
17:39 17.08.2026
Sağlamlıq
Azərbaycanda dərman istehsalı 58%-ə yaxın artıb
17:30 17.08.2026
Sosial