Volkan Bozkır: Azərbaycanın AŞPA-da olmaması həmin təşkilat üçün itkidir
Yusif Nəzərli
08:15 15.03.2024
Siyasət
332
“Ermənistanın işğalı altındakı Azərbaycan ərazilərinin azad edilməsi üçün 30 il ərzində göstərilən beynəlxalq səylər heç bir nəticə vermədi. Minsk qrupu, BMT və s. Azərbaycan işğal edilmiş torpaqlarını Ermənistandan özü geri aldı. Beləliklə, bu münaqişə bitdi”.
Bunu XI Bakı Qlobal Forumunda iştirak edən BMT Baş Assambleyasının 75-ci sessiyasının prezidenti Volkan Bozkır APA-ya müsahibəsində deyib.
“Artıq bu ərazilər geri qayıdıb, hansı ki, həmişə Azərbaycana məxsus olub. Erməni diasporu dünyada Azərbaycana zərər yetirməyə çalışır. Amma bu, sadəcə diaspor fəaliyyətidir və ciddi təsiri ola bilməz. Məsələn, onlar AŞPA-da Azərbaycan nümayəndə heyətinin iştirakını əngəlləməyə çalışırlar. Amma bunun əhəmiyyəti yoxdur və bu dəyişəcək, çünki Azərbaycanın orada olmaması AŞPA üçün itkidir. Onlar Azərbaycan üçün "darıxacaqlar". Və bir gün Azərbaycan nümayəndə heyəti yenidən öz yerinə qayıdacaq”, - türkiyəli diplomat vurğulayıb.
O, eyni zamanda, qeyd edib ki, Azərbaycan-Türkiyə dostluğunun olduğu bir dünyada heç bir qurum Türkiyə və Azərbaycana zərər verə bilməyəcək.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Zelenski Rusiyaya görə çağırış etdi
13:57 13.07.2026
Dünya
Kreml: Rusiyanın heç kimə heç nə sübut etmək niyyəti yoxdur
13:55 13.07.2026
Gündəm
İctimai birlik Şabranda yeni layihənin icrasına başlayıb
13:28 13.07.2026
Ölkə
Binəqədidə civə satmaq istəyənlər saxlanılıblar
13:21 13.07.2026
Hadisə
Bakıda 36, rayonlarda 39 dərəcə isti olacaq - SABAHIN HAVASI
13:17 13.07.2026
Ekologiya
Lavrov Tehrana səfər edəcək
12:34 13.07.2026
Region
İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib
12:10 13.07.2026
Rəsmi
İlham Əliyev: Azərbaycanın potensial daxili riskləri yoxdur
12:04 13.07.2026
Rəsmi
Moskvaya doğru 350 PUA buraxıldı
11:57 13.07.2026
Dünya
Ağrı dağında itkin düşən qadından acı xəbər
11:39 13.07.2026
Hadisə
Kallas: Aİ Gürcüstan hökumətini dəstəkləmək istəmir
11:21 13.07.2026
Gündəm
Həkim meduza yanığı zamanı nə etmək lazım olduğunu açıqlayıb
10:51 13.07.2026
Sağlamlıq
Bakıda baş verən yanğında 3 nəfər zəhərləndi
10:35 13.07.2026
Hadisə