Xorvatiyanın parlament nümayəndə heyəti Milli Məclisdə oldu
Yusif Nəzərli
17:48 15.05.2023
Siyasət
438
Mayın 15-də Milli Məclisin sədr müavini, parlamentin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fəzail İbrahimli Xorvatiya parlamentinin sədr müavini Davorko Vidoviçin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Bakupost.az xəbər verir ki, görüşdə Fəzail İbrahimli Davorko Vidoviçin Azərbaycana səfərinin ölkələrimiz arasında əməkdaşlığın inkişafına töhfə verəcəyinə əminliyini bildirib, onun Milli Məclisin Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş xüsusi iclasında iştirakını yüksək qiymətləndirib.
Fəzail İbrahimli Azərbaycanın müstəqillik tarixindən söz açıb, bu gün ölkəmizin inkişaf səviyyəsinə görə regionda ən qüdrətli dövlət olduğunu qeyd edib.
44 günlük Vətən müharibəsindən bəhs edən Fəzail İbrahimli Azərbaycanın Ermənistan tərəfindən 30 ilə yaxın işğal altında saxlanılmış əzəli torpaqlarını azad etdiyini vurğulayıb. Bildirilib ki, işğaldan azad edilmiş ərazilərdə hazırda sürətli quruculuq işləri həyata keçirilir.
Milli Məclisin sədr müavini Azərbaycanın öz xarici siyasətini dünyanın bütün dövlətləri ilə qarşılıqlı hörmət və beynəlxalq hüququn normaları əsasında qurduğunu deyib.
Xorvatiya parlamentinin sədr müavini, Azərbaycanla parlamentlərarası dostluq qrupunun üzvü Davorko Vidoviç ölkələrimizin müstəqillik tarixlərindəki oxşarlıqlara nəzər salıb.
Azərbaycan ilə Xorvatiya arasındakı əlaqələrdən bəhs edən xorvatiyalı vitse-spiker COVID-19 pandemiyası zamanı Azərbaycanın ölkəsinə göstərdiyi tibbi yardıma görə minnətdarlığını bildirib.
Xorvatiyanın minatəmizləmə sahəsində geniş təcrübəsinin olduğunu söyləyən nümayəndə heyətinin rəhbəri ölkəsinin Azərbaycanın işğaldan azad olunmuş ərazisində bu istiqamətdə fəal iştirak etmək istədiyini diqqətə çatdırıb.
Görüşdə çıxış edən Azərbaycan-Xorvatiya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Könül Nurullayeva, qrupun üzvləri - Milli Məclisin komissiya sədri Eldar Quliyev, İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili işğaldan azad olunmuş torpaqlarımızda aparılan quruculuq işlərindən danışıblar.
Söhbət zamanı, həmçinin tərəfləri maraqlandıran digər məsələlər barədə də fikir mübadiləsi aparılıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
"Brent"in qiyməti 100 dolları ötdü
18:20 23.07.2026
İqtisadiyyat
Psixoloqa getmək xəstə olmaq demək deyil - RƏYLƏR
17:47 23.07.2026
Elm və Təhsil
Müharibənin taleyi cəbhədə həll olunacaq - Hasan Oktaydan ŞƏRH
17:32 23.07.2026
Gündəm
II Qaregin yeni parlamentin ilk iclasına dəvət edilmədi
17:10 23.07.2026
Region
Zelenski ABŞ-yə dəvət olunduğunu açıqladı
16:50 23.07.2026
Dünya
Putin Təhlükəsizlik Şurası ilə silah istehsalını müzakirə edib
16:49 23.07.2026
Gündəm
Putin Təhlükəsizlik Şurası ilə silah istehsalını müzakirə edib
16:35 23.07.2026
Dünya
Ermənistanın azadlığı üçün olmazsa olmaz şərt sülhdür - ŞƏRH
16:30 23.07.2026
Gündəm
Çexiyada hərbi helikopter qəzaya uğrayıb, ölən var
15:51 23.07.2026
Dünya
Saakaşvili: Yeni plan qurulub, Gürcüstanda fəlakət qopacaq
15:24 23.07.2026
Gündəm
Azərbaycan və Çin Xəzərdə külək enerjisi layihəsini müzakirə edib
15:08 23.07.2026
Aktual
Xalq artisti Tofiq Mirzəyev İsraildə dəfn olunub
14:57 23.07.2026
Mədəniyyət
Səhhəti pisləşən Ermənistan Prezidentinin son durumu açıqlandı
14:42 23.07.2026
Region
Aİ "Google"u 890 milyon avro cərimələyib
14:40 23.07.2026
Gündəm